Azərbaycan Respublikası Nazirlər KabinetininSosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Uşaq evlərinin rəhbər işçilərinin, pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştat­ları haqqında” 2006-cı il 13 iyul tarixli 172 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılma­sı Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 8 may tarixli 76 nömrəli və “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 459 Bakı şəhəri, 24 noyabr 2020-ci il

 

 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğı­sı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqın­da”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hü­quqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1073; 2007, ¹ 12, maddə 1344; 2008, ¹ 8, maddə 787; 2011, ¹ 5, maddə 449; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 7, maddə 1320) ilə təsdiq edilmişSosi­al müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndin ikinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

1.2. 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü yarımbəndlərdə “əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

1.3. 1.3-cü bəndin dördüncü abzasına “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və altıncı abzası aşağı­dakı redaksiyada verilsin:

“əlilliyi olan şəxslər, o cümlədən sağlam­lıq imkanları məhdud 18 yaşınadək uşaqlar;”;

1.4. 4.1-ci bənddə “əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri” sözləri “əlilliyi olan şəxsləri, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 639; 2007, ¹ 2, maddə 185; 2009, ¹ 10, maddə 857) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Uşaq evlərinin normalar üzrə əlavə ştatları”nın “Qeydlər”ində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “qüsurusözüpozun­tusözü ilə əvəz edilsin;

2.2. 5-ci hissədə “qüsurlusözüpozuntu­su olan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 939; 2015, ¹ 5, maddə 655; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddə 620; 2018, ¹ 1, maddə 138; 2019, ¹ 3, maddə 514) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 3.5-ci bəndində “Tibbi-sosial ekspert komissiyaları” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi” sözləri ilə və “verməlidirlər” sözü “verməlidir” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2013, ¹ 5, maddə 565; 2015, ¹ 5, maddə 656; 2017, ¹ 4, maddə 620; 2019, ¹ 3, maddə 514) ilə təsdiq edil­miş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.5-ci yarımbəndində “tibbi-sosial ekspert komissi­yaları” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıla­rı tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunverici­lik Toplusu, 2015, ¹ 8, maddə 972; 2016, ¹ 11, maddə 1976; 2017, ¹ 12 (II kitab), maddə 2477) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və ikinci abzasında “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası” üzrə:

5.2.1. adında və 1.1-ci bəndində “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilsin;

5.2.2. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.2. əlilliyi olan şəxslərə;”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti  2020.- 28 noyabr.- S.8.