Zamanın çağırışlarına cavab verən xarici siyasət

 

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdirəcəkdir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrindəki çıxışından

 

23 sentyabr 2021-ci il

 

Zaman ən böyük hakimdir”, “zaman ən yaxşı həkimdir”, “zaman hər şeyi öyrədə bilən müəllimdir” kəlamları son zamanlar tez-tez yada düşür. Çünki elə proseslərlə üzləşirik ki, onların sıralanmasını ancaq zaman reallaşdıra bilərdi və sıralayır. Elə ölkəmizin xarici siyasətindəki yeniliklər də məhz zamanın çağırışlarına verdiyi­miz cavabdır. Burada dərhal vurğula­yaq ki, Azərbaycan dövlətinin ənənəvi xarici siyasəti ulu öndər Heydər Əliyevin işləyib hazırladığı konsepsiya üzrə davam etdirilir. Yəni ənənəvilik qorunsa da, yeni çalarlar, istiqamətlər müəyyənləşdirilir.

 

Fakt ondan ibarətdir ki, Azərbaycan dövlətinin son zamanlar imza atdığı yeni reallıqlar – qeyd edək ki, buraya təkcə 44 günlük Vətən müharibəsində qazan­dığımız Qələbənin yaratdığı reallıqlar deyil, eləcə də, müharibədən əvvəlki dövrdə əldə etdiyimiz siyasi-diplomatik, sosial-iqtisadi, hərbi-texniki, elmi-mədəni sahələrdəki nailiyyətlərimiz də daxildır – xarici siyasətimizdə də yeni istiqamətlərin və hədəflərin ortaya çıxması ilə nəticələnir.

 

Bu arqumentlərimizi əsaslandırmaq üçün dövlət başçımızın iki çıxışındakı məqamları müqayisə etmək kifayətdir. Belə ki, ötən il sentyabrın 24-də BMT Baş Assamble­yasının 75-ci sessiyasının ümumi debat­larında çıxış edən Prezident İlham Əliyev dünya ictimaiyyətini məlumatlandırırdı ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir:

 

“Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaqişğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesi­nin format və mahiyyətini sarsıdır. OnunQarabağ Ermənistandır” bəyanatı danı­şıqlar prosesinə ciddi zərbədir. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

 

Dövlət başçımızın bu il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət baş­çıları səviyyəsində keçirilən illik ümu­mi müzakirələrindəki çıxışında isə Azərbaycanın xarici siyasəti tamamilə yeni ampluada, başqa bir istiqamətdə təqdim olunur: “Azərbaycan Cənubi Qafqaz regi­onunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada, müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizminonun silahlandırılmasının birbaşaya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

 

Yəni biz ötən sentyabrda dünya ictimaiyyətindən ölkəmizin ərazi bütövlüyü­nün bərpası məsələsində kömək gözləyirdik. İndi isə regiona sülh gətirilməsi, ölkələrarası əməkdaşığın yaradılması, iqtisadi inkişa­fa və insanların rifahına xidmət edəcək layihələrin icra olunması üçün Ermənistana təsir göstərilməsini istəyirik.

 

Daha bir məqamı yada salaq. Bu il noyabrın 26-da Soçidə Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş Azərbaycan rəhbərliyinin siyasi-diplomatik uğuru kimi qiymətləndirilir. Bu həqiqətdir. Ancaq geridə qalan illərdə Soçidə bu tərkibdə görüş keçiriləcəyini, bu məzmunda razılaşmalar əldə ediləcəyini heç kəs proq­nozlaşdıra bilməzdi.

 

Xatırladaq ki, həmin gün Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Dövlət başçı­larının imzaladığı sənəddə deyilir: “Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin iqtisa­di inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə dönmədən riayət olunmasına tərəfdar oldu­ğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik”.

 

Halbuki, həmin görüşdən iki-üç ay əvvəl Ermənistan hakimiyyəti tamamilə fərqlibayatılaroxuyurdu. Guya Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklər, indiki halda sərhədlərin delimitasiya de­markasiyası mümkün deyil sairə. Ancaq Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasət hər şeyi mümkün etdi.

 

Son günlər Prezident İlham Əliyevin daha bir diplomatik məharətinin şahidi olduq. Belə ki, ekspertlərin fikrincə, İqti­sadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü toplantıda qəbul edilən Aşqabad Bəyannaməsi Azərbaycan üçün mühüm tarixi-siyasi qələbədir. Çünki bu təşkilatın Aşqabadda formalaşan yekun qənaətinin Azərbaycanın davamlı olaraq müdafiə etdiyi tezislərlə tam üst-üstə düşməsinin şahidi olduq. Sənəddə Azərbaycanın zəfəri hərbi-siyasi yolla 30 illik işğala son qoyması Cənubi Qafqazda sülh, sabitlik tərəqqi üçün yeni başlanğıc kimi qiymətləndirilir.

 

Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən 3-nün sənədə imza atmaqla Azərbaycana açıq dəstək verməsi Ermənistanın Kollek­tiv Təhlükəsizlik Müqaviləsi təşkilatının köməyinə etdiyi gümanları puç etdi. Aşqa­baddan gələn ən mühüm xəbərlərdən biri isə heç şübhəsiz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində başla­nan quruculuq prosesində iştirak etməyə, həmin ərazilərə investisiya qoymağa çağırışın əksini tapmasıdır. Bu, sözsüz ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın yaratdığı reallığa və haqq işimizə verilən ən ali siyasi dəstək kimi qəbul olunmalıdır.

 

Yəni Azərbaycan dövləti öz xarici siyasətini dünyadaregionda yaranmış yeni reallıqlara, zamanın çağırışlarına cavab olaraq müvafiq istiqamətlərlə zənginləşdirir və daha böyük uğurlara imza atır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2021.- 2 dekabr.- S.3.