Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 34 Bakı şəhəri, 7 fevral 2020-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2164; 2018, ¹ 3, maddə 586, ¹ 9, maddə 1904, ¹ 10, maddə 2169, ¹ 11, maddə 2427; 2019, ¹ 1, maddə 148, ¹ 2, maddə 332, ¹ 4, maddələr 747, 748, 759, ¹ 5, maddə 939, ¹ 7, maddələr 1314, 1323, ­

¹ 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli və 2020-ci il 31 yanvar tarixli 28 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütunundamart, aprel, may,” sözləri “fevral, mart, aprel,” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 9 fevral.- S.2.