Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 17 dekabr tarixli 389 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin və istirahət rejiminə, şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli 202 nömrəli və “Lisenziyaya icazə verən orqanların lisenziyaya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 615 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 21 

   Bakı şəhəri, 21 yanvar 2019-cu il

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 389 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1586) adında, 1-ci və 2-ci hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 379, ¹ 7, maddə 1342, ¹ 11, maddələr 1965, 1976, ¹ 12, maddə 2239; 2018, ¹ 8, maddələr 1793, 1795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 yanvar tarixli 534 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3.9-cu yarımbəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

3. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin və istirahət rejiminə, şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərarında (Azərbaycan ­Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissədə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmişÜmumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin və istirahət rejiminə, şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın 1.6-cı bəndinin birinci cümləsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 5, maddə 973; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 dekabr tarixli 519 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.5-ci yarımbəndində “Dövlət Dəniz Administrasiyasında” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2560; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 483 nömrəli və 6 dekabr tarixli 525 nömrəli qərarları) ilə təsdiq edilmişLisenziyaya icazə verən orqanların lisenziyaya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in 20-ci və 21-ci hissələri ləğv edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 25 yanvar.- S.5.