Abidələrimizin
dağıdılması bəşəri cinayətdir
Azərbaycanın işğal altındakı torpaqları 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qaldığından bu ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimiz də daşnaklar tərəfindən vəhşicəsinə dağıdılıb. Hətta bir sıra hallarda dini abidələrimiz təhqirə məruz qalıb. Bu barədə danışan BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev dedi:
– Azərbaycan Prezidenti İlham Əliyev də keçirdiyi
qəbullar və xarici mediaya
verdiyi müsahibələrdə bu barədə dəfələrlə bildirib. Dövlət
başçısı bu günlərdə
Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində də bu məsələyə toxunub,
Azərbaycanın çox qəddar və
vəhşi bir düşməınlə
üz-üzə qaldığını bəyan edib. Noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Bağdad Amreyevi,
Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı,
Özbəkistanın Ticarət və Sənaye
Palatasının sədri Adham İkramovu və
Qırğızıstanın Ticarət və Sənaye Palatasının
prezidenti Marat Şarşekeyevi qəbul edəndə isə Prezident bu məsələ
üzərində daha geniş
dayanaraq bildirib ki, işğal edilmiş ərazilərdə vəziyyət
acınacaqlıdır: “Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb,
təhqir edilib. Ermənilər Zəngilan
rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə
donuz saxlayırdılar, bu
videogörüntülər internetdə var
və bu, bütün
müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün
müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə
belə alçaq hərəkətlər
baş verməzdi. Əlbəttə ki, bütün müsəlman
dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə
üz-üzəyik”.
Əbəttə,
acınacaqlı haldır ki, döyüş meydanında rəşadətli
Azərbaycan Ordusunun qarşısında dura bilməyən Ermənistan şəhərlərimizi,
kəndlərimizi ağır artilleriyadan,
qadağan olunmuş ballistik raketlərdən, kassetli
bombalardan atəşə tutmaqla,
cəbhə zonasından uzaqda yaşayan dinc sakinlərin
evlərini dağıtmaqla, məscidləri təhqir etməklə
təsəlli tapmağa
çalışıb. Təsadüfi deyil
ki, bu atəşlər
nəticəsində 100-dək mülki vətəndaşımız
həlak olub, 400-dən çox
azərbaycanlı yaralanıb, 3 minədək ev
dağıdılıb.
Prezident İlham
Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində də bu
barədə danışıb və müxbirdən işğal olunmuş ərazilərdəki
Azərbaycan məscidlərinin şəkillərini gördüyünü soruşub.
Dövlət başçısı deyib:
“Onlar hamısı
dağıdılıb. Onlar bizim məscidlərdə donuz
saxlayıblar. Azad edilmiş
Zəngilandakı məsciddən bu
yaxınlarda çəkilmiş videogörüntüdə
onların orada donuz
saxladıqları göstərilir”.
Dünyada terrorçu dövlət kimi ad çıxarmış Ermənistanın bu hərəkətləri, təəssüf ki, indiyədək Qərbdə heç kimin tükünü tərpətməyib. Bu məsələyə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bir neçə dəfə reaksiya verib. Təşkilatın Baş Katibliyi bu günlərdə yaydığı bəyanatda da İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını ifadə edib.
Bəyanatda bildirilir ki, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. “İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasına dair” 1954-cü il Haaqa Konvensiyasının və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır”.
Onu da qeyd edək ki,
İƏT-in Xarici İşlər Nazirləri
Şurasının 46-cı iclasında “İslamın müqəddəs
yerlərinin qorunması haqqında” 3-46-S saylı qərar qəbul
edilib. Qərarda erməni təcavüzkarları
tərəfindən Azərbaycandakı İslama
aid tarixi və mədəni
irsin tamamilə məhv ediləsi ilə
bağlı barbar hərəkətlər
qəti şəkildə pislənilib.
Təbii ki, ermənilərin viran qoyduqları ərazilərimiz artıq işğaldan azad edilib və dövlət başçımızın dediyi kimi, burada həyat dirçələcək. Daha gözəl evlər, məscidlər tikiləcək. Amma hesab edirəm ki, erməni barbarlarının dağıtdığı dini abidələrimizi hazırkı vəziyyətində açıq havada muzey kimi saxlamaq və gələcəkdə bu ərazilərə gələcək turistlərə göstərmək lazımdır. Qoy onlar da özlərini “qədim xalq”, “mədəni millət” sayan ermənilərin iç üzünü görsünlər və bu vandallara nifrət etsinlər.
Söhbəti
yazdı: Paşa ƏMİRCANOV
Xalq qəzeti 2020.- 24 noyabr.- S.6.