Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

410

Bakı şəhəri, 16 sentyabr 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 9, maddə 869; 2007, 1, maddə 45, 3, maddə 312, 10, maddə 1021; 2008, 2, maddə 116; 2009,

6, maddə 491, 10, maddə 846, 12, maddə 1061; 2010, 3, maddə 264, 4, maddə 359, 7, maddə 702, 12, maddə 1122; 2014, 3, maddə 321, 10, maddə 1322; 2015, 4, maddə 474; 2016, 2

(II kitab), maddə 366, 3, maddə 610, 5, maddə 951, 8, maddə 1431, 9, maddə 1555, 11, maddə 1955; 2017, 1, maddə 131, 3, maddə 510, 8, maddə 1617,

12 (II kitab), maddə 2504; 2018, 6, maddə 1377, 7 (II kitab), maddə 1630, 8, maddə 1809, 11, maddə 2428, 12 (II kitab), maddələr 2735, 2738; 2019, 1, maddə 157) ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə Təbii qaz sözləri Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı sözləri ilə əvəz edilsin.

2. 4-cü və 11-ci hissələr ləğv edilsin.

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 18 sentyabr.- S.3.