Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslarının müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 241 

Bakı şəhəri, 27 may 2019-cu il

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2.5-ci və 6.2.6-cı yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilsin:

1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri;

1.8. coğrafiya.

2. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

3. Səhiyyə rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

4. Texniki texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

5. İqtisadiyyat idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

6. Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

7. Humanitar sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

  

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 28 may.- S.3.