Hüquqi dövlət quruculuğu Heydər Əliyev ideyalarına əsaslanır

 

Biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. Ancaq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiyi bir dövrdə ölkədə gərgin ictimai-siyasi vəziyyət yaşanmışdı, vətəndaş itaətsizliyi, xaos, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə və anarxiya hökm sürürdü. İqtisadiyyat, demək olar ki, dağılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlıq geniş yayılmışdı. Bunlarla bərabər, erməni təcavüzü də güclənmişdi. Azərbaycanda, sözün əsl mənasında, yaranan hakimiyyət boşluğu ölkəni müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

O zaman respublika rəhbərliyinin mövcud böhranı aradan qaldıra bilməməsi və idarəçilik təcrübəsizliyi Azərbaycanı parçalamaq istəyən daxilixarici qüvvələrin, necə deyərlər, işinə yarayırdı. Belə bir vaxtda ölkə rəhbərliyi dövlətin xilası üçün xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Uzun sürən müzakirələrdən və xalqın kütləvi şəkildə ulu öndərə göndərdiyi müraciətlərdən sonra Heydər Əliyev paytaxta qayıdaraq, Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır deyərək çətin, eyni zamanda, məsuliyyətli bir missiyanı öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də ümummilli lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Artıq 27 ildir ki, xalq bu günü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edir.

Beləliklə, ulu öndər Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtararaq, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil oldu. Ümummilli liderin rəhbərliyi ilə hakimiyyət böhranı aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyimizə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin gerçəkləşdirilməsi istiqamətində ciddi əməli addımlar atıldı, ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin dövlətin beynəlxalq əlaqələrinin inkişafında dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesinin əsası qoyuldu.

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanıldı, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı, eyni zamanda, cəbhədə atəşkəsə nail olmaq üçün bütün mümkün siyasidiplomatik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

1993-cü il oktyabrın 3-də xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qarşıda duran vəzifələri ümumiləşdirərək qeyd edirdi: Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaqinkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır.

Verdiyi vədə hər zaman sadiq qalan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqilliyin möhkəmləndirilməsi, dövlət quruculuğunun təmin edilməsi, bunun üçün hüquqi əsasların yaradılması, ölkənin demokratiya yolu ilə inkişafının reallaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərdi.

Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının formalaşdırılmasıdır. Bu, müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Müasir siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu mənada xüsusilə vurğulanmalıdır.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərin qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən Konstitusiya Komissiyasının sədri kimi ulu öndər bu ali sənədin həyata vəsiqə almasının zəruriliyini əsaslandıraraq, Əsas Qanunda əks olunmasını zəruri saydığı məqamları xüsusi vurğulamışdır: Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir.

Ölkəmizin Əsas Qanununun qəbul edilməsi, burada təməl demokratik prinsiplərin, o cümlədən, hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması, nəhayət, müasir dövlət qurumlarının formalaşdırılması ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsi idi.

Həmin illərdə ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi üçün səmərəli, həmçinin çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması gerçəkləşdirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.

O dövrdə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul olunmuş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir.

Hüquqi islahatların reallaşdırılması, qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Bu komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatların prioritetlərini müəyyənləşdirərək, sovet dövründən miras qalmış hüquq sistemini tamamilə dəyişdirdi.

Daha sonra ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə bir sıra xarici ölkələrin təcrübəsinə əsaslanan Məhkəmələr və hakimlər haqqında yeni qanun qəbul edildi. Həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı. Köklü və genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək, 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.

Ümummilli liderin hakimiyyətə gəlişi cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş və cəmiyyətdə hüquqi təfəkkürün, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin və ümumilikdə hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan vermişdir.

Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi məsələsi hər zaman ulu öndərin diqqət mərkəzində olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının ən geniş fəsli də məhz insan və vətəndaş hüquq və azadlıqlarına, onların müdafiə mexanizmlərinə həsr edilmişdir.

İnsan hüquqlarının səmərəli müdafiəsi sahəsində atılan mühüm addımlar sırasında ölkəmizdə ilk dəfə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılmasını vurğulamaq olar.

Şübhəsiz ki, həmin vaxt həyata keçirilən bütün bu proseslərin kökündə dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş milli birlik və həmrəylik konsepsiyası dayanırdı.

Milli ideologiyanın yaradılması da Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biri idi. Ümummilli liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bizim dövlətin ərazisində yaşayan vətəndaşlarımızı deyil, eyni zamanda, bütün dünyada məskunlaşan soydaşlarımızı əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.

Məhz Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ümummilli liderin hakimiyyətə qayıdışı ölkə iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin fəaliyyətinə, eyni zamanda, özəl sektorun inkişafına güclü təkan verdi. Azərbaycan sağlam, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatını qurmağa başladı. Ulu öndərin hakimiyyətə gəlməsi ilə ölkəmiz təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı.

1994-cü ildə Əsrin müqaviləsinin imzalanmasından sonra ölkə iqtisadiyyatında dönüş yarandı. Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, AvropaAsiya arasında siyasiticari əlaqələrin genişləndirilməsində, bir sıra nəhəng layihələrin həyata keçirilməsində mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrildi.

1993-cü ildən başlayaraq müstəqil Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirməyə nail oldu. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli xarici əlaqələr quruldu.

Hazırda ulu öndərin yüksək ideallarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi ölkənin hər bir vətəndaşı üçün layiqli həyat tərzinin təmin olunmasıdır. Dövlətimizin başçısı mükəmməl idarəçilik qabiliyyəti, xalqımızın milli maraqlarına söykənən daxilixarici siyasəti ilə respublika vətəndaşlarının inam və etibarını qazanmışdır. Sözün həqiqi mənasında, tam müstəqil siyasət yürüdən ölkə olaraq Azərbaycan dövlətinin bu gün öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır.

Cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövr ölkənin davamlı inkişafı, sürətlə müasirləşməsi, dünyada nüfuzsöz sahibinə çevrilməsi ilə səciyyələndirilir. Hazırda Azərbaycan dünya birliyinin bərabər hüquqlu üzvü olaraq dinamik inkişaf edir. Azərbaycanın bu cür tərəqqisi onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir.

Son illərdə dövlətimizin başçısı tərəfindən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar cəmiyyətin, eləcə də ictimai münasibətlərin inkişafında önəmli rol oynamışdır. Bunun nəticəsində məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilmiş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənmiş, insanların məhkəmələrə müraciət etmək imkanları xeyli asanlaşmış, infrastruktur müasirləşmişdir. Həmçinin ölkəmizdə hakimliyə namizədlərin seçimi prosesi əsaslı şəkildə təkmilləşdirilmiş, hakimlərin ən qabaqcıl və şəffaf üsullarla seçim qaydası müəyyən edilmişdir.

Bütövlükdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli fərmanı xüsusi vurğulamaq lazımdır. Bu mühüm sənəd dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi böyük önəmin növbəti təzahürüdür.

Adıçəkilən fərman məhkəmə sistemində növbəti islahatların aparılması və bu sahədə müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə yanaşı, məhkəmələr üçün ədalətlilik, qərəzsizlik, süründürməçiliyə yol verilməməsi, aşkarlıq, şəffaflıq kimi mühüm prinsiplərin hər zaman vacibaktual olduğunu bir daha müəyyənləşdirmişdir. Eyni zamanda, fərmanda məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, işlərə baxılmasının keyfiyyətinin artırılması, əhaliyə daha çevik, asanalternativ xidmətlərin göstərilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

Dövlət başçısının tapşırığı ilə son illər ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox böyük işlər görülmüş, məhkəmələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, paytaxt və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa edilmişdir. Paytaxtın bir sıra, cümlədən Yasamal, Sabunçu, Binəqədi, Nərimanov rayon məhkəmələrinin funksionallıq baxımından tamamilə yeni və ən son standartlara cavab verən inzibati binaları istifadəyə verilmişdir.

Bu məhkəmələrdə Elektron məhkəmə informasiya sisteminin tətbiqi, o cümlədən məhkəmə prosesi zamanı audio-video yazılışların aparılması, bütün məhkəmə iclaslarının protokollaşdırılması, elektron sənəd dövriyyəsinin tam tətbiqi ilə bağlı bütün zəruri infrastruktur yaradılmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 13 noyabr 2012-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirakı da rayon məhkəməsində müasir informasiya-kommunikasiya qurğularının tətbiqinə təkan vermişdir. Məhkəmə binasında beynəlxalq standartlara cavab verən yeni avadanlıqların quraşdırılması bu gündavam etdirilir.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu, Yasamal Rayon Məhkəməsində də aydın nəzərə çarpır. Məhkəməyə daxil olan vətəndaşların sağlamlığının mühafizəsi üçün qabaqlayıcı tədbirlər görülür, məhkəmə ərazisində məhkəmə aparatı işçilərinin və digər şəxslərin tibbi maskalardan istifadə etməklə hərəkəti nizamlanır, vətəndaşların istiliyi mütəmadi şəkildə ölçülür.

Pandemiya şəraitində ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığın asanlaşdırılması məqsədilə bu il aprelin 24-də ilk dəfə olaraq, Yasamal Rayon Məhkəməsində ailə münasibətləri və bank mübahisələri ilə bağlı məhkəmə prosesləri vətəndaşların mobil telefonları vasitəsilə keçirilmiş, onlar videokonfrans formatında məhkəmə iclaslarında iştirak etmişlər.

Bu gün tam əminliklə, demək olar ki, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Azərbaycan dövlətçiliyi kimi, ölkəmizin ədliyyə və məhkəmə sistemiyeni inkişaf dövrünü yaşayır. Bu inkişaf, tərəqqi, şübhəsiz ki, ulu öndərimizin müdrik siyasətinə sadiq olan Prezident İlham Əliyevin ədliyyə orqanlarına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.

İslam ƏLİYEV,

Yasamal Rayon Məhkəməsinin sədri

Xalq qəzeti 2020.- 13 iyun.- S.5.