Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiya­lar (bundan sonraKomissiya) Azərbaycan Respublikası ilə xarici ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ölkəyə xarici investi­siyaların cəlb olunması, həmçinin ticarət dövriyyəsinin artırılması və idxal-ixracın diversifikasiyası məqsədilə beynəlxalq müqavilə əsasında təsis olunurlar.

1.2. Bu Əsasnamə Komissiya­nın Azərbaycan tərəfinin fəaliyyətini tənzimləyir.

1.3. Komissiyanın Azərbaycan tərəfindən tərkibini Azərbaycan Respublikasının Prezi­denti təsdiq edir.

1.4. Komissiyanın Azərbaycan tərəfi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası­nın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.5. Komissiyanın Azərbaycan tərəfi bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə, beynəlxalq təşkilatlarla, Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqan­ları ilə, Azərbaycanın işgüzar dairələri ilə, xarici ölkələrin hökumət və qeyri-hökumət təşkilatları ilə və digər qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

1.6. Komissiyanın fəaliyyətinin təşkili, eyni zamanda, Komissiyanın Azərbaycan tərəfindən iştirakı zəruri hesab edilən şəxslərin iclaslarda iştirakının təmini məqsədilə tələb olunan maliyyə vəsaitinin Azərbaycan Respublikası tərəfinin üzərinə düşən hissəsi Azərbaycan Respublikası tərəfinin həmsədr qurumu (orqanı) və Ko­missiya üzvlərinin təmsil olunduqları quru­mun (orqanın) hər birinin dövlət büdcəsində nəzərdə tutulmuş saxlanma xərcləri və ya bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsait, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Komissiyanın Azərbaycan tərəfinin vəzifələri

2.1. Komissiyanın Azərbaycan tərəfinin vəzifələri aşağıdakılardır:

2.1.1. xarici dövlətlərlə ticarət-iqtisadi, elmi-texniki, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.1.2. ölkəyə xarici investisiyaların və müasir texnologiyaların cəlbi, habelə ixracın təşviqi məqsədilə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi işlərini koordi­nasiya etmək;

2.1.3. yerli sahibkarların xarici iq­tisadi subyektlərlə uzunmüddətli və sıx əməkdaşlığını təşkil etmək, bu əsasda onla­rın xarici bazarlara effektiv inteqrasiyasını təmin etmək;

2.1.4. Komissiyanın iclaslarında qəbul edilmiş qərarların, əldə olunmuş razı­laşmaların və iclasların nəticələrinə dair imzalanmış sənədlərin Azərbaycan tərəfinə aid müddəalarının icrası üzərində effek­tiv nəzarət və monitorinq işlərini həyata keçirmək;

2.1.5. ölkələr arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək və qaldı­rılan məsələlərin həlli üçün məsləhətləşmələr aparmaq;

2.1.6. Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) xa­rici subyektlərlə ikitərəfli əməkdaşlığı sahəsində məlumat mübadiləsi ilə bağlı işləri əlaqələndirmək;

2.1.7. ölkənin sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla, qarşı tərəflə növbəti ildə görüləcək işlər barədə illik fəaliyyət planlarını (fəaliyyət istiqamətləri və görüləcək işlərin icra müddəti göstərilməklə) hər il dekabr ayının 15-dən gec olmayaraq, təsdiq edilməsi üçün Azərbaycan Respubli­kasının Nazirlər Kabinetinə təqdim etmək;

2.1.8. ötən ilki fəaliyyəti barədə ye­kun hesabatı hər il yanvar ayı ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

2.1.9. Azərbaycan Respublikası Prezi­dentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

3. Komissiyanın Azərbaycan tərəfinin hüquqları

3.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın Azərbaycan tərəfinin aşağıda­kı hüquqları vardır:

3.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı proqram və layihələr hazırlayıb həyata keçirmək, bu məqsədlə yer­lixarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarının (qurumlarının), eləcə də Azərbaycanın işgüzar dairələrinin və maraqlı tərəflərin nümayəndələrini cəlb edərək, bu istiqamətdə onlarla əməkdaşlıq etmək;

3.1.2. Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqifiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.3. Azərbaycan Respublikasının qarşı tərəflə əməkdaşlıq istiqamətinə aid məsələlərlə bağlı işçi qruplarkomissi­yalar yaratmaq, konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər keçirmək;

3.1.4. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək;

3.1.5. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrin icrası ilə bağlı qərarlar qəbul etmək;

3.1.6. Azərbaycan Respublikası Prezi­dentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

4. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin təşkili

4.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş həmsədr (bundan sonra – həmsədr) rəhbərlik edir.

4.2. Komissiyanın Azərbaycan tərəfinin həmsədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətini təşkil etmək və ona ümumi nəzarəti həyata keçirmək;

4.2.2. Komissiyanın Azərbaycan tərəfinin illik fəaliyyət planlarının həyata keçirilməsini təmin etmək;

4.2.3. Komissiyanın iclaslarının gündəliyinə Azərbaycan tərəfindən çıxarılan məsələləri müəyyənləşdirmək;

4.2.4. Komissiyanın iclaslarında müzakirə edilən məsələlərə dair qəbul edilmiş qərarları, məktubları və digər sənədləri imzalamaq;

4.2.5. Komissiyanın Azərbaycan tərəfinin Katibliyininişçi qruplarının fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq etmək;

4.2.6. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinin təşkili ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4.3. Komissiyanın Azərbaycan tərəfinin həmsədrinin hüquqları aşağıdakılardır:

4.3.1. Komissiyanın Azərbaycan tərəfinin üzvlərinin iclaslarını çağırmaq, Azərbaycan Respublikasının digər aidiyyəti orqanlarının (qurumlarının) nümayəndələrinin bu iclaslar­da iştirakı üçün sorğu etmək;

4.3.2. Komissiyanın iclaslarının nəticələrinə dair imzalanmış sənədlərin müddəalarına uyğun olaraq Azərbaycan tərəfinə aid vəzifələrin icrası üçün tədbirlər görmək;

4.3.3. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.4. Komissiyanın Azərbaycan tərəfinin üzvlərinin vəzifələri aşağıdakılardır:

4.4.1. Komissiyanın fəaliyyəti ilə bağlı məlumatları Azərbaycan tərəfinin həmsədrinin sorğularına əsasən tam və vax­tında təqdim etmək;

4.4.2. Komissiyanın iclaslarında qəbul edilmiş qərarların, razılaşmaların, iclasla­rın nəticələrinə dair imzalanmış sənədlərin müddəalarına uyğun olaraq Azərbaycan tərəfinə aid vəzifələrin icrası ilə bağlı müva­fiq tədbirlər həyata keçirmək;

4.4.3. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4.5. Komissiyanın Azərbaycan tərəfinin üzvlərinin hüquqları aşağıdakılardır:

4.5.1. Komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.5.2. Komissiyanın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

4.5.3. Komissiyanın sənədlərinin layihələri ilə tanış olmaq, onlara dair rəy və təkliflər bildirmək;

4.5.4. Komissiyanın iclaslarında məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək;

4.5.5. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.6. Komissiyanın Azərbaycan tərəfinin tərkibində məsul katib olmadığı təqdirdə, həmsədr rəhbərlik etdiyi Komissiyanın məsul katibini təyin edərək, diplomatik kanallar vasitəsilə qarşı tərəfi bu barədə məlumatlandırır.

4.7. Komissiyanın Azərbaycan tərəfinin məsul katibinin vəzifələri aşağıdakılardır:

4.7.1. Komissiyanın Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin həmsədrinin tapşırıqlarını icra etmək və zəruri təşkilati-texniki işləri həyata keçirmək;

4.7.2. Komissiyanın iclaslarının nəticələrinə dair imzalanacaq sənədlərin və iclas gündəliyinin layihələrini hazır­lamaq, Azərbaycan tərəfinin həmsədrinə təqdim etmək və qarşı tərəflə razılaşdırmaq, o cümlədən lazımi məlumat mübadiləsi aparmaq;

4.7.3. Komissiyanın Azərbaycan tərəfinə aid kargüzarlıq işlərini görmək;

4.7.4. imzalanmış sənədlərin müddəalarının icrası ilə bağlı monitorinqlər aparmaq, görülmüş işlər barədə zəruri məlumatları əldə edərək onların icmallaşdı­rılmasını həyata keçirmək;

4.7.5. Komissiyanın fəaliyyəti çərçivəsində, həmçinin Komissiyanın iclaslarının nəticələrinə dair imzalanmış beynəlxalq müqavilə hesab edilməyən sənədlərin uçotunu aparmaq və onların əsl nüsxələrini saxlanılmaq üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim etmək;

4.7.6. Komissiyanın fəaliyyəti barədə məlumatların ictimaiyyətə açıqlanması üçün həmin məlumatları həmsədr qurumun rəsmi internet saytında ayrıca bölmədə yerləşdirmək və daim yenilənməsini təmin etmək;

4.7.7. Komissiyanın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirmək.

4.8. Komissiyanın iclaslarının tarixi və formatı, işçi dili, iclaslarda iştirak edəcək işgüzar dairələrin nümayəndələri, biznes assosiasiyalarının nümayəndələri barədə məsələləri qarşı tərəflə razılaşdırmaqla həmsədr müəyyən edir.

4.9. Komissiyanın Azərbaycan tərəfinin işinin koordinasiyasını Azərbaycan Respub­likasının Nazirlər Kabineti həyata keçirir.

4.10. Azərbaycan Respublikasının Nazirlər Kabineti hər ilin birinci rübü ərzində Komissiyanın Azərbaycan tərəfinin təqdim etdiyi hesabatlar əsasında onların ötən ilki fəaliyyəti barədə yekun hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Xalq qəzeti 2020.- 2 iyul.- S.5.