Azərbaycan öz ədalətli fəaliyyətinin növbəti mərhələsinə start verir

 

Regional inkişafın bütün istiqamətləri Bakının addımlarından asılı olacaq

 

Dövlət başçımızın ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul qələmə almaq istədiyim sətirlərdən əvvəl düşmən tapdağından azad edilmiş ərazilərimizdəki vəziyyəti göz önünə gətirmək istəyirəm. Erməni faşistlərinin törətdiyi viranəliklərin, xarabazarlıqların, barbarlığın, insana aid olmayan əməllərin miqyası dünya ictimaiyyətini mat qoymaqdadır.

 

Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin adını daşıyan və vaxtilə həmin ada layiq inkişaf etdirilmiş Füzuli şəhərinin qalıqlarını görəndə Şərqin böyük söz səltənətini yaradanlardan olmuş Əfzələddin Xaqaninin “Mədain xərabələri” əsəri yada düşür. O əsər ki, müdrik ustad orada müasir siyasi liderlərin xarakterini göstərirmiş kimi min illər boyu ölməyəcək fikirləri qələmə almışdır. Xaqani sanki XXI əsrin 20-ci ilində fəaliyyət göstərən Azərbaycan lideri haqqında söz açırdı :

 

Can yandırsan insana,

məmləkətə, yurduna,

Arxalana bilərsən

öz xalqına, orduna.

 

Bununla belə, həmin uzaqgörənliklə dolu fikirlərdən heç bir sətir belə aralanmamış, sanki bugünki Ermənistan rəhbərliyinin düşüncəsinixarakterizə edir”:

 

Zülmkarlıq dağıdar,

bərbad eylər ölkəni,

Ədalət səadətlə

abad eylər ölkəni.

 

Ermənistan rəhbərliyi, sözün həqiqi mənasında, öz xalqına zülm elədi uzun illər boyu vasitəçi missiyası altında onlara himayədarlıq edənlər, indi minnətçi donunda Azərbaycana gəlir ölkəmizin müzəffər Ali Baş Komandanından soruşurlar ki, biz İrəvana gedəndə orada sizin hansı təkliflərinizi yada salaq? Amma gecikiblər. Çünki ilham Əliyev onların İrəvanda deməli olduqları fikirləri son 17 ildə 20-30 dəfə məhz vasitəçilərin özlərinə xatırlatmışdı.

Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən həmin fikirdəyəm”, -- deyən dövlət başçımız təəssüf etdiyini bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün onlar 28 il ərzində müvafiq mandata sahib idilər: “Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

Dövlət başçımız Ermənistanın minnətçilərinə xatırlatdı ki, bu ölkənin indiki rəhbəri Nikol Paşinyan danışıqlar prosesini tamamilə məhv etmişdir. Onun təxribatçı hərəkətləri bəyanatları danışıqları mənasız etmişdir: “Onun Azərbaycan dövlətinə xalqına qarşı təxribatçı təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var iditorpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən”.

Çıxmadı ona görə , həm Azərbaycanındəmir yumruğu”nu görərək ömürlük rüsvay oldu, həm münaqişə bitəndən sonra minlərlə əsgər anasının İrəvanın mərkəzinə toplaşaraqMənim oğlumun ya ölüsünü, ya da dirisini qaytar! Yoxsa ölkədən rədd olacaqsan!” etirazlarını hər gün eşitmək cəzasına məhkum oldu. Azərbaycan Prezidentinin hələ illər əvvəl dediyiErməni əsgəri ölmək istəmirsə, onun Azərbaycan torpaqlarında işi var?” – haqlı sualına İrəvan ziyalılarının olduqca konkret reaksiyasını oxumuşuq: “Erməni əsgərləri Azərbaycan torpaqlarında ölmək istəmirlər, onları oraya məcburən, zorla göndərirlər”. Bu, bizim heç bir iddiamız, düşmənçiliyimiz olmayan erməni xalqının cavabı idi. Ancaq Ermənistan rəhbərliyi öz xalqına Əfzələddin Xaqaninin dediyindən betər zülmlər etdi.

Ekspertlərin fikrincə, Ermənistan rəhbərliyinin öz xalqına etdiyi zülm işgəncələr təkcə çoxsaylı əsgər ölümləri ilə, xalqın dilənçi kökündə yaşamasıyla, ölkə iqtisadiyyatının çökməsiylə bitmir. Ermənistan rəhbərliyi işğal edilmiş Azərbaycan şəhər kəndlərini tamamilə qarət edəndən sonra bütün bina qurğuları vəhşicəsinə məhv etdirməklə son əsrlərdə özünü dünyanın ən sivil xalqlarından biri kimi təqdim etməyi bacarmış ermənilərin vəhşi dəstələrindən, yırtıcılardan ibarət olduğunu sübut etdi. Beynəlxalq aləmdəkisavadlı ermənilərcidd-cəhdlə çalışırlar ki, işğal edilmiş Azərbaycan ərazilərindəki son vəziyyəti göstərən videolentlər dünya mətbuatının arxivindən yığışdırılsın. Yəni oğurlansın: Həmin hərəkətlərin erməni xalqının yox, Ermənistan rəhbərlərinin, siyasətçilərinin adına yazılmasıyla xalqımızı bu rüsvayçılıqdan xilas edə bilərik” – deyə erməni ziyalıları itirilmişnüfuz”un dalınca ağlayırlar.

Bu barədə söz açan Azərbaycan Prezidenti dəfələrlə olduğu kimi, Minsk qrupunun minnətçilərini qəbul edərkən konkret faktlar dilə gətirdi: “Füzulidə bir dənə olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış”.

Bu məqamda rus ədəbiyyatının görkəmli simalıarından olan Mixail LermontovunBuludlar( “Tuçi”) şeirindəki bir məqam yada düşür. Şair buludlara xitabən deyir ki, sizin daim, əbədiyyən soyuq olmağınızın səbəbi odur ki, vətəniniz yoxdur. Fikrimcə, yerinə düşür. Ermənilər ona görə viranəlik törədən, tariximədəni abidələrə qənim kəsilən, qaniçən, terrorçu, təxribatçı, işğalçı şərəfsizdirlər ki, onların vətəni yoxdur. Vətəni olan şəxs kiminsə evini-ocağını, yurdunu, vətənini yandırmazdı, dağıtmazdı, xaraba qoymazdı. Hamının yadındadır. Alman faşistləri işğal etdikləri ərazilərə öz “SS”- çilərini, gestapoçularını rəhbər təyin edir heç yeri dağıtmırdılar. Erməni faşistləri isə törətdikləri bütün barbarlıqlardan sonra dünya televiziyalarındakı minlərlə videolenti yox etməyə çalışırlar. Edə bilməyəcəklər.

O ki qaldı, Minsk qrupunun yeni minnətçilərinə, onlar Bakıda Prezident İlham Əliyevin arqumentləri qarşısında, sözün həqiqi mənasında, heç deyə bilmədilər. Gücləriregionda başlanacaq yeni inkişaf tendensiyasında biz iştirak etmək istəyirik” – deməyə çatdı.

Yazını tamamlamaq istəyirdim ki, sosial şəbəkədən İrəvandakı vəziyyətlə bağlı daha bir xəbər gəldi: “Ermənistan paytaxtı zəlzələ olubmuş kimi silkələnir”. Əgər elədirsə, mən bu yazıda Məhəmməd Füzuli Əfzələddin Xaqanidən sonra Nizami Gəncəvini xatırlatmalı oluram. Şeyx NizamiSirlər xəzinəsi”ndəkiNuşirəvanla bayquşların söhbəti”ndə xatırladırdı ki, bu adam hakimiyyətdə qaldıqca, hələ çox xarabalıqlar törədiləcək. Yəni Nikol Paşinyan Ermənistan rəhbərliyindədirsə, əsgər anaları İrəvanda hələ çox zəlzələlər törədəcəklər.

Regiona Azərbaycanın gətirdiyi reallıqlar isə ondan ibarətdir ki, dövlətimiz öz ədalətli fəaliyyətinin növbəti fazasına start verir. Artıq hamı qəbul edir ki, regional inkişafın bütün istiqamətləri Bakının addımlarından asılı olacaq. Çünki artıq Qarabağ Azərbaycandır!

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2020.- 26 dekabr.- S.6.