Xilaskar liderin Zəfər təntənəsi

 

Ümummilli lider Heydər Əliyev ikinci dəfə müstəqillik qazanmış ölkəmizi dağıdılmaqdan qurtarmışdı, Prezident İlham Əliyev isə itirilmiş torpaqlarımızı şanlı döyüşlə aldı, xalqımızı Qələbə ilə sevindirdi.

 

Son 30 ildə bütün azərbaycanlılar ilk kərə 10 noyabr 2020-ci ildə Qələbə öyüncü ilə dərindən nəfəs alıb içərilərindəki acıları, “məğlub xalq” duyğularını sevinc göz yaşları ilə boşaltdılar. Bütün azərbaycanlıların Prezidenti İlham Əliyev yazılanlardan çox əski tarixi olan bu xalqa yeni nəfəs verdi. Sanki, xalqımız yenidən doğuldu, silkələnib, ümidsizlikruh düşkünlüyü səbəbindən buraxdığı xəta və suçlardan təmizlənib arındı. Yurddaşlarımız Qələbə sevinci içində daha da mehribanlaşdılar. Bu tarixi Qələbə təməlini ulu öndər Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyevin addım-addım qət etdiyi yolun sonucu idi.

 

Azərbaycanın yeni lideri İlham Əliyev dövlət başçılığına da yeni siyasətlə-- düşmənə qarşı diplomatik hücumla başlamışdı. 17 ildən sonrasa bu hücum dronlarla, top-raketlərlə hərbi gerçəyə çevrildi. Prezident İlham Əliyevin “Vətən müharibəsi” adlandırdığı bu dava dönəmində xalqa müraciətlə etdiyi tarixi çıxışlar, dünyanın aparıcı TV kanallarına verdiyi müsahibələr düşmən üzərinə yağdırılan güllə, mərmi və raket zərbələri qədər güclü səslənirdi. Bu açıqlamalar xalqımızın 30 ildir tüstüsüz, alovsuz için-için yanan ürəyinə su səpirdi. Dövlət başçısı qələbə müjdəli fikir və mülahizələrini üstüörtülü diplomatik ifadələrlə deyil, ürəyindən gələn açıq, səmimi sözlərlə, xalq dili ilə deyirdi. Xalq Ayın o biri üzünü görürmüş kimi, öz liderininarxa planda qalmış kimliyini görüb tanıdı. Prezidentin işğalçılara qarşı illərlə ürəyində yığılıb qalmış qəzəbini, düşmənə nifrətini adi vətəndaşlar kimi söyləməsi xalqın dilində zərb-məsələ çevrildi.

 

44 günlük Vətən müharibəsində İlham Əliyev dövlət başçısı və Ali Baş Komandan, yurdunu sevən azərbaycanlı kimi nə mümkünsə etdi. Xalqımızın Xilaskar lideri bizə hələ arzu-xəyal təki görünənləri qısa zaman kəsiyində gerçəkləşdirdi, özünün dediyi təki düşmənin belini qırıb diz çökdürdü, 200 ildir Qafqazda at oynadan hay-erməni mifini sabun köpüyü təki havaya sovurdu. Həm də hansı zaman kəsiyində?! Qərbin imperialist dairələrinin ərəb dövlətlərinin aparıcı güc olduğu İslam aləmini çökdürdüyü, dünyanın çox qarışıq bir dönəmində. 200 ildir ki, aparılan aşkar-gizli, son dövrlərdə yenilənmiş “səlib müharibəsi”nin getdiyi bir zamanda! Suriya, İraq, Liviya, Sudan, Somalis. dövlətlərin bugünkü durumuna baxmaq kifayət edər.

 

Dünya liderləri, tanınmış ictimai-siyasi xadimlər bu günlərdə Azərbaycan Prezidentinin təmkinini pozmadan, məntiqi çıxışları ilə ona edilən təzyiqlərə qarşı dəyanətinə heyran olublar. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin onun ali baş komandanlığı haqqında dedikləri yurddaşlarımıza haqlı öyünc gətirməklə mənəvi güc verir.

 

Döyüşlərin qızğın çağında Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin üzvləri-- Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə şahzadəsi Türki əl-Feysalın Prezident İlham Əliyevə ünvanladığı, çox təsirli məktubda deyilir:Zati aliləri! Bu günlərdə Sizin barənizdə çox düşünürük. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan böyük təzyiqlərə tab gətirəcəksiniz”.

 

Həmin məktubda Prezident İlham Əliyevin son ikionillikdə əldə etdiyi uğurları, şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığı nüfuzu, həmçinin, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini qeyd edən müəlliflər BMT TŞ-nın 4 qətnaməsinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsini xatırladıb yazırlar: “Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbrli yanaşma nümayiş etdirirsiniz. Biz məsələni BMT-nin diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik. Biz həmsədrlərimiz və baş katibimizlə işləyərək, üzvlərimizin fəal dəstək vermələrini koordinə edirik. Siz daha güclüdaha nüfuzlusunuz. Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız sizinlədir”.

 

Dünyada ədalət tərəzisinin pərsəngi pozulduğu dönəmdə dövlətimizi və xalqımızı siyasətin dolanbac labirintləri ilə aparan Prezident İlham Əliyevin milli lider olaraq alternativi nəinki yoxdur, heç üfüqdə də görünmür”. Bu sözləri isə bir neçə il öncə media qurumları rəhbərlərinin AzTV-nin dövlət başçımız haqqında etdiyi tele-sorğuda mən demişdim. Tamaşaçıların çoxu mənim çıxışımı rəğbətlə qarşılasa da, tək-tük dodaq büzənlər də olmuşdu. Mən mədhiyyə söyləməmişdim. Aparılan mötəbər sorğunu içimdən gələn səmimi bir səslə, ərəb ölkələrində hərbi və mülki tərcüməçi işləmiş, yüksək səviyyəli hərbi və siyasi görüşlərdə iştirak etmiş, SuriyaLiviyada döyüş əməliyyatlarının iştirakçısı olmuş şərqşünas və jurnalist kimi reallıqları analiz edərək cavablandırmışdım.

 

Nəhayət, dünyanın 50 silahlı qüvvəsindən biri, Qafqazın ən üstün hərbi gücü olduğunu işğalçı ölkə qoşunları üzərində parlaq Qələbə ilə sübut edən müzəffər ordumuzun torpaqlarımızı iyrənc düşməndən təmizləməsi ilə milyonlarla yurddaşlarım təki sevincim aşıb-daşır, otuz ildə ürəyimi ağrıdan acılarım, dağdan ağır dərdim günbəgün əriyir, bütün xalqım kimi qapqara qaralmış qanım durulur.

 

Düşünürəm: görəsən, Azərbaycan dövlətinin başçısı və Ordusu haqqında ölkə dışında, telekanallarda hədyan söyləyənlər, Azərbaycanı istəməyənlərin pulu ilə danışanlar heç utanırlarmı? Kimlərinsə maliyyə dəstəyi ilə yaradılmış kanallarda özlərini demokratiya carçısı, vətənpərvər müxalifət sözçüsü adlandırıb, bağıranların damarlarında millət qanı axırsa, heç xəcalət çəkirlərmi? Dünyada gedən qlobal olayları, aldadıcı siyasi oyunları anlamaq zəkasında olmayıb sinələrinə döyən “siyasətçilər”, “liderlər” suçlarını başa düşürlərmi? Azərbaycan Respublikası Prezidentindən, onun şanlı Ordusunun fədakar əsgər, zabit və generallarından, şəhidlərin ruhlarından üzr istəməyə mədəniyyətləri çatırmı?

 

Əli qələm tutan populistlərin Günəşdə də ləkə axtardığı dönəmdə oxucuların məni düzgün anlaması üçün, sözlərimi qeyri-təvazökar saymaması üçün aşağıdakıları xatırlatmaq istəyirəm. Hələ sovet dönəmlərində – 1988-ci ilin noyabrında Türkiyənin “Günaydın” qəzetinə ermənilərin Qarabağda separatçı hərəkətlərini “əski türk düşmançılığı” adlandırdığım müsahibəmdən başlayaraq 90-cı illərdə yaratdığımız “AssA-İradə” Xəbər Agentliyiingilis dilində nəşrinə başladığımız “Azernews” qəzeti vasitəsilə bir neçə dildə Qarabağ gerçəkliklərini yaponlardan tutmuş Amerikayadək dünya ictimaiyyətinə yayırdıq. Əcnəbi jurnalistləri apardığım Göygöl-- Çaykəndi ətrafında və Xankəndidə 2 dəfə, az qala, girov götürülmüşdüm.

 

Qarabağ olaylarının başlanğıcından hadisələrin içində olmuşam. 2003-cü ildən Prezident İlham Əliyevin “hücum diplomatiyası” siyasətinə başlamasından, uluslararası toplantılardakı çıxışlarından, Ermənistanla sərhədi açmaq üçün Türkiyəyə gəlmiş ABŞ prezidenti Obamanın görüş təklifindən imtina etməklə bu planı pozmasından, Macarıstanda ömürlük həbsə məhkum olunmuş zabitimiz Ramil Səfərovu azad edib, Vətəndə qəhrəman kimi qarşılanmasından və s. haqqında jurnalist kimi dövrü mətbuatda, yazıçı kimiQara Qantarixi roman-trilogiyamda yazmışam.

 

Demək istəyirəm ki, son 30 ildə ölkəmizdə baş verən olayların içində yaşamışam, dünya olaylarından yaxşı xəbərdaram, dövlətçiliyimiz təhlükədə olarkən xalqın tələbi ilə dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya ölkə rəhbərliyinə gətirilməsi dönəmlərində baş verən olayları yaxından izləmişəm. Ölkəmizin informasiya blokadasına alındığı o ağır illərdə “AssA-İradə” Xəbər Agentliyi və “Azernews” qəzeti vasitəsilə dünyaya ingiliscə, rusca və türkcə xəbərlər yaymışıq.

 

Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, Qarabağ probleminin uzadılmasında dövlət başçısını suçlamağa çalışan diletantların fikirləri həmişə məndə acı gülüş doğurub. Çünki belə diletantların dünyanın yeni qütbləşməsini, olayların gəlişməsini, siyasi iqtisadi maraqların gözlənilməz yönlərə şaxələnib dəyişməsini, düşmənin arxasında üzdə görünən havadarlardan əlavə, güclü xristian təşkilatlarının gizli planlarının da durduğunu tam aydınlığı ilə görüb, təhlillər aparmaq bacarığı yoxdur.

 

Bu zavallılar çox sürətlə dəyişən dünyada zaman və məkan amilləri zəminində çevik hərəkət etməyə, dünya olaylarının nəbzini tutmağa qadir deyillər. Bu ilin iyul ayındakı Tovuz olaylarında düşmən təxribatının verdiyi fürsətdən yararlanıb dövlətimizin başçısını Qarabağda müharibəyə başlamamaqda suçlayanlar da belələri idi. Onlar başa düşmürdülər ki, hərbi-siyasi durumu lazımi zaman kəsiyində analiz edib, dəyərləndirmək üçün özəl kəşfiyyat raportları, diplomatik kanallarla alınan gizli siyasi məlumatlar lazımdır. Düşünmürdülər ki, “Lazım” ın gəlmə anını – Vətən müharibəsini başlamaq vaxtının yetişməsini Prezidentonun yaxın komandası, Ali Baş Komandanonun komandan generalları bilirlər.

 

3 ay öncə heç ağlımıza da gəlməzdi ki, 28 ildən çox həsrətində olduğumuz Şuşamızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi və Laçınımızı belə qısa zamanda, aşkar güc üstünlüyü ilə düşməndən azad edib geri qaytararıq. Ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəsna olaraq, İlham Əliyevin hərbi-diplomatik fəaliyyəti sayəsində baş tutdu.

 

Əlbəttə, bütün azərbaycanlılar istəyirdilər ki, sıralarında Suriya, Livan, ABŞ, Rusiyas. ölkələrdən gəlmiş daşnaklar da döyüşən erməni ordusunu son əskərinədək əzib, dövlət başçımızın dediyi kimi, “iti qovan təki” sınırlarımızdan kənara ataq. Əslində, elə belə də oldu. Tarix boyu ayaqlar altına sərilməyi milli xarakterinə çevirmiş haylar xeyli dərəcədə arxa çevirdiyi Rusiyanın, qatı düşmən saydığı Azərbaycanın ayaqlarına düşdü, bu millətin alçaq, rəzil olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi.

 

Ali Baş Komandan İlham Əliyevin öz xalqına müraciətləri, dünyaya mesajları altında Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə, “Qarabağ konfliktinin hərbi həlli yoxdur” deyən, dünyada sözamal sahibi olan Qərb dairələri, yuyulmamış qaşıq təki ortalığa atılan Makron kimiləri cilov gəmirirdilər. Çünki, gözləmədikləri məqamda Azərbaycanın onların qoyduğu qaydaları pozmasını həzm edə bilmirdilər. 2016-cı il Aprel döyüşlərində olduğu təki-- 4 günlük döyüşlərdən sonra Vyanada FransaRusiya xarici işlər nazirləri, ABŞ-ın dövlət katibi Ermənistan Prezidenti ilə bir mövqedə duraraq, tək qalmış Azərbaycan Prezidentinin üstünə tökülüşmüşdülər. O zaman Azərbaycan Prezidentinin göstərdiyi səbr və təmkinə, qürura heyran qalmamaq mümkün deyildi. O, zamanında hirsini, qəzəbini boğmağı bacardı. Yalnız Vətən müharibəsində illərlə ürəyində yığılmış qəzəb və nifrətini düşmənlərin üstünə püskürdü.

 

Prezident İlham Əliyev, hər şeydən öncə, Ana yurduna sonsuz sevgi bəsləyən vətəndaşdır. Gənc yaşlarından Milli Olimpiya Komitəsinin qurucusu və rəhbəri kimi gördüyü işləri xatırlayaq. Millətləri, ölkələri dünyaya tanıdan yollardan biri idmandır. Olimpiya oyunlarında qazandığımız medallar Azərbaycanı, az qala, neft qədər tanıtdı. Sonralar onun Avropa Şurası tribunasından bir neçə dildə sərrast çıxışları, yüksək intellekti, dünyada adımızı eşidib, özümüzü görməyənlərə aydın çatdırdı: bu bənzərsiz siyasətçi Azərbaycanın yeni tipli lideridir.

 

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin 17 ilində və xüsusən 44 günlük Vətən müharibəsində xalqının və dövlətinin iradəsini, əsgər və zabitlərinin, genarallarının döyüşkənliyini, cəsarətini, yurdsevərliyini, nizam-intizamını bütün dünyaya tanıtdı. Böyük güclərin sayəsində torpaqlarımızı işğal etmişindionlardan yardım alan ermənilərlə Şuşada əlbəyaxa döyüşlərdən sonra isə azərbaycanlılar başlarını daha dik tutmaq haqqı qazandılar...

 

Sinəm 30 ilin ağrı-acısıyla doludur, Allah ömür versə, ən yaxşı yazılarım hələ bundan sonra yaranacaqdır. Ötən yay 102 yaşlı köçkün atam dilində “Qarabağ... Cəbrayıl...” sözləri dünyasını dəyişdi. Hər gün televizorun önündən ayrılmayan, 27 ildən sonra Cəbrayılın Balyat kəndində yurd yerini görmək üçün Uca Tanrıdan möhlət diləyən 96 yaşlı anamın da duaları Sizinlədir, Cənab Prezident!

 

Siz öz xalqının Xilaskar lideri kimi Azərbaycan dövlətinə çağdaş tarixdə daha layiqli mövqe qazanmaq üçün ikinci nəfəs verirsiniz. Qələbədən sonra dünyanın ən qədim bu xalqının lideri kimi Siz hələ çox böyük uğurlara imza atacaqsınız, çox uca zirvələri fəth edəcəksiniz, cənab Prezident!

 

Fazil Güney ABBASOV,

İslam Əməkdaşlıq Təşkilatı Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri, “AssA-İradə” İnformasiya Agentliyinin və “Azeri Observer” jurnalının baş direktoru

 

Xalq qəzeti 2020.- 10 dekabr.- S.6.