Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 15 mart tarixli 65 nömrəli və “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə” 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 217   

Bakı şəhəri, 10 may 2019-cu il

 

 

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin ­2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 568; 2012, ¹ 4, maddə 388, ¹ 5, maddə 492; 2013, ¹ 3, maddə 331, ¹ 8, maddə 1003; 2015, ¹ 6, maddə 787; 2016, ¹ 3, maddə 620; 2017, ¹ 2, maddə 289, ¹ 3, maddə 492, ¹ 9, maddə 1735; 2018, ¹ 2, maddə 359; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 103 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060209 Psixologiya” ixtisasına “Klinik” sözündən sonra “(tibbi)” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 262; 2014, ¹ 6, maddə 743; 2015, ¹ 8, maddə 973; 2016, ¹ 7, maddə 1363; 2018, ¹ 9, maddə 1910) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “61. Psixologiya” bölməsində “Tibbi” sözü “Klinik (tibbi)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 452; 2017, ¹ 4, maddə 631; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.1.1.1-ci yarımbəndində “psixodiaqnostika” sözü “psixoloji müayinə” sözləri ilə əvəz edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 14 may.- S.3.