Günay Əfəndiyeva UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyası tərəfindən təşkil edilən UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarının, o cümlədən Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un, Beynəlxalq Türk Akade­miyasının rəhbər və nümayəndələri, UNESCO-nun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan üzrə milli komissiyalarının baş katib və təmsilçiləri, eləcə də alimlər və rəsmi şəxslər iştirak ediblər.

Görüşdə iştirakçılar türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsinə, linqvistik və mədəni müxtəlifliyin qorun­masına diqqət çəkərək, Beynəlxalq Türk Dili Gününün elan edilməsi haqqında qətnamə layihəsinin UNESCO-ya təqdim edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

İclası giriş sözü ilə açan UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Öcal Oğuz zəngin türk dilinin mədəni irsə böyük əsərlər qazandırdığını və bu dəyərli dilin daha geniş sivilizasiya­lara yayılmasının vacibliyini vurğulayıb. Öcal Oğuz, eyni zamanda, UNESCO tərəfindən Beynəlxalq Türk Dili Gününün elan edilməsi istiqamətində UNESCO üzrə türk milli komissiyalartürkdilli beynəlxalq təşkilatlarla birgə tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib.

Məsləhət toplantısında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezi­denti Günay Əfəndiyeva da çıxış edib.

Fondun prezidenti öz çıxışında türk dili gününün elan edilməsinin türkdilli xalqların çoxəsrlik tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda daha da geniş tanıdılmasına böyük töhfələr verəcəyini bildirib. G.Əfəndiyeva misilsiz mədəni tarixə malik olan türk xalqlarının həm şifahi, həm də yazılı şəkildə diqqətəlayiq linqvistik və ədəbi əsərlər yaratdığını da qeyd edib.

Fondun prezidenti deyib: “Türk dili qədim tarixə, zəngin köklərə sahibdir. Dilin ən mühüm funksiyası insan dünya­sını əks etdirməklə yanaşı, ümumilikdə, mədəniyyəti qorumaqonu nəsildən-nəslə ötürməkdir. Məhz buna görə də dil şəxsiyyətin, milli xarakterin, xalqın, millətin formalaşmasında mühüm rol oynayır. Türk dili köklü təmələ və geniş coğrafiyaya malikdir”, – deyə o, qeyd edib.

G.Əfəndiyeva əlifbanın hər bir xalqın həyatında, yazılı mədəniyyətinin forma­laşmasında xüsusi əhəmiyyət kəsb etdi­yini bildirib. Azərbaycanın və bütövlükdə, türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Latın əlifbasına keçməsi, eyni zamanda, Qazaxıstan və digər türkdilli dövlətlərin də latın qrafikasından istifadə etməklə bağlı aldığı qərarlar ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. O, eyni zamanda, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilinYunus EmreTürk dili ilielan etməsinin bütün Türk dünyası üçün əlamətdar bir hadisə olduğunu vurğulayıb.

Rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyətindən söz açan Günay Əfəndiyeva türk dünyasının qədim və zəngin irsinin öyrənilməsi və təşviqi məqsədilə keçirilən tədbirlərin, layihə və proqramların fondun əsas prioritetlərindən biri olduğunu bildirib.

Sonda G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun türk dünya­sının mədəni irsinin qorunması ilə bağlı təşəbbüsləri həm UNESCO layihələri çərçivəsində, həm də dünya miqyasında dəstəkləyəcəyini vurğulayıb.

Yığıncaq iştirakçıları Beynəlxalq Türk Dili Gününün elan edilməsinə dair fikir mübadiləsi aparıb və təcrübələri ilə bağlı müxtəlif təkliflər veriblər

Xalq qəzeti  2021.- 13 fevral.- S.7.