Azərbaycanda arı
ailəsinin sayı 400
mindən çoxdur
2018-ci ildə Azərbaycanda 3 min ton
bal istehsal edilib. Bunu Trend-ə Azərbaycan
Arıçılar Assosiasiyasının sədri Bədrəddin
Həsrətov deyib. Onun sözlərinə görə,
istehlak 5 min ton olub: "Ümumi faiznən hesablasaq, ölkədə
istehsal olunan bal əhalinin 65-70 faizini təmin edir".
B.Həsrətov
bildirib ki, 2017-ci ilə nisbətən ötən ildə
arı ailəsində artım qeydə alınıb:
"Bizdə
olan statistikaya görə, ölkədə 300 min arı ailəsi
var idi, ancaq subsidiya ilə bağlı identifikasiya
keçirildi. Eyniləşdirilmədən sonra biz
gördük ki, arı ailəsinin sayı 400 mindən
çoxdur. Həmin 400 min arı ailəsinin 270 mini isə
artıq subsidiya əldə edib".
Assosiasiyanın
sədri əlavə edib ki, ölkədə olan
arıçıların bacarıq və bilikləri artırılmalıdır:
"Hazırda
bir arı ailəsindən ortalama 10 kiloya qədər məhsul
əldə edilir. Bu rəqəm dünya ölkələri ilə
müqayisədə çox azdır. Arıçılarla
müəyyən tədbirlər keçirərək bilik və
bacarıqlarını artıra bilsək, məhsul da 25-30
kiloqrama qədər arta bilər".
Xalq.- 2019.- 9 yanvar.- S.5.