“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 7     

Bakı şəhəri, 15 yanvar 2019-cu il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 62; 2012, ¹ 5, maddə 485, ¹ 10, maddə 1006; 2013, ¹ 10, maddə 1231; 2015, ¹ 12, maddə 1560; 2016, ¹ 4, maddə 821, ¹ 10, maddə 1702, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddələr 640, 668, ¹ 8, maddə 1606, ¹ 12 (II kitab), maddə 2537; 2018, ¹ 5, maddə 1142; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 479 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

3.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan ali təhsil müəssisələrinin nizamnamələrində dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

3.2. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra tabeliyində olan ali təhsil müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görmələrini təmin etsinlər;

3.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan ali təhsil müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görmələrini təmin etsinlər.

4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 16 yanvar.- S.2.