Dövlətçilik naminə fədakarlıq

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoqİctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın doğum günüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qızı Leyla Əliyeva 1985-ci il iyulun 3-də Moskva şəhərində dünyaya göz açıb. Bakıda 160 saylı məktəbdə orta təhsilini başa vuran Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.

Leyla xanım Əliyeva geniş aspektli ictimai fəaliyyəti ilə diqqət çəkir. Belə ki, onun 8 may 2008-ci ildə “Xocalıya ədalət!” kampaniyasına başlaması istər ölkəmizdə, istərsə də beynəlxalq arenada böyük əks-səda doğurmuşdu. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı faciəsinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Bu tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, İslam Əməşdaşlıq Təşkilatı, Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, PanamaSudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətillərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya, Serbiya, İordaniya parlamentləri, eləcə də ABŞ ştatlarının bir çoxunun icraqanunvericilik orqanları Xocalı faciəsinə dair müvafiq qətnamələr qəbul edib. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir.

Leyla xanım 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. İslam Konfransı Təşkilatının gənclər forumu ilə birgə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü ifşa olunur.

Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən tədbirlər və qlobal layihələr nəinki ölkəmizdə, o cümlədən, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə o, xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların da təşəbbüskarlarındandır. Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, ortaali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb.

O, həmçinin bəşəriyyəti narahat edən qlobal problemlərə də ciddi yanaşması ilə də fərqlənir. Belə ki, 2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

Leyla Əliyeva  2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəridir. Fondun Rusiya nümayəndəliyinin çoxşaxəli fəaliyyətində mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirilir. Buna görə də, nümayəndəliyin rəhbərinin  dəstəyi ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu.Bakı forumu” kitabının çapdan çıxması Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdı.

Leyla xanım 2007-ci ildən “Baku” jurnalının baş redaktorudur. Moskvada  nəşr edilən jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası - "Baku International" nəşr edilir. Jurnal təkcə Bakı ilə Moskva, həmçinin Rusiyanın başqa regionları arasında da körpü rolunu oynayır, xalqımızın mədəniyyəti, tarixi ilə maraqlananlar üçün dəyərli nəşr kimi qiymətləndirilir.

Leyla Əliyeva həm Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədridir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətində diaspor təşkilatlarınln güclənməsi, xaricdə yaşayan vətəndaşların fəallığının artırılması onların Azərbaycanın haqq işinə dəstək verilməsində iştirakının stimullaşdırılması, azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə yer almasının təşviq edilməsi əsas hədəflərdəndir. Bu mənada xaricdəki diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Leyla Əliyevanın rəhbərlik etdiyi RAGT bu istiqamətdəki fəaliyyəti ilə seçilir. Artıq Rusiyanın 70-dən çox regionunda RAGT-ın bölmələri fəaliyyət göstərir. Bundan başqa, RAGT tərəfindən həyata keçirilən layihələr cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edir. Bu çərçivədə müxtəlif idman yarışlarını, gənclər arasında bilik olimpiadalarını, “Qanın milləti yoxduradlı layihəni, konfrans sərgilərin təşkilini xüsusilə qeyd etmək lazımdır.

Leyla xanım təbiətsevərliyi ilə tanınır.  O, 2011-ci il iyulun 12-də Azərbaycanda dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA kampaniyasının əsasını qoymaqla ana təbiətə olan böyük sevgisini təsdiqləmişdir. Təsadüfi deyil ki, IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib. Gələcək bizim əlimizdədir!” şüarı ilə getdikcə fəaliyyətini daha da genişləndirən IDEA gənc nəsli müsbət davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik təhsil kimi başlıca hədəflərə istiqamətləndirir. Bu kampaniya çərçivəsində müxtəlif layihələr həyata keçirilib. Bundan başqa, IDEA tərəfindən tələbələr arasında ən yaxşı inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb, IDEA-nın təşəbbüsü ilə keçirilənYer Kürəsi Günü”ndə müxtəlif layihələrə imza atılıb. İDEA İctimai BirliyininYer saatıaksiyası da böyük maraqla qarşılanıb. Həmçinin, Heydər Əliyev Fondu İDEA İctimai Birliyi ilə birlikdəAğacların kəsilməsinə yox!” proqramı həyata keçirilib. 2014-cü il mayın 7-də Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir digər pişikkimilərin mühafizəsi) təşkil olunub.

Heydər Əliyev Fondunun fəaliyyətində mədəniyyətlərarası dialoqa mühüm diqqət yetirilir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr Muzeyinin, Versal Sarayının təmiri buna misal göstərmək olar. Fondun, o cümlədən qurumun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması təbliği, mədəniyyətlərarası dialoqun təşviqi, dini məbədlərin qorunması bərpasına dəstək verilməsi xüsusi diqqət çəkən məqamlardan biridir. Leyla xanım Əliyeva Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə Rusiyada xristianlığın qəbul edilməsinin 1025-ci ildönümü ilə əlaqədar, həmçinin Rusiya Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Rus Pravoslav Kilsəsinin ali ordeni olan III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib.

Yaradıcılıq sahəsində dünyada tanınan Leyla Əliyeva fəal bədii fəaliyyətlə bərabər, həm dünyanın tanınmış mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən tabloların müəllifidir. Onun  Paris, Berlin, London Moskva şəhərlərində əsərləri nümayiş etdirilib. Rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı, Leyla Əliyevanın öz babası, ulu öndər Heydər Əliyevə həsr etdiyiElegiyaşeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınmışdır.  Onun “Sanki bir alovsanşeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” brendi ilə oxuculara təqdim olunanAzərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Leyla ƏliyevanınDünya yuxutək əriyir...” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sıraylakitabı Moskvada rusca, Minskdə belarus dilində nəşr olunub geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şair Leyla ƏliyevanınDünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilinə tərcümə olunaraq Daşkənddə çapdan çıxıb.

Bir sözlə, Leyla Əliyevanın çoxaspektli fəaliyyəti Azərbaycanın müsbət imicinin formalaşmasına böyük töhfələr verir. Əsas amalı dövlətçiliyə xidmət olan Leyla xanım Əliyeva doğma xalqına fayda verə biləcək bir görməyə imkan varsa, həmin imkandan məmnuniyyətlə istifadə edəcəyini deyir. “Xalq qəzeti”nin kollektivi Leyla xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona çox dəyərli fəaliyyətində uğurlar arzulayır.

Xalq qəzeti  2020.- 3 iyul.- S.3.