“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

ą 210

 Bakı şəhəri, 7 may 2019-cu il

 

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin ­

2019-cu il 31 yanvar tarixli 503 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ą 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133 və 135 nömrəli, 11 aprel tarixli 159 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.3.2.1-ci yarımbəndində “Sahibkarlığa Kömək Milli Fondunun” sözləri “Sahibkarlığın İnkişafı Fondunun” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “Mətbuat orqanları, ictimai təşkilatlar və digər tədbirlər” bölməsinin 7-ci sətrində “Sahibkarlığa Kömək Milli Fondu” sözləri “Sahibkarlığın İnkişafı Fondu” sözləri ilə əvəz edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 11 may.- S.6.