“Ədliyyə orqanları işçilərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 422

  Bakı şəhəri, 27 sentyabr 2019-cu il

 

“Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ədliyyə orqanları işçilərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1163; Azərbaycan Respublikasının 2019-cu il 13 sentyabr tarixli 408 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (1 nömrəli əlavə);

1.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (2 nömrəli əlavə).

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 28 sentyabr.- S.2.