Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Res­publikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uy­ğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Kəmalə Nəbi qızı Abiyeva

Zaur Əli oğlu Əliyev

Vüqar Təvəkgül oğlu Həsənov

Abiddin Qabil oğlu Hüseynov

İsmayıl Kamil oğlu Xəlilov

Elşad Yaquboviç Şamayev

İspəndiyar Əsəd oğlu Şəfiyev

Aqil Əzizağa oğlu Abbasov

Ələsgər Əli İskəndər oğlu Novruzov

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu­nun 93-4-cü maddəsinə uyğun olaraq aşağıdakı şəxslər Azərbaycan Respub­likası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Çingiz İsgəndər oğlu Əsgərov

Bəhman Fərhad oğlu Qəribov

Bəhram Məmməd oğlu Məmmədli

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

S.QAFAROVA

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 5 may 2020-ci il

Xalq qəzeti  2020.- 6 may.- S.2.