Bu gün Azərbaycan beynəlxalq məsələlərin həllində fəal rol oynayır

 

Ermənistanın 30 illik işğalçı siyasətinə Azərbaycanın öz gücü ilə – hərbi-siyasi yolla 44 gün ərzində son qoyması ölkəmizin, eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin dünya miqyasındakı reytinqini daha da yüksəltdi. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, hətta ABŞ, FransaRusiya Federasiyası kimi güclü dövlətlərdən ibarət ATƏT-in Minsk qrupunun da 30 il ərzində həll edə bilmədikləri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ölkəmizin hərbi-siyasi yolla həll etməsi dünyaya bir çox önəmli mesajlar verdi. Bu gün Azərbaycan beynəlxalq məsələlərin həllində də mühüm rol oynayan dövlətlər sırasındadır.

Bugünlərdə respublikamızda rəsmi səfərdə olmuş BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır da ölkəmizin beynəlxalq aləmdə artan reytinqini yüksək qiymətləndirərək dedi ki, Azərbaycan regionda və dünyada öz sözü və nüfuzu olan ölkədir: “Düşünürəm ki, ölkəniz bundan sonra da beynəlxalq əməkdaşlığa töhfələrini verməkdə davam edəcək. Azərbaycan BMT üçün çox önəmli bir ölkədir”.

Volkan Bozkırın ölkəmiz haqqında yüksək fikir səsləndirməsi ABŞ-ın yeni Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktubundakı bəzi məqamları xatırlatdı. Təbrik məktubundan da aydın olurdu ki, Bayden Administrasiyası Azərbaycanla yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dünyada sülhsevər ölkə kimi tanınıb. Uzun illər davam edən Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Prezident İlham Əliyev həmişə sülh, münaqişənin qan tökülmədən aradan qaldırılmasının tərəfdarı olduğunu nümayiş etdirmişdi. Ancaq Ermənistan işğalçı mövqeyindən əl çəkmədi və nəticədə layiqli cavabını aldı.

Prezident Co Baydenin dövlətimizin başçısına ünvanladığı təbrik məktubundakı məqamlar da bir daha təsdiqlədi ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər dinamik inkişaf tempinə malikdir. Bu əməkdaşlıq gələcəkdə daha geniş perspektivlərdən xəbər verir. ABŞ Prezidenti bir daha vurğulayıb ki, bu yeniləşmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir. Prezident Co Bayden bu fikirləri səsləndirməklə iki ölkə arasında formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq mühitinin gələcəkdə də möhkəmləndirilməsindən məmnun olduğunu ifadə edir. O, təkcə ölkəsinin deyil, Azərbaycanın da eyni səvyyədə sülhə sadiq qaldığını və bu prosesə töhfə vermiş olduğunu xüsusi vurğulayır.

Göründüyü kimi, rəsmi Vaşinqton bir sıra mühüm istiqamətlər üzrə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanılmasında və sonrakı inkişafında maraqlıdır. Bu, ölkəmizin 44 günlük müharibədə qalib olmasından sonra dünya birliyində mövqeyinin getdikcə daha da möhkəmləndirilməsinin bariz nümunəsidir.

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır da səfəri zamanı bu məqamları xüsusi olaraq vurğuladı. Ölkəmizin BMT – dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, COVID -19 - la mübarizəyə həsr olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, eləcə də Qoşulmama Hərəkatının videoformat şəklində zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olması Volkan Bozkırın dediyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində COVID-19-la mübarizə məqsədilə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edərək liderlik nümayiş etdirməsi və bununla da dünyaya çox önəmli mesajlar verməsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Onu da qeyd edək ki, dövlət başçımızın təşəbbüsü uğurla həyata keçirildi. BMT Baş Assambleyası çərçivəsində COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiya keçirildi. Bir faktı da qeyd edək ki, möhtərəm Prezidentimizin bu təşəbbüsü dünyanın 130-dək ölkəsi tərəfindən dəstəklənmişdi.

Dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən də bir daha diqqətə çatdırdı ki, BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdurbu əlaqələr davam edir: “Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olubbu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilmişdirBMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq...”

 

 

Çingiz QƏNİZADƏ,

Demokratiyaİnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Xalq qəzeti  2021.- 13 aprel.- S.9.