Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” 1992-ci il 9 yanvar tarixli 6 nömrəli, “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaq­lar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmişvalideyn himayəsindən məhrum uşaq­lar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli 15 nömrəli, “Təhsil müəssisələrində, xəstəxanalarda və sosi­al sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli, “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqın­da” 1996-cı il 29 may tarixli 61 nömrəli, “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeral­tı işlərin siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 24 mart tarixli 58 nömrəli, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi siste­minin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 9 yanvar tarixli 2 nömrəli və “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli.qərarlarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 458 Bakı şəhəri, 24 noyabr 2020-ci il

 

“İnsanın immunçatışmazlığı virusu­nun törətdiyi xəstəliklə mübarizə haq­qında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Da­ğınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları­nın təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqın­da”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi inter­nat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli” sözləri “Əqli” sözü ilə və “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “qüsurlarsözüpozun­tularsözü ilə əvəz edilsin;

1.3. həmin Qərarın əlavəsi - “Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları” üzrə:

1.3.1. adında “qüsurlarsözüpozuntu­larsözü ilə əvəz edilsin;

1.3.2. “Qeydlər”in 1-ci hissəsinin ikinciüçüncü abzaslarında “qüsurlarsözüpo­zuntularsözü ilə, 6-cı hissəsində “qüsurusözüpozuntususözü ilə əvəz edilsin.

2. Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmişva­lideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və 1-ci hissəsində “qüsur­lusözüpozuntusu olan” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmişBütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”nın adında və “Bütün tipdən olan internat ümumtəhsil məktəblərində və əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaqlar üçünsütunundaqüsurlusözüpozuntusu olan” sözləri ilə əvəz edilsin.

3. “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissədə “qocalar və əlillər evlərində” sözləri “ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarın 4 nömrəli əlavəsində - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qocalar və əlillər evlərində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları” üzrə:

3.2.1. adında “qocalar və əlillər evlərində” sözləri “ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

3.2.2. cədvəlin 3-cü sütununda “əlillər evləri” sözləri “əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

3.2.3. cədvəldən sonrakı mətnin ikinci abzasında “Gənc əlillərin, sağlamlıq imkan­ları məhdud” sözləri “Əlilliyi olan gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə və “əlillərin, sağlam­lıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1996-cı il 29 may tarixli 61 nömrəli Qərarının 1 nömrəli əlavəsində - “Uşaq bağ­çalarının nümunəvi ştatı”nın “Qeydlər”ində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 13-cü hissədə “pozğunluğusözüpozuntususözü ilə əvəz edilsin;

4.2. 14-cü hissədə “pozğunluqsözüpozuntusözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2000, ¹ 3 (II kitab), maddə 246) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın XXXIII bölməsinin “Səhiyyə və tibb əmək eksperti­zası təşkilatları” hissəsinin üçüncü abzasın­da “qüsurlusözüpozuntususözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 50; 2006, ¹ 9, maddə 828, ¹ 11, maddə 992; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 2, maddələr 115, 130; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 8, maddə 763; 2011, ¹ 12, maddə 1255; 2017, ¹ 4, maddə 663; 2019, ¹ 3, maddə 516) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.2.1.1-ci yarımbənd üzrə:

6.1.1. “ə” abzasında “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

6.1.2. “ö” abzasında “inkişafı qüsurlu” sözləri “inkişafında pozuntu olan” sözləri ilə əvəz edilsin;

6.2. 2.2.2.1-ci yarımbəndin “g” və “h” ab­zaslarında “inkişafı qüsurlu” sözləri “inkişa­fında pozuntu” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 583; 2006, ¹ 5, maddə 463; 2008, ¹ 2, maddə 130, 2019, ¹ 3, maddə 516, ¹ 7, maddə 1333) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununun “XXXVII. Səhiyyə” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 178-ci hissədə “qüsurlusözüpo­zuntususözü ilə əvəz edilsin;

7.2. 185-ci hissədə “qocalarsözü “ahıl­lar” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti  2020.- 28 noyabr.- S.8.