Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotukassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 365 Bakı şəhəri, 30 sentyabr 2020-ci il

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanu­nunun tətbiqi və “Azərbaycan Respubli­kası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hü­quqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunununbu Qanunla təsdiq edilmiş Azərbaycan Res­publikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotukassa əməliyyatlarının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının hazırlan­ması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 3 oktyabr.- S.6.