Dünyanın tanınmış qələm adamları ermənilərin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb

 

ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan və Azərbaycanın bir qrup tanınmış qələm adamı Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb.

AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“Biz, ayrı-ayrı ölkə ədəbi qurumu, media orqanını təmsil edən yazarlar, bütün dövrlərin böyük şairi Nizami Gəncəvinin doğma yurdu Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən ard-arda atəşə tutulmasından sonra bu dəfə mütəfəkkir şairin sevə-sevə vəsf etdiyi Bərdə şəhərinin qadağan olunmuşSmerçkaset raketləri ilə atəşə tutulmasından sarsılmışıq. Biz bununla bağlı öz narahatlığımızı, hiddətimizi bildiririk. Biz, qələm adamları çox narahatıq ki, döyüş bölgəsindən on kilometrlərlə uzaqda yerləşən Gəncə Bərdənin (eləcə digər yaşayış məntəqələrininTərtər, Goranboy, Ağcabədi b.) səbəbsiz yerə ağır silahlardan atəşə tutulması nəticəsində ölənlər, yaralananlar var, xeyli mülki infrastruktur, dinc əhalinin evləri dağılıb. Rəsmi təsdiq olunmuş bilgilərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək dinc yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb. Ən dəhşətlisi, ölən yaralanan azərbaycanlıların bir hissəsi körpə, uşaq, qadın qocadır...

Artıq heç bir təminat yoxdur ki, atılan mərmilərdən daha biri Nizami Gəncəvinin məqbərəsinə dəyməyəcək, bütün dövrlərin oxunan, öyrənilən mütəfəkkir şairinin ruhunu narahat etməyəcək. Hər günahsız insanın həyatını itirməsi haqq dünyasında olan şairlərin, yazarların ruhunu incidir, yaşayan şairlərin, yazarların həyatına əsərlərinə çökür... Biz istərdik, gələcək nəsillərə körpələrin, uşaqların, qadın qocaların günahsız ölümlərinin ağırlığını deyil, beynəlxalq ictimaiyyətin ədalətini ötürək. Dünyanı ədalət xilas edəcək!

Biz, qələm adamları, Ermənistanı mülki əhalini hədəf almaqdan çəkindirmək üçün bütün dünya yazarlarını öz haqq səslərini qaldırmağa çağırırıq. Bu bəyanat qoşulmaq üçün açıqdır.

Əziz şairlər, yazıçılar, publisistlər! Sizə müraciət edirik! Ümidvarıq ki, sizlərin dünyanın dörd yanından ucalan səsiniz, ədalətli mövqeyiniz təcavüzkar üçün çəkindirici faktora çevriləcək.

Biz bu bəyanatımızla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 884 saylı qətnamələrin (nəhayət) yerinə yetirilməsinin həyati önəm daşıdığını bildiririk. Əgər dünyanın hər yerindən, dünyanın ən mötəbər təşkilatının qətnamələrinin yerinə yetirilməsi tələb edilsə, bu müsbət presedent yaradardı; qələmin, qələm adamlarının gücü görsənərdi; bəlkə daha kimsə təcavüzkarlığa, günahsız qan axıdılmasına həvəslənməzdi...

Bir daha dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmkarlarımızı, böyük söz ustadlarının Vətəni olan Azərbaycanın günahsız körpə, uşaq, qadın qocaları daxil olmaqla, mülki şəxslərin öldürülməsinə qarşı öz sözü, qələmi, əsəri, kitabı ilə etiraz etməyə çağırırıq!

Türkiyə:

İbrahim Yavuz Bildikşair, keçmiş millət vəkili

Sami Gökmənkeçmiş millət vəkili

Yaqub ÖməroğluAvrasiya Yazarlar Birliyinin rəhbəri, filologiya elmləri namizədi, dosent

Osman Baş – “Dünya – DER” rəhbəri, şair-publisist, TİKA-nın Bakıdakı keçmiş koordinatoru, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü

Kəramətdin YılmazÖlüdəniz Bələdiyyəsinin keçmiş rəhbəri

Hikmət Ərən –“EkoAvrasiyajurnalının qurucu-baş redaktoru, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü

Coşğun Qarabuludşair, ədəbiyyatşünas, Fəthiyyə Ədəbiyyat Qrupunun (FƏQ) üzvü, DGTYB Məsləhət Şurasının üzvü

Oktay Yivlişair, professor

Mustafa Doğan – Mersin Şairlər-Yazarlar Dərnəyi rəhbəri

Nurcan Gökmənşair, FƏQ üzvü

Gülsərən Pars – sənətçi, FƏQ üzvü

Əsər Tuncoğlusənətçi, FƏQ üzvü

Afi Can – yazar, FƏQ üzvü,

İlkay Çiğdəmyazar, FƏQ üzvü

Mahmut Özkocaşair-yazar, Hatayda çıxanZeytunjurnalının yayın yönətməni

Cəlal Bozqurdjurnalist, köşə yazarı

Məlahət ÖzçobanGöllər bölgəsi Şair-Yazarlar Dərnəyi rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü,

Alptekin Cevherli – “Mələklər Yayıncılığ”ın qurucu-başqanı, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü

Eren Elmalı – “Yesevi Ocağırəhbəri

Yücel Alpay Dəmir – “Türk OcaqlarıKocaeli şöbəsinin rəhbəri

Süleyman Pekin – “Aydınlar OcağıKocaeli şöbəsinin rəhbəri

Bülənt Maşaoğlu – URAL Dərnəyi rəhbəri

Dərya Akdəmiryazıçı, “ANKA” Dərnəyi rəhbəri

Qazaxıstan:

Muxtar ŞaxanovQazaxıstanın Xalq şairi, Türk xalqları Aydınları Birliyinin rəhbəri

Akberen Elgezekşair-publisist, Qazaxıstan Yazıçılar Birliyi (QYB) sədrinin I müavini, DGTYB Məsləhət Şurasının üzvü

Devlətkərəy Kapoğluşair, Əməkdar mədəniyyət işçisi, QYB Nur-Sultan filialını rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü

Devletbek Baytursunoğluşair-publisist, QYB-nin üzvü, “AlaşXalqlararası Ədəbiyyat mükafatı laureatı

Kudiyar Bilal – QYB-nin üzvü, mədəniyyət xadimi, Qazaxıstan

Erkinbek Serikbayyazıçı, Türk xalqları arasında ədəbi əlaqələri inkişafetdirmə Fondunun rəhbəri, DGTYB-nin üzvü

Qırğız Respublikası:

Nurlan Kalıbekovşair, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, DGTYB Məsləhət Şurasının üzvü

Altınbek İsmailşair-tərcüməçi, DGTYB Xalqlararası koordinatoru

Kaliça Jakupşair, DGTYB-nin üzvü

Özbəkistan:

Babaxan Şəriftərcüməçi, filologiya elmləri doktoru, professor

Cabbar İşənkulfilologiya elmləri doktoru, ədəbiyyatşünas, professor, DGTYB Məsləhət Şurasının üzvü

Şahina İbrahimovatərcüməçi, filologiya elmləri namizədi

Qoşqar Norkobilyazıçı-dramaturq, “İnsan qanunqəzetinin baş redaktoru

Xasiyyət Rüstəm – “Kitab Dünyasıqəzetinin baş redaktoru, DGTYB Məsləhət Şurasının üzvü

Fəxriyar Nizamşair-tərcüməçi, DGTYB Məsləhət Şurasının üzvü

Türkmənistan:

Murat Toylujurnalist, TRT “Türkmən masası”nın rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü

ABŞ:

Ocean Vuonqşair-publisist, “American Book Award” mükafatı laureatı

Traci Dauqherriyazıçı, PEN Yazarlar qurumunun üzvü

Rusiya:

Svetlana Şilinaşair, biblioqraf

Afaq Şıxlı - şair-tərcüməçi, Rusiya Yazıçılar Birliyinin üzvü

Ukrayna:

Tudora Arnautşair-publisist, dosent-doktor

Lesya Pimonenkotürkoloq, “MaydanTərcümə Bürosunun müdiri

Artem BulgariUkrayna Qaqauzlar Birliyinin sədri

Bolqarıstan:

Rafet Uluturk – “BULTÜRK – Bolqarıstan türkləri Mədəniyyət Xidmət Birliyinin sədri, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü

Ərdal KarabaşBolqarıstan Statejik Araşdırma Mərkəzi rəhbəri

Seniha Rasim SabriAvropa Bolqarıstan Türkləri Dərnəyi rəhbəri

Hindistan:

Anita Desai, yazıçı, Xalqlararası “The Guardian” Uşaq kitabları mükafatı laureatı

Şimali Makedoniya:

Enes İbrahimQuzey Makedoniya Xalq Məclisinin deputatı, araşdırmaçı-yazar, ictimai-siyasi xadim

Hüsrev EminQuzey Makedoniya Türk QHT-ləri Birliyi (MATÜSİTEB) rəhbəri

Leyla Şərif Eminşair-publisist, “Köprükültür-sənət jurnalının baş redaktoru

Moldova:

Güllü Qərənfilşair-publisist, Komrat Dövlət Universitetinin müəllimi

Alla Böyükşair-publisist, DGTYB üzvü

İslandiya:

Sjon Siqurdssonyazar, tənqidçi, “Quzey ədəbiyyat Ödülülaureatı

İspaniya:

Joan Margarit i Consarnauşair, XalqlararasıServantesmükafatı laureatı

İraq:

Fövzi Əkrəm Tərzioğluİraq parlamentinin keçmiş deputatı, İraq Türkman Şair-Yazarlar Birliyinin sədri, DGTYB Məsləhət Şurasının üzvü

Şəmsəddin KuzəçiTürk Dünyası Gənc İlətişimçilər Birliyi rəhbəri, şair, DGTYB Məsləhət Şurasının üzvü

Gürcüstan:

Baqatel ArabuliGürcüstan Yazıçılar Birliyinin (GYB) rəhbəri

Eka Kaçaya – “Mpobijurnalının baş redaktoru

Allahverdi Təkləli - GYB Azərbaycan bölməsinin rəhbəri

Azərbaycan:

Əkbər Qoşalı (Yolçuyev) – şair-publisist, XalqlararasıAlaşədəbi mükafatı laureatı

DGTYB Məsləhət Şurasının rəhbəri”.

Kredo  2020.- 29 oktyabr.- S.16.