Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respubli­kasında baytarlıqla bağlı bəzi norma­tiv hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli və “Azərbaycan Respublika­sında baytarlıqla bağlı bəzi norma­tiv hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 221 Bakı şəhəri, 29 iyun 2020-ci il

 

 “Azərbaycan Respublikası Preziden­tinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respub-lika­sının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 988 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 293; 2009, ¹ 1, maddə 34; 2014, ¹ 7, maddə 934; 2015, ¹ 1, maddə 64, ¹ 2, maddə 227; 2018, ¹ 9, maddə 1937, ¹ 12 (II kitab), maddə 2721; 2019, ¹ 5, maddə 972, ¹ 7, maddə 1340; 2020, ¹ 4, maddə 484) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”nin III hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respub­likasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 550; 2008, ¹ 7, maddə 673; 2009, ¹ 1, maddələr 32, 34; 2015, ¹ 2, maddə 227, ¹ 7, maddə 886; 2018, ¹ 12 (II kitab), maddələr 2721, 2734) ilə təsdiq edilmişMikroorqanizmparazitar xəstəliklərin törədiciləri ştamm­la-rının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra – Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonraAgentlik)” sözləri ilə əvəz edil­sin;

2.2. 2.4-cü bəndin birinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin göstərişi ilə onun hərtərəfli öyrənilməsi və saxlanması üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutuna (bundan sonrainstitut)” sözləri və ikinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Agentliksözü ilə əvəz edilsin;

2.3. 2.5-ci bənddə “İnstitutda fəaliyyət göstərən” sözləri “Agentlik tərəfindən” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 2 iyul.- S.6.