Mediasiya reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 386  

 Bakı şəhəri, 5 sentyabr 2019-cu il

 

Mediasiya haqqındaAzərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Mediasiya reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  5 sentyabr

tarixli 386 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mediasiya reyestrinin aparılması

 

QAYDASI

 

Ümumi müddəalar

 

1.1. Bu QaydaMediasiya haqqındaAzərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən hazırlanmışdır mediasiya reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi mediasiya təşkilatlarının, mediatorların mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir.

1.3. Mediasiya reyestri mediasiya fəaliyyəti ilə məşğul olmaq hüququ olan, həmçinin mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırılmış ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmış mediatorlar, mediasiya təşkilatları mediasiya təlimi qurumları barədə məlumatlar əsasında formalaşdırılır.

2. Mediasiya reyestrinin aparılması qaydası

2.1. Mediasiya reyestri Mediasiya Şurası tərəfindən aparılır.

2.2. Mediatorlar, mediasiya təşkilatları mediasiya təlimi qurumları Mediasiya Şurasına üzvlüyə qəbul edildikdən 5 (beş) günü müddətində bu Qaydanın 2.8-ci 2.10-cu bəndlərində göstərilən məlumatlar Mediasiya Şurası tərəfindən reyestrə daxil edilir.

2.3. Mediasiya reyestri açıqdır. Mediasiya reyestri Mediasiya Şurasının rəsmi internet səhifəsində yerləşdirilir məlumatlar daim yenilənir.

2.4. Mediasiya reyestri vahid forma, metod prinsiplər əsasında aparılır, kağız elektron daşıyıcılarda tərtib edilir.

2.5. Kağız elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılarda olan qeydlər üstün qüvvəyə malik olur.

2.6. Mediasiya reyestri illər üzrə Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon ya şəhər) üzrə aparılır.

2.7. Mediasiya reyestri informasiya ehtiyatıdır Mediasiya Şurası informasiya ehtiyatının mühafizəsini istifadəsini təmin edir.

2.8. Mediatorlar barədə aşağıdakı məlumatlar reyestrə daxil edilir:

2.8.1. mediatorun adı, soyadı, atasının adı, vətəndaşlığı yaşayış yeri;

2.8.2. mediatorun ilkin hazırlıq üzrə təlimi bitirməsini təsdiq edən sertifikat barədə məlumat;

2.8.3. mediatorun ixtisasartırma kursunu bitirməsini təsdiq edən sertifikat barədə məlumat;

2.8.4. mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə məlumat;

2.8.5. mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat;

2.8.6. mediatorun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.8.7. mediatorun mediator kimi fəaliyyət göstərdiyi müddət;

2.8.8. xarici ölkələrdə əldə edilmiş təcrübəsinin ya sertifikatın tanınması barədə məlumat;

2.8.9. mediatorla əlaqə üçün məlumatlar (telefon nömrəsi, olduqda elektron poçt ünvanı).

2.9. Mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edildiyi gündən 6 (altı) ay müddətində reyestrdə saxlanılır.

2.10. Mediasiya təşkilatları mediasiya təlimi qurumları (bundan sonraqurum) ilə bağlı aşağıdakı məlumatlar reyestrə daxil edilir:

2.10.1. qurumun adı;

2.10.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer);

2.10.3. qurumun təşkilati-hüquqi forması;

2.10.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları publik hüquqi şəxslər üçün), həmçinin qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;

2.10.5. mediasiya fəaliyyəti göstərdiyi müddət;

2.10.6. Azərbaycan Respublikasının ərazisində ya onun hüdudlarından kənarda yaratdığı qurumlarının olduğu yer təşkilati-hüquqi forması;

2.10.7. mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə məlumat;

2.10.8. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, əlaqə üçün məlumatları (telefon nömrəsi, olduqda elektron poçt ünvanı).

2.11. Mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə məlumatlar bu barədə qərar qüvvəyə mindiyi tarixdən reyestrə daxil edilir.

2.12. Mediasiya təşkilatları, mediatorlar mediasiya təlimi qurumları mediasiya reyestrində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə 30 gün müddətində Mediasiya Şurasına məlumat verməlidirlər. Mediasiya Şurası həmin dəyişikliklər barədə məlumat daxil olduqdan sonra dəyişiklikləri reyestrə daxil edir.

2.13. Mediatorlar, mediasiya təşkilatları mediasiya təlimi qurumlarının nümayəndələri onlar barədə reyestrə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar etdikdə, müvafiq düzəlişlərin edilməsi üçün Mediasiya Şurasına ərizə ilə müraciət edə bilərlər.

3. Xarici ölkələrdə əldə edilmiş təcrübəsinin ya sertifikatların tanınması

3.1. Xarici ölkələrdəMediasiya haqqındaAzərbaycan Respublikası  Qanununun 14.5.1.1‒14.5.1.3-cü maddələrinə uyğun olaraq əldə edilmiş təcrübəsini təsdiq edən sənəd ya sertifikatın Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra Mediasiya Şurasına təqdim edilir.

3.2. Mediasiya Şurası həmin sənədlər əsasında xaricdə əldə edilmiş təcrübəsi ya sertifikatın tanınması haqqında qərar qəbul edir.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 8 sentyabr.- S.2.