“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 452 Bakı şəhəri, 19 noyabr 2020-ci il

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 2, maddə 110, ¹ 7, maddə 512; 2002, ¹ 9, maddə 580; 2005, ¹ 6, maddə 559; 2006, ¹ 8, maddə 730; 2009, ¹ 9, maddə 755; 2010, ¹ 1, maddə 67; 2016, ¹ 12, maddə 2230; 2018, ¹ 2, maddə 362, ¹ 5, maddə 1112; 2019, ¹ 3, maddə 544; 2020, ¹ 1, maddə 86) 4-cü hissəsində “məhkəmənin” sözü “cinayət prosesini həyata keçirən orqanın” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 21 noyabr.- S.6.