İyirmi səkkiz illik missiya işğalçını və təcavüzün qurbanını müəyyənləşdirə bilmir?!

Yaxud, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə son qoyulmalıdır

 

Təkcə dövlət rəsmilərimiz, siyasətçilərimiz və diplomatlarımız deyil, bütövlükdə 50 milyonluq Azərbaycan xalqı dünya ictimaiyyətindən, beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən bu müəmmalı suala aydınlıq gətirilməsini tələb edir: “Necə olur ki, despotikorta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur?”

Təbii ki, bu sualın cavabını tək biz yox, hamı bilir. Ermənistanın bu hikkə və hoqqalarının əsas səbəbi beynəlxalq aləmdə iyrənc şəkildə davam edən ikili standartlardır. Göz qabağındadır ki, işğalçıya, təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistanın törətdiyi cinayətlərə beynəlxalq sanksiya tətbiq edilmir. On illərdir ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bu həyasızlıq və quduzluq az imiş kimi, dövri olaraq atəşkəsi pozur. Təkcə hərbçilərimizi deyil, mülki şəxsləri də qətlə yetirir. Ölkə əhalisinə külli miqdarda maddi ziyan vurur.

Himayədarlarının köməyinə arxalanan işğalçılar ötən ay, nəinki Dağlıq Qarabağın, hətta, işğal olunmuş digər yeddi rayonun da ərazisindən kənarda– Tovuz rayonunda təxribat törədərək, Azərbaycan tərəfi günahlandırmağa çalışmışlar. Yaxşı ki, bu dəfə dünya ictimaiyyətini aldada bilmədilər. Əslində, dünya ictimaiyyətini əvvəllər də aldada bilmirdilər. Beynəlxalq təşkilatlar, sadəcə olaraq, ikili standartlardan əl çəkə bilmədiklərinə görə özlərini “bilməməzliyə” vururdular.

Əlində yüz cür tarixi mənbələr olan dünya siyasətçiləri bilmirlərmi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır? Görmürlərmi ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, təxminən, 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Bilirlər və görürlər. Amma bildiklərini və gördüklərini dilə gətirmək istəmirlər. Bunun isə “öz maraqları naminə ikiüzlülük etmək”dən başqa adı yoxdur.

Doğrudur, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə ­BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Niyə? Qos-qoca dünya dövlətləri bu sualın qarşısında aciz qalıblar. Utanım yerinizə!

Dünya ictimaiyyəti bir yana, bilavasitə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış ­ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə “status-kvo qəbuledilməzdir” – desələr də, bu istiqamətdə heç bir kəsərli addım atmağa çalışmırlar. Bu dişsiz bəyanata imza atmağı özlərinə ayıb hesab etməyən həmsədrlər hətta bundan da utanc arqumentlə çıxış etməyi də adlarına rəva görürlər: “Bu münaqişə tərəflərin arasındakı bəzi kompromislərlə həll edilməlidir”. Rəzalətdir! Ərazisinin 20 faizi işğal edilmiş, Xocalı soyqırımına məruz qalmış, bir milyondan çox soydaşı qaçqın-köçkün taleyi yaşamağa məcbur edilmiş Azərbaycan tərəfi işğalçı, terrorçu, təxribatçı, uşaq qatili olan ölkəyə hansı güzəştləri etməlidir? Və əgər tərəflər öz aralarında razılığa gələ bilirdilərsə, onda ATƏT son 28 ildə bu qədər vəsait xərcləyərək, Minsk qrupunuüçün saxlayırdı?

İşğalçıya və təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər. Ona görə də 2016-cı ilin aprelində həmin siyasəti davam etdirməyə çalışan Ermənistan rəhbərliyi şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdilər. Həmin hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

Doğrudur, uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş üç rayonda – Ağdərə, Füzuli və Cəbrayılın bəzi ərazilərini azad etdi. Minsk qrupunun həmsədrləri isə köhnə bəyanatlarından birini yenə də oxumaqla işlərini bitmiş hesab etdilər.

Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən ay yerli televiziyaya verdiyi müsahibədə bu məsələyə toxunaraq, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini ciddi şəkildə qınamışdır: “Ermənistanın baş naziri deyirQarabağ Ermənistandır”... Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik”.

Bəli, Azərbaycan tərəfi aydınlıq tələb edir. Nə üçün mötəbər beynəlxalq təşkilatın yaratdığı Minsk qrupunun fəaliyyəti fiaskoya uğrayır?

Prezident xatırladır: “ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadanbaşqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir”.

Bəli, Minsk qrupu sözün həqiqi mənasında ikili standart müəlliflərinin əlində oyuncağa çevrilib.

Xatırladaq ki,  ATƏT-in – keçmiş ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan –Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk kon­fransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında isə həmsədrlik institutu təsis edilmiş, Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveçRusiya başçılıq etmişlər. 1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, RusiyaFransa başçılıq edirlər.

Qrupun tərkibinə ABŞ, FransaRusiyadan başqa Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə və Finlandiya da daxildir. Münaqişənin dinc vasitələrlə nizamlanması məqsədilə ulu öndər Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti sayəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildibundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundular. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət – Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sen­tyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək bu təkliflərlə razılaşmadı.

1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayanümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən “ümümi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in BudapeştLissabon zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra – ­1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) başçılarına məktubla müraciət etdi. Minsk qrupunun fəaliyyətini, xüsusilə, həmsədrlərin axırıncı təklifini ciddi surətdə tənqid edən dövlət başçısı “ümumi dövlət” ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə xeyli zərər verdiyini göstərməklə yanaşı, ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin ədalətlə və tezliklə aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırdı.

Ümumi dövlət” prinsipi nizamlama prosesinə ciddi maneçilik törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəkı ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı.

İndi isə siyasətə küçədən gəlmiş, hələ ali təhsil haqqında diplomu olmayan Nikol Paşinyan adlı naşı bir şəxs ATƏT-in Minsk qrupuna təklif diktə edir: “Danışıqlarda Dağlıq Qarabağ da tərəf kimi iştirak etsin!”

Həftənin əvvəlində bir, sonunda isə başqa beynəlxalq tribunadan özünü rüsvay edən bu adamın əlində əsir-yesir olmuş Minsk qrupu mənim nəyimə lazımdır? Həmsədrlər öz fəaliyyətsizlikləri ilə fiaskoya uğrayıblarsa, bizüçün oturub Minsk qrupundan ədalətli qərar gözləməliyik?

İttifaq MİRZƏBƏYLİ          

Xalq qəzeti  2020.- 19 avqust.- S.3.