Azərbaycan Respublikası Nazirlər KabinetininNotariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 2000-ci il 23 avqust tarixli 148 nömrəli, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qay­daları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 1 iyul tarixli 90 nömrəli, “Azərbaycan Respublika­sının yaşayış məntəqələrində it, pişikya digər ev heyvanlarının saxlan­ması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli və “Azərbaycan Respublikası­nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqın­da” 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 135 Bakı şəhəri, 9 aprel 2020-ci il

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 652; 2005, ¹ 8, maddə 782, ¹ 12, maddə 1228; 2006, ¹ 2, maddə 203; 2008, ¹ 8, maddə 787; 2013, ¹ 5, maddə 577; 2014, ¹ 10, maddə 1314; 2016, ¹ 11, maddə 1936; 2018, ¹ 3, maddə 627; 2019, ¹ 1, maddə 169, ¹ 3, maddələr 513, 564, ¹ 5, maddə 967) ilə təsdiq edilmiş 7 nömrəli forma – “Dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə”də “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin” sözləri “sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 90 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 581; 2009, ¹ 8, maddə 675; 2014, ¹ 11, maddə 1510) ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qay­daları haqqında Əsasnamə”nin 6.10-cu bəndinin dördüncü abzasında və 6.10.3- yarımbəndinin altıncı abzasında ismin müvafiq hallarında “uşaq müəssisələri” sözləri ismin müvafiq hallarında “uşaqlar üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.

 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 232, ¹ 10, maddə 972; 2015, ¹ 2, maddə 227; 2016, ¹ 12, maddə 2226; 2018, ¹ 12 (II kitab), maddə 2722; 2019, ¹ 5, maddə 971) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişikya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 2.2-ci bənddə “uşaq və yeniyetmə müəssisələrində” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

 

3.2. 4.4.3-cü yarımbənddə “uşaq müəssisələrində” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

 

4. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 30 mart tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, ¹ 3, maddə 335) adında, 1-ci, 2-ci, 6-cı hissələrində, 5.1-ci və 5.2-ci bəndlərində “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 12 aprel.- S.2.