Azərbaycan Respublikası Nazirlər KabinetininHemofiliyatalassemi­ya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2005-ci il 26 dekabr tarixli 241 nömrəli, “Hemofiliyatalassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında” 2005- ci il 29 dekabr tarixli 242 nömrəli, “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası”nın və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan bank­larının) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 26 nömrəli, “Doktoranturalar yaradı­lan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 de­kabr tarixli 235 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi­nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 noyabr tarixli 182 nömrəli və “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haq­qında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respubli­kası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzi haqqında” 2017-ci il 15 avqust tarixli 330 nömrəli Qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 134 Bakı şəhəri, 9 aprel 2020-ci il

 

Milli HematologiyaTransfuziolo­giya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 895 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 26 dekabr ta­rixli 241 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1240; 2008, ¹ 2, maddə 130) ilə təsdiq edilmişHemofi­liyatalassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın 3-cü hissəsində “B.Eyvazov adına Elmi-Tədqiqat He­matologiyaTransfuziologiya İnsti­tutunda” sözləri “Milli HematologiyaTransfuziologiya Mərkəzində” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 dekabr tarixli 242 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1241; 2010, ¹ 8, maddə 763) ilə təsdiq edilmişHemofi­liyatalassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yar­dımın Qaydası”nın 1-ci hissəsində “B.Eyvazov adına Elmi-Tədqiqat Hema­tologiyaTransfuziologiya İnstitu­tunda” sözləri “Milli HematologiyaTransfuziologiya Mərkəzində” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 55; 2008, ¹ 6, maddələr 584, 586; 2010, ¹ 6, maddə 566) ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, sax­lanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın 1-ci hissəsində “B.Eyvazov adına Elmi Tədqiqat He­matologiyaTransfuziologiya İnsti­tutunun” sözləri “Milli HematologiyaTransfuziologiya Mərkəzinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2010, ¹ 12, maddə 1117; 2011, ¹ 9, maddə 853; 2013, ¹ 7, maddə 883, ¹ 10, maddə 1232; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddələr 736, 752; 2015, ¹ 4, maddə 455, ¹ 8, maddə 967; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə 1208, ¹ 8, maddə 1435, ¹ 11, maddə 1953; 2017, ¹ 2, maddə 301, ¹ 4, maddə 667, ¹ 7, maddə 1494, ¹ 10, maddə 1931; 2018, ¹ 3, maddə 598, ¹ 8, maddə 1798, ¹ 9, maddə 1935; 2019, ¹ 1, maddə 150, ¹ 5, maddə 944, ¹ 8, maddə 1463, ¹ 12, maddə 2089; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 27 nömrəli Qərarı) ilə təsdiq edilmişDoktoranturalar yara­dılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

4.1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə” bölməsinin 12-ci hissəsi ləğv edilsin;

 

4.2. “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyipublik hü­quqi şəxs üzrə” bölməsi əlavə edilsin:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyipublik hüquqi şəxs üzrə

1.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi

fəlsəfə doktoru üzrə

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825; 2013, ¹ 3, maddələr 332, 340, ¹ 6, maddə 730, ¹ 9, maddə 1136, ¹ 10, maddə 1214; 2015, ¹ 10, maddə 1214, ¹ 12, maddə 1563; 2017, ¹ 12 (II kitab), maddə 2562; 2018, ¹ 1, maddə 136, ¹ 10, maddə 2144) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın I bölməsinin 2.1-ci bəndi və III bölməsinin 2-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr ta­rixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2531; 2018, ¹ 8, maddə 1798; 2019, ¹ 5, maddə 944) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.10-cu bənd ləğv edilsin;

6.2. 13.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14-cü hissə əlavə edilsin:

“14. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə:

14.1. Milli Hematologiya Transfu­ziologiya Mərkəzi.”.

7. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talas­semiya Mərkəzi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017- ci il 15 avqust tarixli 330 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2017, ¹ 8, maddə 1618; 2018, ¹ 1, maddə 135) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 12 aprel.- S.2.