Mədəniyyət naminə sülh kampaniyasına start verilir

 

Mədəniyyət Nazirliyindən bildiriblər ki, bu kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasıdır. Eyni zamanda, dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, müxtəlif beynəlxalq münaqişə regionlarında mədəni irsin qorunmasında, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin həyatın dirçəldilməsinin vacibliyinin diqqətə çatdırılması əsas məqsədlərdəndir.

Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən beynəlxalq təşkilatlarından Azərbaycana dəvət ediləcək rəsmilər, diplomatlar, ictimai-siyasi xadimlər, görkəmli mədəniyyət incəsənət adamlarının, media nümayəndələri elm xadimlərinin işğaldan azad edilmiş şəhərlərə dəvət edilməsi sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.

Dünyəvi multikultural ölkə kimi Azərbaycanın mövqeyinin sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir. Bu kampaniya, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş Bakı prosesi 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərinin qlobal miqyasda davamını onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində Bakı prosesinin əhəmiyyətini xüsusi vurğulayaraq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar Mədəniyyət naminə sülh kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.

Mədəniyyət naminə sülh kampaniyası beynəlxalq qurumların xarici ölkələrin, yerli beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi ədəbi müsabiqələr, sosial media, foto video, film, musiqi digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, kampaniya çərçivəsində ilk ictimai aksiya kimi Mədəniyyət Nazirliyi Kreativ Azərbaycan Platforması (www.creative.az) Sülh üçün yarat (#create4peace) beynəlxalq aksiyasına başlayır.

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti 2021.- 18 aprel.- S.6.