“Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi və “Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNIN QƏRARI 

¹ 240 

Bakı şəhəri, 24 may 2019-cu il

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1502-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 989 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 8, maddə 780; 2014, ¹ 7, maddə 948; 2016, ¹ 6, maddə 1188, ¹ 8, maddə 1449; 2018, ¹ 9, maddə 1948) ilə təsdiq edilmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 6.1-ci bəndində “və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlarına uyğun” sözləri “Qanununa uyğun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

  

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 26 may.- S.3.