Qarabağ zəfəri yeni iqtisadi yüksəlişə start verdi

 

Başa vurmaqda olduğumuz 2020-ci ildə Azərbaycan möhtərəm Prezidentimiz və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi qələbələrə imza atdı. İlin əvvəllərindən bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı verilən müdrik və təsirli qərarlar, gerçəkləşdirilən operativ və qəti tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və sosial sferada hər hansı bir böhranın yaşanmamasının və ölkəmizin, bütövlükdə, bu sınaqdan da uğurla çıxmasının şahidiyik. Azərbaycandan daha zəngin və hətta bizə “dərs” verməyə cəhd edən ölkələrə nəzər yetirdikdə, onlardakı iqtisadi itkiləri, sosial gərginliyi, valyutaların deval­vasiyasını, aciz qalmış səhiyyə sistemini və mükəmməl olmayan dövlət idarəçiliyini açıq-aşkar görürük.

 

2020-ci ildə qazanılmış digər ən mühüm qələbə isə 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan tarixi torpaqlarımızın azad olunmasıdır. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının və onun xilaskar liderinin əzmini və eyni zamand, dərin humanizmini göstərdi. Ermənistanın rəsmi mənbələrinin göstərdiyi rəqəmlərə görə, düşmən tərəfin canlı itkiləri içində mülki şəxs cəmi 1 faiz təşkil etmişdir. Buna isə səbəb düşmənin öz hərbi texnika və silah-sursatlarını mülki binaların arasında yerləşdirməsi olmuşdur.

 

Bu göstərici son 1 əsrdə baş vermiş dəhşətli müharibələrlə müqayisədə çox cüzi bir rəqəmdir. Bu, Azərbaycanın Ali Baş Komanda­nının humanizminin və Azərbaycan Ordusunun peşəkarlığının nəticəsidir. Yaxın keçmişdə o qədər də böyük olmayan Çeçenistanı nəzarətə almaq üçün Rusiya 6 il vaxt sərf etdi və həmin müharibədə minlərlə əsgər və mülki şəxs həlak oldu. Bundan başqa, Rus-yaponDünya müharibələrində, Şimali Koreya, Kamboca, Vyetnam, Əfqanıstan və Yuqoslaviyada baş vermiş müharibələrin heç birində dinc insanlara II Qarabağ müharibəsində Azərbaycan tərəfindən düşmənin mülki əhalisinə olan humanizm nü­mayiş etdirilməmişdir.

 

Azərbaycan öz zəngin təbii sərvətləri, coğrafi mövqeyinə görəhəmişə özünü təmin edən ölkələr sırasında olub. Keçmiş SSRİ dövründə, II Dünya müharibəsi və ondan sonrakı illər ərzində iqtisadi cəhətdən, qida təminatı baxımından əksər respublikalar ciddi böhran ya­şadığı bir dövrdə Azərbaycan özünü təmin edən ölkələrdən olub. Əlverişli iqlim şəraiti taxıçılığın, üzümçülüyün, pambıqcılığın, tütünçülüyün, habelə heyvandarlığın inkişafına imkan verir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkənin aqrar sektoru ilə yanaşı, sənaye sahəsində da ciddi sıçrayış olmuşdur. Bakı şəhəri ilə yanaşı, Naxçıvan­da, Qarabağda, Lənkəranda, eləcə də Sumqayıt, Şirvan, Mingəçevir, Daşkəsən kimi gənc şəhərlərdə yeni sənaye istehsalı quruldu. Neft-qaz sənayesi ilə yanaşı, kimya, maşın­qayırma, cihazqayırma, metallurgiya sənayesi, elektrik enerjisi sahələri inkişaf etdirildi.

 

1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələrinin SSRİ-dən qalan qoşunların hərbi dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi nəticəsində ölkənin aqrarsanaye potensia­lının xeyli hissəsi itirildi. Lakin 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatı ilə başlayan Vətən vüharibəsində müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazan­dığı qələbə tariximizə qızıl hərflərlə yazıldı və ölkəmizin iqtisadi, sosial potensialının artmasına, daha da güclənməsinə ciddi zəmin yaratdı.

 

Düşməndən azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonla­rının kənd və qəsəbələrində yaşa­yış, sosial və xidmət obyektlərinin, inftrastruktur xətlərinin bərpası və inşası tikinti sektorununtikinti materiallarnın istehsalının inkişafı ilə yanaşı, əhalinin məşğulluğuna da təkan verəcəkdir. Münaqişə və işğaldan öncə Qarabağın rayonları ölkənin ümümi taxıl istehsalının 18, üzümün 32, ət və süd məhsullarının 32, yun və ipəyin isə 36 faizini təmin edirdi. Kəlbəcər və Zəngilan rayon­larında qızıl ehtiyatı isə 135 tondan artıq qiymətləndirilmişdi.

 

Ölkə başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, tarixi qələbədən sonra Azərbaycanda artıq yeni stra­teji dövr başlanmışdır və bu inkişaf dövrünün yeni mərhələsində işğaldan azad olunmuş hər bir rayonun iqti­sadiyyatının dirçəlişi ölkənin iümumi tərəqqisi üçün əlavə potensial yara­dacaqdır. Belə ki, Qarabağın aran rayonlarında dənli bitkilər, pambıqçı­lıq, üzümçülük, tütünçülük, yemçilik kimi müxtəlif istehsal sahələrinin, dağlıq rayonlarda isə heyvandarlığın bərpası və inkişafı, habelə Kəlbəcər və Zəngilan rayonlarında qızıl, mis və digər faydalı qazıntı yataqları­nın yenidən təşkili ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac po­tensialına da ciddi dəstək verəcəkdir.

 

Dövlət başçısının qeyd etdiyi kimi, yeni dövrün daha bir çağırışı da regionda geniş nəqliyyat infrast­rukturunun yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək yeni nəqliyyat xəttləri – dəmir və avtomobil yolu çox əhəmiyyətli regional şəbəkənin formalaşmasına səbəb olacaqdır. Bu xətt həm də qardaş Türkiyə ilə Azərbaycanı birbaşa qovuşdurmaq­la yanaşı, Şərqlə Qərbi bağlayan alternativ bir infrastruktur vasitəsi olacaq. Belə bir mühüm infrastruktur layihəsinin baş tutması idxal-ixrac po­tensialına əhəmiyyətli təkan verəcək, eyni zamanda, Azərbaycanın tranzit ölkə rolunu da xeyli artıracaq.

 

Ölkəmiz yeni strateji dövrə qədəm qoymuşdur. Yeni dövrün çağırışları­nı nəzərə alaraq, iqtisadiyyatı qısa vaxt ərzində əlavə dəyəri yüksək olanpremium bazarları hədəf alan məhsulların istehsalına və ixracatına yönəltməliyik. 2000-ci illərin əvvələrindən bütün dünya Azərbaycanın iqtisadi sıçrayış möcüzəsini izlədiyi, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə yeni taktiki hərb nümunəsinə şahid olduğu kimi, bundan sonra da yeni “Azərbaycan – 2025” iqtisadi sıçra­yışını görməli olacaq. İnnovativ ma­şıngayırma, hərbi sənaye, təbii qida sənayesi və metallurgiya sahələrində yüksək nəticə əldə etmək üçün dostneytral ölkələrdən inverstorlar cəlb etməklə yeni layihələrə başlanılma­lıdır.

 

Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, son 20 ildə ölkəmizə 2 milyard dollar həcmində ət və süd məhsulları, 5 milyard dollar­dan artıq taxıl və digər dənli bitkilər, 3 milyard dollarlıq tütün məhsulları, 16 milyard dollardan artıq metal idxal edilmişdir. Yeni strateji dövrdə azad olunmuş ərazilərin də potensialından səmərəli istifadə etməklə, müasir istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatı, qida istehsalı və bir çox sahələrdə idxaldan asılılı­ğın azaldılmasına nail ola bilərik. Burada həmçinin hərbi-sənaye kompleksinin xarici ölkələrin metal məhsullarından asıllılığını azaltmaq üçün öz poladımızın hazırlanması və bu sahəyə yönəldilməsi də vacib məqamlardandır.

 

Görülən irimiqyaslı tədbirlərin nəticəsi olaraq, ölkəmizin kənd təssərrüfatı, metallurgiya sənayesi, tikinti və nəqliyyat sektorları, habelə turizm sahəsinin potensialı ölkənin ixrac imkanlarını ciddi şəkildə artıracaq. Bu isə Azərbaycanımızın inkişifına, maliyyə dayanıqlığının möhkəmlənməsinə, hərbi cəhətdən güclü olmasına, insanlarımızın rifahının yüksəlişinə xidmət edəcəkdir.

 

Samir CƏFƏROV,

beynəlxalq münasibələr üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti  2020.- 29 dekabr.- S.6.