Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 147 Bakı şəhəri, 24 aprel 2020-ci il

 

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması barədə

 

Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edil­mişYoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro­filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respub­likasının ərazisində geniş yayılması­nın qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 120 nömrəli Qərarının 3-cü hissəsi ilə fəaliyyəti qadağan edilmiş aşağıdakı və xidmət sahələrinin fəaliyyəti 27 aprel 2020-ci il saat 00:00-dan bərpa olunsun:

 

1.1. aşağıda göstərilən ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla):

 

1.1.1. qəzet, kitab və dəftərxana ləvazimatlarının satış məntəqələri;

 

1.1.2. kosmetika və ətriyyat məhsullarının satış məntəqələri;

 

1.1.3. geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satış məntəqələri;

 

1.1.4. qızıl və digər bəzək əşyalarının satış məntəqələri;

 

1.1.5. məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompütermobil cihazla­rın, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələri;

 

1.1.6. mebellərin satış məntəqələri;

 

1.1.7. avtomobillərin satış məntəqələri;

 

1.1.8. kimyəvi məhsulların satış məntəqələri;

 

1.1.9. gülbitki məhsullarının satış məntəqələri;

 

1.1.10. kənd təsərrüfatı texnika­sının və avadanlıqlarının, onların ehtiyat hissələrinin satış məntəqələri;

 

1.1.11. gübrə və aqrokimyəvi məhsulların satış məntəqələri;

 

1.2. fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla);

 

1.3. dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 

1.4. fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 

1.5. fərdi mənzillərdə təmizlik xidmətləri;

 

1.6. çap və sürətçıxarma xidmətləri;

 

1.7. kompütermobil cihazların təmiri;

 

1.8. lombardların fəaliyyəti.

 

2. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində dövlət xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnno­vasiyalar üzrə Dövlət Agentliyinin, xü­susi karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən etdiyi qaydada elektron növbə alınmaqla təmin edilsin.

 

3. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respub­likasının ərazisində geniş yayılması­nın qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 3.1-ci bənd aşağıdakı redak­siyada verilsin:

 

“3.1. bu Qaydanın 4.6-cı bəndində göstərilənlər istisna olmaqla, digər ticarət obyektlərində (ticarət mərkəzləri daxil olmaqla), habelə ic­timai iaşə obyektlərində, o cümlədən restoran, kafeçay evlərində müştərilərə yerində xidmətlər (evə götürmə, çatdırma onlayn satışlar istisna olmaqla);”;

 

3.2. 3.6-cı, 3.7-ci və 3.10-cu bəndlər ləğv edilsin;

 

3.3. 3.11-ci bəndə “fərdi” sözündən əvvəl “qrup halında” sözləri əlavə edilsin;

 

3.4. 4.6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.6.6–4.6.16-cı yarımbəndlər əlavə edilsin:

 

“4.6.6. qəzet, kitab və dəftərxana ləvazimatlarının satış məntəqələri;

 

4.6.7. kosmetika və ətriyyat məhsullarının satış məntəqələri;

 

4.6.8. geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satış məntəqələri;

 

4.6.9. qızıl və digər bəzək əşyalarının satış məntəqələri;

 

4.6.10. məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüterlərin, mobil cihaz­ların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələri;

 

4.6.11. mebellərin satış məntəqələri;

 

4.6.12. avtomobillərin satış məntəqələri;

 

4.6.13. kimyəvi məhsulların satış məntəqələri;

 

4.6.14. gülbitki məhsullarının satış məntəqələri;

 

4.6.15. kənd təsərrüfatı texnika­sının və avadanlıqlarının, onların ehtiyat hissələrinin satış məntəqələri;

 

4.6.16. gübrə və aqrokimyəvi məhsulların satış məntəqələri.”.

 

3.5. 4.7.9-cu yarımbəndin so­nunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağı­dakı məzmunda 4.7.10–4.7.14-cü yarımbəndlər əlavə edilsin:

 

“4.7.10. fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla);

 

4.7.11. çap və sürətçıxarma xidmətləri;

 

4.7.12. dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 

4.7.13. fotoatelye/fotostudiyalar­da xidmət (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 

4.7.14. fərdi mənzillərdə təmizlik xidmətləri.”;

 

3.6. 4.9.1-ci yarımbəndə “kredit təşkilatları” sözlərindən sonra“, lom­bardlarsözü əlavə edilsin;

 

3.7. 4.10.2-ci yarımbəndə “ava­danlıqlarının” sözündən sonra“, kompütermobil cihazların” sözləri əlavə edilsin.

 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

4.1. adında “qeyri-iş günlərində” sözləri “xüsusi karantin dövründə” sözləri ilə əvəz edilsin;

 

4.2. 5.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.6–5.16-cı bəndlər əlavə edilsin:

 

“5.6. qəzet, kitab və dəftərxana ləvazimatlarının satış məntəqələri;

 

5.7. kosmetika və ətriyyat məhsullarının satış məntəqələri;

 

5.8. geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satış məntəqələri;

 

5.9. qızıl və digər bəzək əşyalarının satış məntəqələri;

 

5.10.məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüterlərin, mobil cihaz­ların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələri;

 

5.11. mebellərin satış məntəqələri;

 

5.12. avtomobillərin satış məntəqələri;

 

5.13. kimyəvi məhsulların satış məntəqələri;

 

5.14. gülbitki məhsullarının satış məntəqələri;

 

5.15. kənd təsərrüfatı texnikasının və avadanlıqlarının, onların ehtiyat hissələrinin satış məntəqələri;

 

5.16. gübrə və aqrokimyəvi məhsulların satış məntəqələri.”;

 

4.3. 6.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.10– 6.14-cü bəndlər əlavə edilsin:

 

“6.10. fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla);

 

6.11. çap və sürətçıxarma xidmətləri;

 

6.12. dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 

6.13. fotoatelye/fotostudiyalar­da xidmət (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 

6.14. fərdi mənzillərdə təmizlik xidmətləri.”;

 

4.4. 8.1-ci bəndə “kredit təşkilatları” sözlərindən sonra “, lombardlarsözü əlavə edilsin;

 

4.5. 9.2-ci bəndə “avadanlıqları­nın” sözündən sonra “, kompütermobil cihazların” sözləri əlavə edilsin.

 

5.“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respub­likasının ərazisində geniş yayılması­nın qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

5.1. 1.5.1-ci yarımbənddə “2 saat” sözləri “3 saat” sözləri ilə əvəz edilsin;

 

5.2. 1.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

“1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və “Koro­navirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınma­sına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 120 nömrəli Qərarının 4-cü hissəsinə əsasən fəaliyyətinin davam etdirilməsinə icazə verilən və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk edən şəxslər üçün geri qayıtma müddəti mü­vafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir);”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 26 aprel.- S.4.