Gözün aydın, Ağdamlı Azərbaycan

Ağdamımızın işğalına son qoyuldu! Bu tarixi hadisə münasibəti ilə ən böyük təbriklərimiz və təşəkkürlərimiz Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanınadır! Ölkə başçısının Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində vurğuladığı kimi, “Ağdam üçün yeni dövr başlayır.

...Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim tor­paqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesabla­ya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücü­müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Ağdam!.. Qarabağın Ağdamı!.. Azərbaycanın Ağdamı!..

...Ağdamda bir neçə dəfə olmu­şam. Sonuncu dəfə işğaldan bir neçə ay öncə getmişdim. Bu şəhərlə bağlı özünəməxsus xatirələrim var. Çox inanıram ki, tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. O qaynar həyatın içində mədəniyyət müəssisələrinin öz ziyarətçilərini qəbul edəcəyi günü həyəcanla gözləyirik. O sırada, tarixi-mədəni abidələrin, bütün mədəniyyət obyektlərinin bərpa olunacağına inanmımız sabitdir.

Ağdamlı həmvətənlərimiz artıq məcburi köçkün deyil! Bu, doğrudan da tarixi hadisədir! Gözümüz bir daha aydın olsun!

Bəli, tarix Azərbaycanı, Azərbaycanın dövlət başçısını haqlı çıxardı. ErmənistanAzərbaycan elan olunmamış müharibəsinin, tor­paqlarımızın işğaldan azad edilməsi Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi. Baxmaya­raq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün mümkündürsə, onu etdi. Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquq tanımaz mövqeyinə görə bu həll mümkün ol­madı. Beləliklə, “Azərbaycanın dəmir yumruğuöz tarixi missiyasını yerinə yetirdi. Bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsi yerinə yetirilmiş oldu.

BMT-nin 29 iyul 1993-cü il ta­rixli 853 saylı qətnaməsi bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı son dövrlərdə işğal etdiyi Azərbaycan tor­paqlarınından geri çəkilməsini tələb edirdi. Yəni öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdırbu, beynəlxalq hüquqla da belədir, tarixi əsaslarla da, mənəvi faktura ilə ...

Bu gün yaşadığımız günlər, yaşa­dığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Ağdamın işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir.

Respublikamızın Ağdamı hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksi­yasına qaytarması dünyada örnəyi o qədər çox rastlanmayan nadir hadisələrdəndir.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qara­bağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ərazisi 1 094 kvadratkilometr olan Ağdamın 846,8 kvadratkilometri, yəni 77,4 faizi, bir şəhər 80 kəndi ermənilərin əlinə keçmişdi (o vaxta qədər Ağda­mın 1 şəhər, 124 kəndi vardı). İlkin hesablamalara görə, işğal olunan rayona, ən azı, 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Təsəvvür edin: Ermənistan Respub­likasının 2020-ci il dövlət büdcəsinin xərcləri 3,8 milyard dollara yaxın­dır. Əgər təkcə Ağdama vurduqları ziyan qarşılığında (indiki büdcəsi ilə) Ermənistan, ən azı, 4 ilə yaxın yeməyib, içməyibyaşamalı”dır. Ermənistan, həqiqətən, başından bö­yük işlərə girişib tarixi məğlubiyyət bu uğursuz dövlətin qədər səbatsız, acınacaqlı durumda olduğu­nu aydın göstərir. Cənab Prezidentin dediyi kimi, “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. Ermənistanda ermənistanlılıq qalmayacağı dəfələrlə vurğulanıb, biz bir neçə dəfə bu mövzuya toxunmuşuq tari­xin məntiqi, dövlətlər, xalqlararası münasibətlərin fəlsəfəsi Ermənistan üçün yaxşı bir gələcək görünmədiyini diqtə etməkdədir...

Ağdam şəhəri, işğal illərində xəyallar şəhərinə çevrilib, ruhlar şəhərinə dönüb... Ağdamın işğalda olmayan Quzanlı qəsəbəsində isə qaynar həyat, gül-gülüstanlıq, inkişaf göz oxşayır. Ağdam rayonunun mərkəzi funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur sənaye müəssisələri, insanlar üçün yerləri yaradılıb, infrastruktur layihələri icra olunub, möhtəşəm Olimpiya İdman Komp­leksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilib.

Qeyd etmək lazımdır ki, Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq incəsənt abidələri var(). İşğalçı rejim II Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qa­zıntılar aparıb tapılmış artefaktlar Ermənistana daşınıb.

Düşmən Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparıb. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edib. Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz məscid, İmarət deyilən yerdəki XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın onun oğlunun türbələri, Şahbulaq qalası Karvansara vəhşicəsinə dağıdılıb. Bundan başqa, Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid onun minarələri vəhşicəsinə uçurulub. Bu vəhşiliklər, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan da bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin, “Tarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarının pozulmasıdır.

Əlbəttə, dövlətimiz erməni vanda­lizminin cəzalndırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsi ümumi işin xeyrinə olar.

Ağdam Azərbaycan elminə mədəniyyətinə Süleyman Sani Axun­dov, Şahmar Əkbərzadə, Famil Meh­di, Əhməd Ağdamski, Qurban Primov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev, Mənsum İbrahimov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyü­şov, minerologiya elmləri doktoru Xudu Məmmədov başqa onlarla görkəmli şəxsiyyət bəxş edib.

Heç şübhə etmirik ki, Ağdam rayo­nu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, digər əməli fəaliyyət sahələrinin gur inkişaf etdiyi rayonla­rından birinə çevriləcək.

Dövlət başçımızın xalqa müraciətində vurğulandığı kimi, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar digər lazım olan işlər görüləcək.

Ağdam azaddır!

Gözün aydın, Azərbaycan!

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Xalq qəzeti  2020.- 25 noyabr.- S.9.