Azərbaycan Respublikası Nazirlər Kabineti­ninMiqrasiya orqanları işçilərinin attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli 492 nömrəli, “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 493 nömrəli, “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 499 nömrəli, “Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haq­qında” 2017-ci il 14 dekabr tarixli 553 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 fevral tarixli 62 nömrəli, “Azərbaycan Respub­likasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiy­yatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 dekabr tarixli 474/nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 460 Bakı şəhəri, 24 noyabr 2020-ci il

 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar or­qanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haq­qında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2017-ci il 14 noyabr tarixli 492 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2156) ilə təsdiq edilmişMiqrasiya orqanları işçilərinin attestasiyası Qaydası”nın 1.6.7-ci yarımbəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2017-ci il 16 noyabr tarixli 493 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2157) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası”nın 1.5.1-ci yarımbəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2017-ci il 17 noyabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2163) ilə təsdiq edilmişDiplo­matik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nın 1.5.3-cü yarımbəndində “əlil olanlar” sözləri “əlilliyi müəyyən edilənlər” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2017-ci il 14 dekabr tarixli 553 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2017, ¹ 12 (II kitab), maddə 2501) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın 1.4.1-ci yarımbəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2017, ¹ 12 (II kitab), maddə 2567; 2020, ¹ 4, maddə 480; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 335 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın 2.1.3-cü yarımbəndində “qüsurlusözüpozuntusu olan” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2018, ¹ 2, maddə 365) ilə təsdiq edilmiş “Sağ­lamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 2.1.1-ci yarımbəndində “qüsurların” sözü “pozuntuların” sözü ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566, 568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə 1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12, maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479, ¹ 5, maddə 643, ¹ 6, maddə 784, ¹ 8, maddə 1134; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 sentyabr tarixli 349 nömrəli və 10 oktyabr tarixli 385 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:

7.1.1. “6.2.0. Sosial təminat” köməkçi bölməsinin “Əlillərlə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri” sətrində “Əlillərlə və sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

7.1.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1. “6.1.2. “Əmək qabiliyyətinin itirilməsi” paraqra­fının ikinci abzasında “əlilliyə və ya” sözləri “əlilliyə, o cümlədən” sözləri ilə əvəz edilsin;

2. “6.2.0. “Sosial təminat” paraqrafında “Əlillərlə və sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

3. “6.2.4. “Əlillərlə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri” paraqrafın­da “Əlillərlə və sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə və “əlillər və sağlam­lıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

7.2. Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı üzrə:

7.2.1. 271921-ci yarımmaddədə “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.2.2. 271923-cü yarımmaddədə “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.2.3. 272220-ci maddədə “20 yanvar hadisələri zamanı əlil olan ailələrin” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin” sözləri ilə əvəz edilsin;

7.2.4. 272320-ci maddədə “Əlilliyə” sözü “18 yaşın­dan yuxarı əlilliyi olan şəxslərə əlilliyə” sözləri ilə əvəz edilsin;

7.2.5. 272330-cu maddədə “16 yaşadək əlil” sözləri “18 yaşınadək” sözləri ilə əvəz edilsin;

7.2.6. 272560-cı maddədə “20 yanvar hadisəsi ilə əlaqədar əlil olmuş” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

7.2.7. 272920-ci maddədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.3. Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə üzrə:

7.3.1. “270000. Sosial ödənişlər” bölməsində ismin müvafiq hallarında “əlillər” sözü ismin müvafiq hallarında “əlilliyi olan şəxslər” sözləri ilə, “əlil” (bi­rinci halda) sözü “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə və “əlil ailələr” sözləri “əliliyi olan şəxslərdən ibarət ailələr” sözü ilə əvəz edilsin;

7.3.2. “271920. “Əlilliklə bağlı ödənişlər” maddəsinin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə və ikinci cümləsində ismin müvafiq hallarında “Əlillər” sözü ismin müvafiq halla­rında “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.3.3. “271921. “Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası” yarımmaddəsində “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə və hər dörd halda “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.3.4. “271922. “Reabilitasiya tədbirlərinin təşkili” yarımmad-dəsində hər dörd halda “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.3.5. “271923. “Əlillərə madditexniki yardımın təşkili” yarımmaddəsində “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə, ismin müvafiq hallarında “əlillər” sözü ismin müvafiq hallarında “əlilliyi olan şəxslər” sözləri ilə və “əlil uşaqların” sözləri “sağlamlıq imkan­ları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

7.3.6. “271929. “Digər ödənişlər” yarımmaddəsində “əlilliklə” sözündən sonra “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri əlavə edilsin;

7.3.7. “272000. Sosial yardım” köməkçi bölməsinin birinci cümləsində “müharibə əlillərinin, 20 yanvar hadisələri zamanı əlil olanların” sözləri “müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin” sözləri ilə və “II qrup əlil olmuş” sözləri “II dərəcə əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;

7.3.8. “272200. “Aztəminatlı ailələrə verilən uşaq müavinətləri” paraqrafının ikinci cümləsində “20 yan­var hadisəsi zamanı əlil olan ailələrin” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin” sözləri ilə əvəz edilsin;

7.3.9. “272220. “Müharibə və 20 yanvar hadisəsi zamanı əlil olan ailələrin uşaqlarına aylıq müavinət” maddəsində hər iki halda “20 yanvar hadisəsi za­manı əlil olan ailələrin” sözləri “1990-cı ilin 20 Yan­var hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin” sözləri ilə əvəz edilsin;

7.3.10. “272230. “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı müavinət” maddəsində “II qrup əlil olmuş” sözləri “II dərəcə əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;

7.3.11. “272300. “Dövlət sosial yardımı” paraqra­fının ikinci cümləsində “Əlilliyə” sözü “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə” sözləri ilə və “16 yaşadək əlil” sözləri “18 yaşınadək” sözləri ilə əvəz edilsin;

7.3.12. “272320. “Əlilliyə görə müavinət” maddəsində “Əlilliyə” sözü “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə” sözləri ilə və “əlillərə” sözü “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.3.13. “272330. “Sağlamlıq imkanları məhdud 16 yaşadək əlil uşaqlara müavinət” maddəsində hər iki halda “16 yaşadək əlil” sözləri “18 yaşınadək” sözləri ilə əvəz edilsin;

7.3.14. “272360. “Müalicə xərci” maddəsində “əlil olmuş” sözləri “əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;

7.3.15. “272500. “Təqaüdlər” paraqrafında “20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;

7.3.16. “272560. “20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüd” maddəsində “20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş” sözləri ilə və ikinci halda “əlil olmuş” sözləri “əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;

7.3.17. “272900. “Sosial yardım üzrə digər ödənişlər” paraqrafının ikinci cümləsində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.3.18. “272920. “Avtomobil növbəsində daya­nan əlillərə kompensasiya” maddəsində hər iki halda “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 2058) ilə təsdiq edilmiş “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılma­sı və müddətinin uzadılması Qaydaları”nın 3 nömrəli əlavəsinin 6.3.2-ci yarımbəndində “sağlamlıq imkanları məhdud olan şəxslər və əlillər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti 2020.- 28 noyabr.- S.8.