Prezident İlham Əliyev: Biz heç bir sosial layihəni dayandırmayacağıq

Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da, bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma, mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmaya­cağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

4 aya yaxındır ki, bəşəriyyətin başı üzərini almış koronavirus kabusu tüğyan etməkdədir. Dünyanın əksər ölkəsini – hətta supergücə qadir dövlətləri çətin vəziyyətə salmış, ağır itkilərə məruz qoymuş bu təhlükəli virus sanki hamıya meydan oxuyur. Bir sıra ölkələr iqtisadi tənəzüllə məruz qalmış, çoxlu sayda insan tələfatı ilə üzləşmiş, yerləri itirilmiş, əhali ciddi çətinliklərlə qarşı-qarşıya qalmışdır. Azərbaycan da dünyanın bir parçası olduğundan bu kabusun fəsadlarından yan keçə bilməyib. Ancaq bizim ölkəmiz dünya­nın inkişaf etmiş dövlətləri – ABŞ, İtaliya, İran, İspaniya, Çin, Almaniya və digərləri ilə müqayisədə pandemiyadan az itki ilə çıxmağı bacarır. Bunun əsas səbəbi dövlət başçımızın düşünülmüş siyasi kursuinsan amilinə verdiyi yüksək dəyərdir.

İnsan amilinə verilən dəyər

Bu il aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevİqtisa­diyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda da bir daha vurğuladı ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçı­sı diqqətə çatdırdı ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Vurğuladı ki, biz dərhal pandemiyaya qarışı mübarizə ilə ciddi məşğul olmağa başlamışıq. Xalqımız da bunu yaxşı bilir, gündəlik həyatında hiss edirgörür. Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başla­mışıq. Ölkə başçısı bildirdi ki, pandemiya­dan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Qeyd edildi ki, bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibka­rın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır.

Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Bütün bunlar bir daha Azərbaycan dövlətinin humanitar siyasətə böyük önəm verdiyinin göstəricisidir. Bugünkü ağır vəziyyətdə həyata keçirilən tədbirlər, sosial layihələrin icrasının davam etdirilməsi bir daha onu göstərir ki, ölkə Prezidentinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Dövlət başçısı nəyi bəyan edirsə, onu da yerinə yetirir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçiriləm Zirvə görüşü bir daha təsdiqlədi ki, bütün çərinliklərə, qar­şıya çıxan problemlərə, hətta bəşəriyyətin başı üzərini almış koronavirus pande­miyasının tüğyan etməsinə baxmayaraq, ölkəmiz qarşıya qoyduğu vəzifələrin icrasında israrlıdır, iri infrastruktur layihələrinin, xüsusilə sosial layihələrin reallaşdırılmasında heç bir maneə ola bilməz. Ölkə başçısının düzgün müəyyənləşdirdiyi siyasi kurs sayəsində bu humanist proses bundan sonra da da­vam etdiriləcək. Dövlətimizin başçısı da bu məsələlərə münasibət bildirərkən de­yib: “Bütövlükdə deyə bilərəm ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır”.

Sosial proqramlar ixtisar edilmir

Göründüyü kimi, pandemiya təhlükəsi ölkəmizi tutduğu yoldansosi­al layihələrin uğurlu icrasından dayandıra bilməyib. Ölkə başçısı da bunu qətiyyətlə bildirərək deyib ki, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosi­al proqramı ixtisar etməyəcəyik. Faktlar da təsdiqləyir ki, bu çətin dövrdə sosial layihələrin icrası uğurla davam etdirilir . Bu sahədə görülən işlərdən bir neçəsini diqqətə çatdırmaq istərdik. Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı- Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Pre­zident İlham Əliyev açılışda iştirak edib.

Yenidən qurulan Pirşağı-Görədil- Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

Martın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi­nin açılışında iştirak ediblər. Bu layihənin icrası üçün 2017-ci ilin fevralında agentliyə Hövsan qəsəbəsində 20 hektar ərazi ayrılıb. Layihələndirmə zamanı kompleksdə həyətyanı sahələrin, uşaq meydançalarının salınması üçün geniş ərazi ayrılıb, yaşıllaşdırma və abadlaşdır­ma işlərinə xüsusilə diqqət yetirilib. Bu­rada, ümumilikdə, 11 yaşayış binası inşa olunub ki, onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin tikintisində və mənzillərin təmirində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır.

Burada, həmçinin 1920 şagird yerlik məktəb binası da inşa olunub. Tam orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Kompleksdə hər biri 90 yerlik olmaqla iki uşaq bağ­çası da inşa olunub. Burada balacaların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar var.

Koronavirus kabusunun tüğyan etməsinə baxmayaraq, dövlət başçısı və birinci xanım reallaşdırılan daha bir sosial layihənin açılışında iştirak etdilər. Söhbət martın 28-də Bakıda “Yeni klinikatibb müəssisəsinin açılışından gedir. Bu klinika müvəqqəti olaraq, koronavirusa yoluxan və ağır simptom­ları olan xəstələrin ixtiyarına verilsə də, əsas məqsəd əhalinin sağlamlığının qorunması istiqamətində qarşıya qoyulan növbəti vəzifələrin icrasıdır. Çünki bu tibb ocağında quraşdırılan avadan­lıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalı­şacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bu səhiyyə ocağı Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Dövlət başçısının tapşırığı ilə reallaş­dırılan sosial layihələrin növbəti açılışı aprelin 24-də, pandemiyanın sürətlə yayıl­dığı, dünyanın supergüc dövlətlərini çaş­qın vəziyyətə saldığı bir vaxtda baş tutdu. Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı oldu. Bu kəmər böyük əhəmiyyət kəsb edir. Çünki Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bu layihənin reallaşdırılması imkan verdi ki, Sumqayıt-Abşeron klaste­rini dayanıqlı, yüksəktəzyiqli qazla təmin edilsin. Hətta, gələcəkdə Sumqayıtın inkişafı üçünböyük imkanlar yara­nacaq. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır. Eyni zamanda, əhalini təbii qazla təmin etmək işində önəmli addımdır.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzində saxladığı prioritet vəzifədir. Hətta hazırkı çətin və mürəkkəb bir dövrdə – dünya iqtisadiy­yatı böhran içində olduğu və Azərbaycan iqtisadiyyatına da bunun mənfi təsir göstərdiyi, dünya bazarında neftin qiymətinin üç dəfə aşağı düşdüyü bir vaxtda bu qəbildən olan insanlar üçün nəzərdə tutlmuş sosial layihələrin icrası təxirə salınmayıb. Bunu aprelin 24-də dövlət başçısının Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşe­ron rayonu ərazisində yaşayış binaların­dan ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olması da təsdiqlədi.

Xatırladaq ki, ölkə Prezidentinin tapşırığı əsasında Neft Fondundan ayrıl­mış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutul­muş tikinti sahəsində iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbədə 1512 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub icma mərkəzi olacaq. Hazırda tikinti işləri davam etdirilir. Tikinti işlərinə 2200 işçi qüvvəsi cəlb olunub. Pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, bu il noyabr ayı­nın sonlarına bu qəsəbə tam hazır olacaq. Qəsəbələrdə, ümumilikdə, 3 min 42 ailə məskunlaşacaq. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə re­allaşdırılan tədbirlər ardıcıl xarakter alıb.

Sözlə əməl uzlaşanda

Faktlar da təsdiqləyir ki, dövlət başçısının verdiyi vədlərin hamısı öz təsdiqini tapır. Sözlə əməl arasında fərq olmayanda xalqın dövlət başçısına olan inamı daha da artır, iqtidar-xalq vəhdəti daha sıx tellərlə bağlanır.

Koronavirusun ciddi fəsadlar törətdiyi və bəşəriyyəti vahiməyə saldığı bir vaxtda Prezident İlham Əliyevin əhalinin həyat tərzinin daha da yaxşı­laşdırılması məqsədilə nəzərdə tutulan sosial layihələrin icrası ilə yerində tanış olması və bu barədə müvafiq tapşırıqlar verməsi xalqın gələcəyə olan inamını daha da artırır. Dövlət başçısı da bu məqamı xüsusi vurğulayaraq deyib: Bizim qəbul etdiyimiz qərarlar, atdığı­mız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, – mənə minlərlə təşəkkür məktubları gəlir, – həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görü­şü keçirdik... Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.

Əliqismət BƏDƏLOV

Xalq qəzeti  2020.- 7 may.- S.1.