“Azərbaycan Respublikasında elektron imzaelektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 223

    Bakı şəhəri, 15 may 2019-cu il

 

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmişDövlət orqanlarında, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli 510 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 56; 2008, ¹ 1, maddə 39; 2014, ¹ 6, maddə 747, ¹ 9, maddə 1124; 2016, ¹ 1, maddə 173; 2017, ¹ 3, maddə 480; 2019, ¹ 1, maddə 158) ilə təsdiq edilmişElektron sənədlərin mübadiləsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci bənddəelektron ya kağız-uçot jurnallarında aparılırsözlərielektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçirilirsözləri ilə əvəz edilsin.

2. 6.2-ci bənddəelektron jurnallardasözlərielektron sənəd dövriyyəsi sistemindəsözləri ilə əvəz edilsin.

3. 7.2-ci bənddənmüvafiq uçot jurnallarının,” sözləri çıxarılsın.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 19 may.- S.3.