Respublika regionlarında ulu öndərin

xatirəsi böyük ehtiramla yad edilib 

 

LƏNKƏRAN

 

Rayonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Mayın 10-da səhər saatlarından ulu öndərin adını daşıyan xatirə parkında minlərlə lənkəranlı ümumrayon tədbirinə toplaşıb. Rayon rəsmiləri, geniş ictimaiyyət nümayəndələri, gənclər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək dahi rəhbərə məhəbbətlərini ifadə ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dünya şöhrətli siyasətçinin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Bundan sonra Mərkəzdə Heydər Əliyevin doğum gününə həsr olunmuş toplantı keçirilibulu öndərin milli dövlətçiliyin xilası və Azərbaycan xalqının xoşbətliyi naminə həyata keçirdiyi möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.

Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin iştirakı ilə ümummilli liderin imzasını əks etdirən flaşmobun nümayişiulu öndərin anadan olmasının 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə başa çatıb.

Bir gün öncə xatirə parkında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi rəhbərin 96-cı ildönümüfondun yaradılmasının 15 illiyi münasibətilə möhtəşəm bayram konserti təşkil olunub. Tədbirdə əllərində dövlət bayraqları tutmuş minlərlə lənkəranlı iştirak edib. Qeyd olunub ki, müstəqil Azərbaycanın keçdiyi çətin sınaq dövrlərində, dövlətçiliyimizin ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi, onun xilaskarlıq missiyası xalqımızın dadına çatmışdır. Lənkəranın hərtərəfli inkişafında və cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxtı unutmayan lənkəranlılar bu gün ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərdən hədsiz məmnundurlar. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni istifadəyə verilən sosial obyektlər, ən yüksək səviyyədə yaradılan infrastruktur, eyni zamanda, Heydər Əliyev Fondunun xəttilə görülən işlər sakinlərin rifahını daha da yaxşılaşdırır.

Konsertdə respublikanın tanınmış incəsənət ustaları tamaşaçılara al-əlvan mahnı çələngi bəxş ediblər.

Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Xalqa bəxş olunan ömür” adlı tədbir də yaddaqalan olub. Tədbirdə məktəbli və gənclər iştirak ediblər. Natiqlər unudulmaz dahi şəxsiyyətin xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər. Tədbirin sonunda mərkəzdə fəaliyyət göstərən rəsm studiyası üzvlərinin ulu öndərə həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş olunub.

Şəhər icra hakimiyyətinin dəstəyi ilə YAP Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyi qarışıq tipli uşaq evinin həyətində ümummilli liderin 96-cı ildönümü ilə əlaqədar “Gül əkmə“ aksiyası keçirib.

 

KÜRDƏMİR

 

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Kürdəmir rayonunda da təntənəli şəkildə qeyd olunub. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP-ın üzvüləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.

Tədbir iştirakçıları ulu öndərin adını daşıyan parkda onun xatirəsinə ucaldılmış abidəsi önünə tər-çiçəklər düzüb, əziz xatirəsini daha ehtiramla yad ediblər.

Mərasim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Şəxsiyyət” adlı “dəyirmi masa” ətrafında davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə “Şəxsiyyət” filminə tamaşa ediblər.

Tədbirdə geniş məruzə ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, bu günlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkənin hər bir bölgəsində geniş şəkildə qeyd edilir. Bu gün biz böyük fəxrlə deyə bilərik ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı ulu öndər Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur. Zaman göstərdi ki, ulu öndərimizin bütün addımları gələcəyə hesablanmış, bugünkü Azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Ulu öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi sovet dövrünə təsadüf edirdi. Bu dövrdə  müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı. Müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycanı kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi və tanındı.

Bu gün bu uğur magistralında bizə ulu öndərimizin layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, islahatçı və çevik lider rəhbərlik edir. 2003-cü ildən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev ulu öndərimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir. Artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deməyə qadir olan güclü, qüdrətli bir dövlətdir. Cənab Prezidentimiz ötən dövr ərzində Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkənin bütün sahələrində inkişafı üzə çıxarmışdır. İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir. Elə bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslaraidman yarışlarına ev sahibliyi edir.

Tədbirdə “Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridirmövzusunda Kürdəmir Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov, “Heydər Əliyev və Azərbaycan” mövzusunda Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov, “Xalqına bağlanan ömürmövzusunda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyə Şükürova və Kürdəmir Rayon Məhkəməsinin sədri Müseyib Bayramov ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə məruzə ediblər.

 

ZAQATALA

 

Zaqatala rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.

Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olmuş, “Xalqımızın sönməyən Günəşi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, sonra rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir.

Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inamsiyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. Daha sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.

Konfransda çıxış edən digər natiqlər ulu öndərin bütün həyatını Azərbaycan dövlətinə, Azərbaycana bəxş etdiyini, xalqımızın xoşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd etmişlər.

Sonda rayon icra hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasına qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir. Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Tədbirdən sonra rayon rəhbəri və Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen Məmməd Məmmədovun doğulub, boya-başa çatdığı Muganlı kəndinə gələrək onun ev muzeyinin açılşında iştirak etmişlər. Açılış mərasimində çıxış edən qonaqlar səmimi şəkildə, xoş qarşılınaraq göstərilən diqqət və qayğıya görə ilk öncə ölkə rəhbəri cənab İlham Əliyevə, sonra isə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonra qonaqlar ev muzeyinə baxış keçirmiş, xatirə şəkilləri çəkdirmişlər.

 

LERIK

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar dağlar diyarının mərkəzi meydanın böyük izdiham toplaşmışdı.

Öncə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar ulu öndərin abidəsini ziyarət edib, önünə tər gül-çiçəklər düzüblər. Sonra gül-çiçək dəstələri ilə ziyarət növbəsini gözləyən rayon sakinləri abidənin önündən keçərək xalqımızın dahi oğlu Heydər Əliyevin ehtiramlarını bildiriblər.

Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilib. İştirakçılar əvvəlcə mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar və “Əbədi lider” adlı qısametrajlı sənədli filmə baxıblar.

Konfransda bildirilib ki, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikanın hər yerində böyük təntənə ilə, bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratikhüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlanıb. Milli-mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikulturaltolerant ənənələr bərqərar edilib. Tarix sübut edir ki, hər bir ölkənin taleyində həlledici rol oynayan xilaskar olur. Çətin məqamda xalqını düşdüyü bəladan xilas edən, dağılmaq təhlükəsində olan Azərbaycanı vətəndaş müharibəsindən qurtaran da məhz ulu öndərimiz Heydər Əliyev olub. Milli özünüdərkin ən yüksək ifadəsi olan müstəqil dövlət və azərbaycançılıq ideyası ümummilli liderin adı ilə bağlıdır.

Konfransda ulu öndərin Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı sahələri üzrə fəaliyyətini əks etdirən “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”, “Ağsaqqallar qızıl fondumuzdur”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzələr dinlənilib. Yeni Azərbaycan Partiyasının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev ulu öndərə həsr etdiyi “Qəlblərdə dahitək yaşaşerini söyləyib.

Yekunda bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

 

ASTARA

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə dəfələrlə “Cənub qapısı” Astaraya səfər edib, rayonun inkişafına daimi diqqət və qayğı göstərib.

Dahi şəxsiyyətin anadan olmasından 96 il ötür. Ulu öndərin doğum günü ilə əlaqədar ölkənin bütün bölgələrində olduğu kimi, Astarada da silsilə tədbirlər təşkil olunub. Mayın 9-da “Heydər Əliyev müasir Azərbaycanmövzusunda elmi-praktik konfrans keçirilib, mayın 10-da ümummilli liderin adını daşıyan parkda minlərlə astaralı dahi rəhbərin xatirəsinə böyük hörmət ehtiram əlaməti olaraq möhtəşəm abidəsini ziyarət edib, xalqımız qarşısındakı misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə yada salıblar.

Astara Rayon İcra Hakimiyyətinin rəhbərliyi, aparatının məsul işçiləri, rayonun idarə, müəssisə təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önündə baş əyib, dərin ehtiramlarını ifadə ediblər.

Ümummilli liderin doğum günü ilə əlaqədar dənizkənarı park-bulvarda ənənəvi olaraq keçirilən ümumrayon Kitab bayramında iştirak edənlər burada ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən nəşrlərlə tanış olublar. Ümumrayon tədbiri axşam saatlarında dənizkənarı park-bulvarda konsert proqramı ilə davam edib.

 

Əli NƏCƏFXANLI,

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2019.- 11 may.- S.14.