“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktordirektor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 396              

   Bakı şəhəri, 6 sentyabr 2019-cu il

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor direktor müavinlərinin vəzifə maaşları sxeminin məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1349; 2018, ¹ 3, maddə 612, ¹ 11, maddə 2432; 2019, ¹ 4, maddə 750) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”;

1.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemiyeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemiyeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri           

 

Xalq qəzeti.- 2019.- 11 sentyabr.- S.4.