Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Birgə bazalı aerodromların dövlət qeydiyyatına alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 24 aprel tarixli 69 nömrəli, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2009-cu il 15 may tarixli 79 nömrəli, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” 2009-cu il 7 iyul tarixli 104 nömrəli, “Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 5 avqust tarixli 118 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli və “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2010-cu il 17 may tarixli 89 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 17   

 Bakı şəhəri, 21 yanvar 2019-cu il

 

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 4, maddə 286) ilə təsdiq edilmiş “Birgə bazalı aerodromların dövlət qeydiyyatına alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.7-ci yarımbənddə “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 3.1-ci bənddə “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri ilə, 3.2-ci, 3.4-cü, 5.1-ci və 5.2-ci bəndlərdə “DMAA” abreviaturası “NRYTN” abreviaturası ilə əvəz edilsin;

1.2. Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrinin forması”nın “Qeydlər”inin 1-ci və 2-ci hissələrində “DMAA-nın” abreviaturası “NRYTN-in” abreviaturası ilə əvəz edilsin;

1.3. Qaydaya 3 nömrəli əlavə - “Aerodromun Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrində qeydiyyatı haqqında Sənədin forması”nın “Qeyd”ində “DMAA-nın” abreviaturası “NRYTN-in” abreviaturası ilə əvəz edilsin;

1.4. Qaydaya 6 nömrəli əlavə - “Aerodromun birgə bazalı aerodromların dövlət reyestrindən çıxarılması haqqında Sənədin forması”nın “Qeyd”ində “DMAA-nın” abreviaturası “NRYTN-in” abreviaturası ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 79 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5, maddə 387; 2014, ¹ 10, maddə 1308; 2018, ¹ 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi” üzrə:

2.2.1. adında və 1.1-ci bəndində birinci halda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, ikinci halda “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – RYTN)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilsin;

2.2.2. mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası “NRYTN” abreviaturası ilə əvəz edilsin;

2.2.3. 5.2-ci bənddə “rabitə və yüksək texnologiyalar” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 601; 2014, ¹ 4, maddə 454; 2016, ¹ 3, maddə 591; 2017, ¹ 1, maddə 129; 2018, ¹ 1, maddə 139) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası” üzrə:

3.1.1. 1.9-cu bəndin ikinci cümləsində hər iki halda, 2.1-ci, 3.1-ci, 3.3-cü, 3.4-cü, 3.9-cu, 3.13-cü bəndlərdə, 3.18-ci və 3.20-ci bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.1.2. Qaydaya 1 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;

3.1.3. Qaydaya 2 nömrəli əlavədə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.1.4. Qaydaya 3 nömrəli əlavədə ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.1.5. Qaydaya 4 nömrəli əlavədə ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 1.3-cü bəndində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 671; 2016, ¹ 9, maddə 1585) ilə təsdiq edilmişAviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları”nın 1.1-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonraAdministrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonraAgentlik)” sözləri ilə və mətn üzrə ismin müvafiq hallarında “Administrasiyasözü ismin müvafiq hallarında “Agentliksözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041,

¹ 12, maddə 1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə 1629; 2014, ¹ 7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II kitab), maddə 354, ¹ 3, maddə 592, ¹ 4, maddələr 779, 804, 817, ¹ 5, maddə 964; 2017, ¹ 4, maddələr 633, 650, ¹ 5, maddə 980, ¹ 8, maddə 1609; 2018, ¹ 4, maddə 806, ¹ 5, maddə 1107, ¹ 7 (II kitab), maddə 1625, ¹ 9, maddə 1920, ¹ 10, maddə 2175; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 noyabr tarixli 493 nömrəli və 21 noyabr tarixli 494 nömrəli qərarları) ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 1.2.11-ci yarımbəndində, 2.2-ci bəndində, 3.3-cü bəndinin üçüncüdördüncü cümlələrində, 4.3-cü bəndinin birinciikinci cümlələrində, 4.10-cu bəndində, 6.4-cü bəndinin ikinci cümləsində, 7.4-cü bəndinin ikinci cümləsində, 7.5-ci bəndində, 7.6-cı bəndinin birinciikinci cümlələrində, 7.8-ci, 7.9-cu, 7.10-cu və 13.2-ci bəndlərində, 13.2.5-ci yarımbəndində, 16.1-ci bəndində ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 746; 2014, ¹ 8, maddə 1013; 2017, ¹ 5, maddə 981, ¹ 9, maddə 1752; 2018,

¹ 9, maddə 1921; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 498 nömrəli və 1 dekabr tarixli 519 nömrəli qərarları) ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 1.7.1-ci yarımbəndində və 50-ci hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 468; 2013, ¹ 8, maddə 1004; 2014, ¹ 6, maddə 747) ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 8-ci hissəsində və həmin Əsasnaməyə 3 nömrəli əlavə - “Dövlət informasiya ehtiyatlarının reyestrindən Çıxarış”da “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 25 yanvar.- S.4.