AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 140 Bakı şəhəri, 17 aprel 2020-ci il

 

Orta ixtisas təhsili üzrə ixtisas­ların Təsnifatı”nın təsdiq edilməsi və “Orta ixtisas təhsili üzrə ixtisas­ların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Ka­binetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

“Təhsil haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respubli­kası Təhsil Nazirliyinin təklifini nəzərə ala­raq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

 

2. Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2010, ¹ 1, maddə 57; 2017, ¹ 4, maddə 622) 1-ci hissəsi ləğv edilsin.

 

3. Bu Qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 19 aprel.- S.5.