Azərbaycan – İtaliya iqtisadi münasibətləri yeni inkişaf mərhələsində

 

Azərbaycan əlverişli coğrafi-siyasistrateji mövqedə yerləşir, Şərqə AsiyayaHind okeanına çıxmaqda tarixən olduğu kimi, inditranzit rolunu oynayır. Avropa və Asiyanın qovuşağında yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş əlaqələr qur­maq istəyi, tutduğu mövqe Azərbaycanı Avropa siyasəti üçün önəmli yerə çıxarır. Ölkəmizin zəngin təbii sərvətləri, Qafqaz və Xəzər regio­nunda böyük potensiala malik olması onu dünya ölkələri üçün vacib tərəfdaşa çevirir. Habelə, Azərbaycan xalqının və dövlətinin sülhsevər xarici siyasəti, azad bazar iqtisadiyyatı yolunu tutması, bu sahədə mühüm qanunvericilik bazasının mövcudluğu, bir sıra beynəlxalq təşkilatlara üzv olması Azərbaycanın əhəmiyyətini artırır.

 

Azərbaycan Ordusu 28 ildə BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və digər müvafiq təşkilatların reallaşdıra bilmədiyi vəzifəni 44 günə şərəflə gerçəkləşdirərək hərbi, siyasi müstəvidə də yeni reallıq yaratdı. Artıq bütün dünyada Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması birmənalı etiraf edilir. Ölkəmiz iqtisadi gücü ilə yanaşı, hərbi qüdrəti ilə də tanınır.

 

Bütün bu amillər dünyanın müxtəlif dövlətlərinin, tanın­mış şirkətlərinin ölkəmizə olan marağını daha da artırır. Bu ölkələr arasında Azərbaycanın iqtisadi tərəfdaşı olan İtaliya ilə münasibətlərin inkişaf dinamikası xüsusilə yüksəkdir.

 

Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin möv­cudluğu dövründə və xüsusilə də müharibə zamanı İtaliya dəyişməz mövqeyini nümayiş etdirdi. İtaliya­nın parlament nümayəndələrinin müharibənin başa çatmasın­dan sonra, qısa zamanda Azərbaycana səfəri ilə həmrəylik ifadə etməsi ölkələrimiz arasında güclü dostluq münasibətlərinin təcəssümüdür. Senatın və hökumətin nümayəndələrinin Gəncə və Bərdəyə gedərək ermənilərin ballistik kasetli raket hücumu ilə dinc əhaliyə qarşı terror aktlarının şahidi olması, mətbuatda erməni vəhşiliyinə öz münasibətlərini bildirməsi İtaliya dövlətinin Azərbaycana dəstəyinin, həmçinin beynəlxalq hüquqa, ədalət prinsiplərinə sadiqliyinin inikasıdır.

 

Azərbaycan və İtaliya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri ilə atılıb. Səfər nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Bura investisiyaların qorunması və həvəsləndirilməsi haqda müqavilə də daxildir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan -- İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib. İlham Əliyevin səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekom­munikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb. Bütün bu sahələr üzrə müqavilələr Azərbaycan -- İtaliya münasibətlərinin kifayət qədər geniş sahədə inkişafını göstərir.

 

Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. İtaliyanın Cənubi Qafqazda iqti­sadi əməkdaşlıq etdiyi əsas ölkə də Azərbaycandır. Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında qar­şılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır. Bunu, müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırması, Azərbaycanın isə İtali­yaya 135 milyon dollar investisiya qoyması faktından da aydın görə bilərik.

 

İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. Bu ölkənin neft idxalı 99,4 faiz Azərbaycan neftinin hesabına həyata keçirilir. İqtisadi əlaqələr əsasən neft-qazenerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 150-yə yaxın şirkəti fəaliyyət göstərir.

 

İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neftneft məhsullarının İtaliyaya ixracı mütləq üstünlük təşkil edir. “ENİ” qrupu Azərbaycanın enerji sekto­runa 1995-ci ildən etibarən cəlb olunmuşdur. İtaliyanın “ENİ” şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5% paya sahibdir. Cənub Qaz Dəhlizinin nəql marşrutları kontekstində 2013-cü ildə TAP layihəsi “Na­bukko” ilə rəqabətdə Azərbaycan qazının İtaliyaya daşınması üçün marşrut olaraq seçilib. Şahdəniz-2 qazının satışına dair imzalan­mış sazişə uyğun olaraq, TAP qaz kəməri istismara verildikdən sonra İtaliyanınEnel” və “Hera” şirkətləri tərəfindən Azərbaycan mənşəli təbii qazın alınması nəzərdə tutulur. TAP layihəsinin istismara verilməsi və ölkəmizin qeyri-neft məhsullarının İtaliya bazarlarına ixracının artırılması ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin böyük olduğunu göstərir. Bundan əlavə, müxtəlif İtalyan şirkətlərinə (Saipem, Val­vItalia, Renco S.p.a, Bonatti spa, Enereco S.p.a. e Max Streicher S.p.a, Honeywell SRL və s.) Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərdə təchizat və xidmət layihələri verilib.

 

Azərbaycanın Dövlət Neft Şirkəti və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliya­nın mühəndislik, tikintitex­nologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirəcəklər. Bunlar arasında “SOCAR Poly­mer” şirkəti ilə İtaliyanın “Maire Technimont S.p.A.” şirkəti arasın­da Sumqayıtda Polipropilen zavo­dunun inşası ilə bağlı müqavilə, “SOCAR Polymer” və İtaliyanın Maire Technimont S.p.A.. şirkəti (nəzarətində olduğuKT-Kinetics Technology S.p.A” şirkəti adından) arasında Sumqayıtda Polipropilen zavodu layihəsinin reallaşdırılması çərçivəsində Saziş, “Azərikimya” İstehsalat BirliyininEtilen-polieti­lenzavodunun yenidənqurulması layihəsi çərçivəsində ARDNŞ və İtaliyanın Technip şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə, “Danieli & C.Officine Meccaniche SpA” şirkəti və “Baku Steel Company” arasın­da 5 metallurgiya müəssisəsinin tikintisini nəzərdə tutan “açaraltı” müqavilə vardır.

 

2000-ci ildən başlayaraq İtaliyanın Xarici Ticarət İnsti­tutunun (ICE) Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. İki ölkənin işgüzar dairələrini təmsil edən təşkilatlar və iqtisadi əməkdaşlığı təşviq edən digər qurumlar arasında əməkdaşlıq əlaqələri yaradılıb. Bu xüsusda, AR Ticarət-Sənaye Palatası və İta­liyanın Palatalar Birliyi, “Azpromo” və ICE arasında təmaslar qurulub. İtaliyada iki ölkənin adamlarını birləşdirən işgüzar assosiasiya qismində İtaliya -- Azərbaycan Ticarət İnstitutu fəaliyyət göstərir. Bu quruma 2016-cı ilin yanvar ayından etibarən İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən İtaliya – Azərbaycan Ticarət Palatası statu­su verilib.

 

Azərbaycanın və İtaliyaın Xari­ci İşlər Nazirliyinə istinadən təqdim etdiyimiz bu faktlar iki dost ölkənin münasibətlərində iqtisadi faktorun güclü element kimi çıxış etməsinin göstəricisidir.

 

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadienerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliya­nın gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Ölkəmizin hər il Bakıda təşkil etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında əldə olunan razılaşmaya əsasən, 3500 kilometr uzunluğunda Cənub Qaz dəhlizi boru kəməri inşa edildi. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır. Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans-Adriatik boru kəmərinin əhəmiyyəti böyükdür. Dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə baş­lanması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan -- İtaliya münasibətlərinin böyük perspektivi olduğunu deməyə əsas verir.

 

Dekabrın 9-da İtaliya Respub­likasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano­nun rəhbərlik etdiyi nümayəndə heyətinın Azərbaycana səfəri ilə ölkəmizin beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını daha daha nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdı.

 

Prezidenti İlham Əliyevlə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsinin əsası qoyuldu. İtaliya şirkətləri ilə hazırda da­vam edən və gələcəkdə işğaldan azad edilmiş rayonlarda həyata keçiriləcək layihələr müzakirə edil­di. Görüş regional və beynəlxalq münasibətlər, həmçinin işğaldan azad olunmuş ərazilərdə yeni inf­rastrukturun qurulması ilə iqtisadi sahədə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdıl­mış şəhərlərinin bərpasına dair çoxspektrli planların yaradılma­sı, yenidənqurma layihələrinin işlənməsi labüddür:Bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacı­mız var. Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə-yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir”.

 

Manlio Di Stefanonun fikrindən də aydın oldu ki, İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək qu­ruculuq işlərində iştirakda maraq­lıdır: “ İki ölkə arasında iqtisadi-ticarət münasibətləri yüksək səviyyədədir. İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

 

Göründüyü kimi, Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqın­da müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addımdır. AzenerjiASC-nin prezidenti Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Cüzeppenin iştirakı ilə video-konf­rans şəklində imzalanan qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinə əsasən, İtaliya şirkətləri azad edilmiş ərazilərdə enerji infrastrukturunun yaradıl­masına töhfə verəcəklər. Türkiyə şirkətlərindən sonra işğaldan azad edilmiş rayonlarımızda yeni layihələrin reallaşmasına dair növbəti müqavilələrin İtaliya ilə bağlanması ölkələrimiz ara­sındakı dostluğun təzahürüdür. Müqaviləyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayon­larında inşa olunacaq 110 kilo­voltluq yarımstansiyaların elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur.

 

İşğaldan azad edilmiş Qarabağ bölgəsi füsünkar təbiəti ilə yana­şı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu ra­yonlarımız aqrar üstünlüyü, xam­mal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərin iqtisadi po­tensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastruk­turu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisa­diyyatına və dünyanın genofondu­na milyardlarla manat həcmində ziyan vurulmuşdur. Dağlıq Qara­bağonun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam Füzuli inzibati rayonlarının inkişaf etdirilməsi çox­saylı və müxtəlif sektorları əhatə edəcək kompleks yanaşma tələb edir.

 

İşğaldan azad edilmiş ra­yonların iqtisadi potensialı çoxs­pektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Dağlıq Qarabağonun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli inzibati rayonları böyük xammal bazasına malikdir. Yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya komplek­sinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgi­yanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi sənayenin inkişafını sürətləndirmiş olar.

 

Regionun sənaye potensia­lını 4 istiqamətdə qiymətləndirə bilərik: zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkan­ları və zəngin faydalı qazıntıların emalı. Region, emal və ərzaq sənayesinin inkişafı üçün də əlverişlidir.

 

Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələr həyata keçirilməsi də real görünür.

 

Göründüyü kimi, işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, ekologiya, turizms. sahələrdə də əməkdaşlığın inkişa­fı üçün geniş imkanlar mövcuddur. Həmin rayonlarımızın iqtisadi potensialı və İtaliya şirkətlərinin daxili göstəriciləri burada inves­torların enerji sahəsindən əlavə, kənd təsərrüfatı, sənaye və turizmin müxtəlif sektorlarında iştirakına zəmin yaradır. Nəzərə alsaq ki, İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malik­dir, o zaman əminliklə deyə bilərik ki, Qarabağda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılma­sında İtaliya şirkətlərinin iştirakı ölkələrimiz arasında əməkdaşlığa yeni töhfələr verə bilər. İtalyan sərmayəçilər Azərbaycanın geniş nəqliyyat infrastrukturutranzit potensialından da faydalana­raq yaradılacaq Xüsusi İqtisadi Zonada səmərəli fəaliyyət göstərə bilərlər. İnanırıq ki, Azərbaycan və İtaliya Respublikaları ara­sında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakı şəhərində keçiriləcək 6-cı iclasında qeyd etdiyimiz məsələlər öz əksini tapacaq. Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.

 

Leyla RƏŞİD,

İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü,Azərbaycan – İtaliya iqtisadi münasibətləri yeni inkişaf mərhələsində

 

Azərbaycan əlverişli coğrafi-siyasi və strateji mövqedə yerləşir, Şərqə Asiyaya və Hind okeanına çıxmaqda tarixən olduğu kimi, indi də tranzit rolunu oynayır. Avropa və Asiyanın qovuşağında yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş əlaqələr qur­maq istəyi, tutduğu mövqe Azərbaycanı Avropa siyasəti üçün önəmli yerə çıxarır. Ölkəmizin zəngin təbii sərvətləri, Qafqaz və Xəzər regio­nunda böyük potensiala malik olması onu dünya ölkələri üçün vacib tərəfdaşa çevirir. Habelə, Azərbaycan xalqının və dövlətinin sülhsevər xarici siyasəti, azad bazar iqtisadiyyatı yolunu tutması, bu sahədə mühüm qanunvericilik bazasının mövcudluğu, bir sıra beynəlxalq təşkilatlara üzv olması Azərbaycanın əhəmiyyətini artırır.

 

Azərbaycan Ordusu 28 ildə BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və digər müvafiq təşkilatların reallaşdıra bilmədiyi vəzifəni 44 günə şərəflə gerçəkləşdirərək hərbi, siyasi müstəvidə də yeni reallıq yaratdı. Artıq bütün dünyada Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması birmənalı etiraf edilir. Ölkəmiz iqtisadi gücü ilə yanaşı, hərbi qüdrəti ilə də tanınır.

 

Bütün bu amillər dünyanın müxtəlif dövlətlərinin, tanın­mış şirkətlərinin ölkəmizə olan marağını daha da artırır. Bu ölkələr arasında Azərbaycanın iqtisadi tərəfdaşı olan İtaliya ilə münasibətlərin inkişaf dinamikası xüsusilə yüksəkdir.

 

Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin möv­cudluğu dövründə və xüsusilə də müharibə zamanı İtaliya dəyişməz mövqeyini nümayiş etdirdi. İtaliya­nın parlament nümayəndələrinin müharibənin başa çatmasın­dan sonra, qısa zamanda Azərbaycana səfəri ilə həmrəylik ifadə etməsi ölkələrimiz arasında güclü dostluq münasibətlərinin təcəssümüdür. Senatın və hökumətin nümayəndələrinin Gəncə və Bərdəyə gedərək ermənilərin ballistik kasetli raket hücumu ilə dinc əhaliyə qarşı terror aktlarının şahidi olması, mətbuatda erməni vəhşiliyinə öz münasibətlərini bildirməsi İtaliya dövlətinin Azərbaycana dəstəyinin, həmçinin beynəlxalq hüquqa, ədalət prinsiplərinə sadiqliyinin inikasıdır.

 

Azərbaycan və İtaliya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri ilə atılıb. Səfər nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Bura investisiyaların qorunması və həvəsləndirilməsi haqda müqavilə də daxildir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan -- İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib. İlham Əliyevin səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekom­munikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb. Bütün bu sahələr üzrə müqavilələr Azərbaycan -- İtaliya münasibətlərinin kifayət qədər geniş sahədə inkişafını göstərir.

 

Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. İtaliyanın Cənubi Qafqazda iqti­sadi əməkdaşlıq etdiyi əsas ölkə də Azərbaycandır. Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında qar­şılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır. Bunu, müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırması, Azərbaycanın isə İtali­yaya 135 milyon dollar investisiya qoyması faktından da aydın görə bilərik.

 

İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. Bu ölkənin neft idxalı 99,4 faiz Azərbaycan neftinin hesabına həyata keçirilir. İqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 150-yə yaxın şirkəti fəaliyyət göstərir.

 

İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının İtaliyaya ixracı mütləq üstünlük təşkil edir. “ENİ” qrupu Azərbaycanın enerji sekto­runa 1995-ci ildən etibarən cəlb olunmuşdur. İtaliyanın “ENİ” şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5% paya sahibdir. Cənub Qaz Dəhlizinin nəql marşrutları kontekstində 2013-cü ildə TAP layihəsi “Na­bukko” ilə rəqabətdə Azərbaycan qazının İtaliyaya daşınması üçün marşrut olaraq seçilib. Şahdəniz-2 qazının satışına dair imzalan­mış sazişə uyğun olaraq, TAP qaz kəməri istismara verildikdən sonra İtaliyanın “Enel” və “Hera” şirkətləri tərəfindən Azərbaycan mənşəli təbii qazın alınması nəzərdə tutulur. TAP layihəsinin istismara verilməsi və ölkəmizin qeyri-neft məhsullarının İtaliya bazarlarına ixracının artırılması ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin böyük olduğunu göstərir. Bundan əlavə, müxtəlif İtalyan şirkətlərinə (Saipem, Val­vItalia, Renco S.p.a, Bonatti spa, Enereco S.p.a. e Max Streicher S.p.a, Honeywell SRL və s.) Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərdə təchizat və xidmət layihələri verilib.

 

Azərbaycanın Dövlət Neft Şirkəti və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliya­nın mühəndislik, tikinti və tex­nologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirəcəklər. Bunlar arasında “SOCAR Poly­mer” şirkəti ilə İtaliyanın “Maire Technimont S.p.A.” şirkəti arasın­da Sumqayıtda Polipropilen zavo­dunun inşası ilə bağlı müqavilə, “SOCAR Polymer” və İtaliyanın Maire Technimont S.p.A.. şirkəti (nəzarətində olduğu “KT-Kinetics Technology S.p.A” şirkəti adından) arasında Sumqayıtda Polipropilen zavodu layihəsinin reallaşdırılması çərçivəsində Saziş, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polieti­len” zavodunun yenidənqurulması layihəsi çərçivəsində ARDNŞ və İtaliyanın Technip şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə, “Danieli & C.Officine Meccaniche SpA” şirkəti və “Baku Steel Company” arasın­da 5 metallurgiya müəssisəsinin tikintisini nəzərdə tutan “açaraltı” müqavilə vardır.

 

2000-ci ildən başlayaraq İtaliyanın Xarici Ticarət İnsti­tutunun (ICE) Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. İki ölkənin işgüzar dairələrini təmsil edən təşkilatlar və iqtisadi əməkdaşlığı təşviq edən digər qurumlar arasında əməkdaşlıq əlaqələri yaradılıb. Bu xüsusda, AR Ticarət-Sənaye Palatası və İta­liyanın Palatalar Birliyi, “Azpromo” və ICE arasında təmaslar qurulub. İtaliyada iki ölkənin iş adamlarını birləşdirən işgüzar assosiasiya qismində İtaliya -- Azərbaycan Ticarət İnstitutu fəaliyyət göstərir. Bu quruma 2016-cı ilin yanvar ayından etibarən İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən İtaliya – Azərbaycan Ticarət Palatası statu­su verilib.

 

Azərbaycanın və İtaliyaın Xari­ci İşlər Nazirliyinə istinadən təqdim etdiyimiz bu faktlar iki dost ölkənin münasibətlərində iqtisadi faktorun güclü element kimi çıxış etməsinin göstəricisidir.

 

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliya­nın gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Ölkəmizin hər il Bakıda təşkil etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında əldə olunan razılaşmaya əsasən, 3500 kilometr uzunluğunda Cənub Qaz dəhlizi boru kəməri inşa edildi. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır. Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans-Adriatik boru kəmərinin əhəmiyyəti böyükdür. Dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə baş­lanması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan -- İtaliya münasibətlərinin böyük perspektivi olduğunu deməyə əsas verir.

 

Dekabrın 9-da İtaliya Respub­likasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano­nun rəhbərlik etdiyi nümayəndə heyətinın Azərbaycana səfəri ilə ölkəmizin beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını daha daha nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdı.

 

Prezidenti İlham Əliyevlə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsinin əsası qoyuldu. İtaliya şirkətləri ilə hazırda da­vam edən və gələcəkdə işğaldan azad edilmiş rayonlarda həyata keçiriləcək layihələr müzakirə edil­di. Görüş regional və beynəlxalq münasibətlər, həmçinin işğaldan azad olunmuş ərazilərdə yeni inf­rastrukturun qurulması ilə iqtisadi sahədə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdıl­mış şəhərlərinin bərpasına dair çoxspektrli planların yaradılma­sı, yenidənqurma layihələrinin işlənməsi labüddür: “Bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacı­mız var. Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə-yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir”.

 

Manlio Di Stefanonun fikrindən də də aydın oldu ki, İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək qu­ruculuq işlərində iştirakda maraq­lıdır: “ İki ölkə arasında iqtisadi-ticarət münasibətləri yüksək səviyyədədir. İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

 

Göründüyü kimi, Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqın­da müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addımdır. “Azenerji” ASC-nin prezidenti Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Cüzeppenin iştirakı ilə video-konf­rans şəklində imzalanan qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinə əsasən, İtaliya şirkətləri azad edilmiş ərazilərdə enerji infrastrukturunun yaradıl­masına töhfə verəcəklər. Türkiyə şirkətlərindən sonra işğaldan azad edilmiş rayonlarımızda yeni layihələrin reallaşmasına dair növbəti müqavilələrin İtaliya ilə bağlanması ölkələrimiz ara­sındakı dostluğun təzahürüdür. Müqaviləyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayon­larında inşa olunacaq 110 kilo­voltluq yarımstansiyaların elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur.

 

İşğaldan azad edilmiş Qarabağ bölgəsi füsünkar təbiəti ilə yana­şı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu ra­yonlarımız aqrar üstünlüyü, xam­mal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərin iqtisadi po­tensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastruk­turu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisa­diyyatına və dünyanın genofondu­na milyardlarla manat həcmində ziyan vurulmuşdur. Dağlıq Qara­bağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam Füzuli inzibati rayonlarının inkişaf etdirilməsi çox­saylı və müxtəlif sektorları əhatə edəcək kompleks yanaşma tələb edir.

 

İşğaldan azad edilmiş ra­yonların iqtisadi potensialı çoxs­pektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli inzibati rayonları böyük xammal bazasına malikdir. Yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya komplek­sinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgi­yanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi sənayenin inkişafını sürətləndirmiş olar.

 

Regionun sənaye potensia­lını 4 istiqamətdə qiymətləndirə bilərik: zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkan­ları və zəngin faydalı qazıntıların emalı. Region, emal və ərzaq sənayesinin inkişafı üçün də əlverişlidir.

 

Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələr həyata keçirilməsi də real görünür.

 

Göründüyü kimi, işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, ekologiya, turizm və s. sahələrdə də əməkdaşlığın inkişa­fı üçün geniş imkanlar mövcuddur. Həmin rayonlarımızın iqtisadi potensialı və İtaliya şirkətlərinin daxili göstəriciləri burada inves­torların enerji sahəsindən əlavə, kənd təsərrüfatı, sənaye və turizmin müxtəlif sektorlarında iştirakına zəmin yaradır. Nəzərə alsaq ki, İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malik­dir, o zaman əminliklə deyə bilərik ki, Qarabağda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılma­sında İtaliya şirkətlərinin iştirakı ölkələrimiz arasında əməkdaşlığa yeni töhfələr verə bilər. İtalyan sərmayəçilər Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialından da faydalana­raq yaradılacaq Xüsusi İqtisadi Zonada səmərəli fəaliyyət göstərə bilərlər. İnanırıq ki, Azərbaycan və İtaliya Respublikaları ara­sında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakı şəhərində keçiriləcək 6-cı iclasında qeyd etdiyimiz məsələlər öz əksini tapacaq. Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.

 

Leyla RƏŞİD,

İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü

 

Xalq qəzeti 2020.- 20 dekabr.- S.4.