Prezident Kitabxanasında diasporla bağlı elektron kitabxana layihəsinin təqdimatı olub

Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan diasporu elektron kitabxana layihəsi istifadəyə verilib. Təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.

Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq yeni layihə haqqında məlumat verib. Bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlanıb. Bu gün dövlətimiz onun ərazisindən kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təminat verironlara hamilik edir.

M.Əhmədov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd edilməsi, dünya azərbaycanlılarının qurultaylarının və forumlarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbul edilməsi, diaspor sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlətimizin başçısının diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm olaraq görüşlərinin keçirilməsi Prezident Kitabxanasının mövcud elektron resursunun yenidən sistemləşdirilərək və materiallarla zənginləşdirilərək elektron kitabxana kimi oxuculara təqdim edilməsini zəruri edib.

Qeyd edilib ki, istifadəçilərə təqdim edilən Azərbaycan diasporu elektron kitabxanası 7 fəsildən və 19 bölmədən ibarətdir. Tarix adlananbeş bölmədən ibarət birinci fəslin Mühacirət tarixi adlanan bölməsində Azərbaycan diasporunun təşəkkül və formalaşmasına səbəb olan amillər təhlil edilir, müəyyən ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla, yaxud könüllü mühacirət edərək, xaricdə kompakt icma halında yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayaninkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər haqqında məlumat verilir. Hazırda Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlının yaşadığı qeyd edilir. Bu fəslin Sovet dövrü adlanan bölməsində 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Xalq Cümhuriyyətinin qurucularına və dövlət orqanlarında çalışanlara qarşı kütləvi həbslər həyata keçirilməsi nəticəsində Sovet Azərbaycanından ilk mühacirət dalğasının başlaması, təqiblərdən canını qurtaranlar və onların ailə üzvləri müxtəlif yollarla xarici ölkələrə, əsasən də Türkiyəyə qaçmaları haqqında məlumat verilir. Bu bölmədə, həmçinin mühacir təşkilatlarının yaranması, mühacir mətbuatı, XX əsrin 80-ci illərində fəaliyyət göstərən Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqədar Cəmiyyəti haqqında da ətraflı məlumatlar yer alıb. Müstəqillik dövrü adlanan bölmədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər, Dünya Azərbaycanlılarının qurultayları barəsində istifadəçilər ətraflı məlumatlandırılır. Bu fəslin Heydər Əliyev və Azərbaycan diasporu adlanan bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı, ümummilli liderin Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərdə çıxışları və nitqləri, xaricdə yaşayan soydaşlarımıza ünvanlandığı müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları, dünya azərbaycanlılarının Heydər Əliyevə təbrikləri və müraciətləri öz əksini tapır. Prezident İlham Əliyev və Azərbaycan diasporu adlanan beşinci bölmədə dövlət başçısının Azərbaycan diasporunun nümayəndələri ilə müxtəlif görüşlərdə çıxışları və nitqləri, o cümlədən ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxışı, diaspor nümayəndələrinin qəbulları haqqında materiallar, xaricdə yaşayan soydaşlarımıza müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları toplanılıb.

Elektron kitabxananın Azərbaycançılıq adlanan ikinci fəslində azərbaycançılıq ideologiyasının mahiyyəti haqqında məlumat verilir, bu ideyanın əsrlər boyu formalaşan çoxmillətli Azərbaycan xalqını birləşdirən, müstəqilliyin qorunmasına, demokratik inkişafahüquqi, sosial dövlətin qurulmasına xidmət edən bir dəyərlər sistemi olduğu vurğulanır.

QurultaylarForumlar adlanan üçüncü fəslin birinci bölməsində dünya azərbaycanlılarının I, II, III, IV qurultaylarının sənədləri və materialları ayrıca bölmələr şəklində öz əksini tapır. İkinci bölmədə isə Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu haqqında materiallar da ayrıca bölmə şəklində istifadəçilərə təqdim edilir.

Elektron kitabxananın Qanunvericilik fəsli dörd bölmədən ibarətdir. Qanunlar adlanan birinci bölmədə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunlarının, Fərmanlar bölməsində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti ilə bağlı sənədlərin tam mətnləri öz əksini tapır. Sərəncamlar bölməsində Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə diaspor fəallarının təltif edilmələri ilə bağlı və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mətnləri yerləşdirilib. Qərarlar bölməsində isə parlamentin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə qəbul etdiyi qərarların və Nazirlər Kabinetinin Diasporla İş üzrə Dövlət Komitəsi haqqında qərarlarının mətnləri əks etdirilir.

Diaspor təşkilatları fəslində Diasporla İş üzrə Dövlət Komitəsinin materialları əsasında 48 ölkədə fəaliyyət göstərən 556 diaspor təşkilatı, onların rəhbərləri, ünvanları və əlaqə vasitələri haqqında yığcam məlumatlar istifadəçilərə təqdim edilir.

Elektron resurslar adlanan fəsildə Azərbaycan diasporu haqqında 1500-dən artıq kitab və seçmə məqalənin elektron versiyaları yerləşdirilib.

Elektron kitabxananın Biblioqrafiya fəsli üç bölmədən ibarətdir. Kitablar bölməsində bu mövzuda Azərbaycan, rusingilis dillərində 130-dan artıq kitabın, Avtoreferatlar bölməsində 18 avtoreferatın, Dövri mətbuat bölməsində isə 3 minə yaxın məqalənin biblioqrafik təsviri verilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb. Bildirib ki, Dövlət Komitəsinin dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Bu məsələlər Dövlət Komitəsinin hazırladığı Strateji Yol Xəritəsinə əsasən həyata keçirilir.

Diasporla Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. Biz bu istiqamətdə mühüm işlər görürük. Diaspor işi ideoloji olduğundan biz bu məsələyə diqqətlə yanaşmalıyıq. Nəzərə alsaq ki, bu gün ermənilər bizə qarşı həm də informasiya müharibəsi aparır, buna görə daha diqqətli olmalıyıq. Bu baxımdan da bu kimi layihələr mühüm əhəmiyyət kəsb edir, - deyə F.Muradov vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının I qurultayı ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, Azərbaycan daha da güclənib, bizim imkanlarımız artıb. Qeyd edib ki, əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.

Müzakirələrdə çıxış edən digər natiqlər təqdim edilən layihə barəsində fikirlərini söyləyib və təkliflərini bildiriblər.

Azərbaycan diasporu elektron kitabxanası http://diaspora.preslib.az/ subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənir.

Xalq qəzeti.-2020.-11 yanvar.-S.6.