Nizami Gəncəvinin əsərləri dünya kitabxanalarında

 

Milli Kitabxanada bu mövzuda videokonfrans keçirilib. Konfransda çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov bildirmişdir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan edilmişdir. O, mütəfəkkir şairin zəngin yaradıcılıq yolundan danışmış qeyd etmişdir ki, kitabxana tərəfindən hələ 2012-ci ildə Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından Nizami Gəncəvi biblioqrafiyası nəşr edilmiş, bu ilin sonuna kimi isə yeni fundamental bir biblioqrafik vəsaitin nəşr ediləcəyini nəzərə çatdırmışdır.

Sonra diqqətə çatdırmışdır ki, Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsini həyata keçiririk. Son iki ildə bu layihə çərçivəsində 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunmuşdur ki, bunların içərisində dahi Nizaminin əlyazmaları yer almışdır Milli Kitabxana bu işi bu il Nizami Gəncəvi ili çərçivəsində davam etdirməkdədir. Artıq Çexiya, Rumıniya, Misir, Rusiya, Türkiyə, Bosniya Hersoqovina, İran digər ölkələrin milli kitabxanaları ilə danışıqlar gedir bu kitabxanalarda olan əlyazmaların digital nüsxələrinin Azərbaycana gətirilməsi istiqamətində addımlar atılır.

Daha sonra Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı çıxış edərək Milli Kitabxananın fəaliyyətinə, ziyalılara, alimlərə göstərdiyi xidmətdən danışaraq öz təşəkkürünü bildirmişdir. O, Milli Kitabxana tərəfindən tərtib olunan biblioqrafiyaları dəyərləndirərək, onların tədqiqatçılar üçün mühüm informasiya mənbəyi olduğunu bildirib. Daha sonra o, öz axtarışları nəticəsində əldə etdiyi dünyanın müxtəlif kitabxanalarında saxlanılan əlyazmalar barədə məlumatları Milli Kitabxana ilə bölüşüb əldə etdiyi Nizami əlyazmalarının Mançestr nüsxəsini Milli Kitabxanaya elektron versiyada göndərəcəyini bildirmişdir. Professor V. Musalı çıxışı zamanı bir sıra dünya kitabxanalarından əldə etdiyi Azərbaycan ədəbiyyatının klassiklərinə eləcə Nizami Gəncəviyə dair əlyazmaların videogörüntülərini nümayiş etdirmişdir.

Videokonfransın davamında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı çıxış edərək Nizami Gəncəvinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışaraq bu ilin dahi Azərbaycan şairinə həsr olunmasının əhəmiyyətini vurğulamışdır. O, Nizami Gəncəvi ilə bağlı universitetdə tədbirlərin təşkilini qeyd edərək bu istiqamətdə Milli Kitabxananın həyata keçirdiyi layihələri alqışladığını bildirmişdir.

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti 2021.- 3 aprel.- S.7.