Həssas qruplara qayğı diqqət prioritetdir

 

Prezident İlham Əliyevin sərəncamına əsasənAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun “2021 – 2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazır­lanması məqsədilə yaradılmış komissiyanın inklüziv sosial inkişaf sosial təminat üzrə alt işçi qrupunun toplantısında Azərbaycanda ötən dövrdə əldə olunmuş mühüm sosial-iqtisadi nailiyyətlər diqqətə çatdırılıb. Prezident İlham Əliyevin tapşırıqları əsasında, xüsusilə sosial ödənişlərin artırılması sahəsində son illərdə əhəmiyyətli irəliləyişlərin olduğu vurğulanıb. Pensiya, müavinət, təqaüd digər sosial ödənişlərdə ciddi artımların edildiyi bildirilib.

 

Milli prioritetlərə uyğun olaraq, sosial müdafiə aktiv məşğulluq proqramlarının genişləndirilməsi, habelə şəhid ailələri qazilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdiriləcək. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün maliyyə dayanıqlığının sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi diqqətdə saxlanacaq. Eyni zamanda, bildirilib ki, qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi azaldılması məqsədilə zəruri qabaqlayıcı nəzarət tədbirləri gücləndiriləcək. Regionlarda yeni sosial xidmət reabilitasiya müəssisələrinin yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə belə müəssisələrin tikilməsi, bu sahələrdə xidmətlərə əlçatanlığın artırılması da əsas hədəflərdəndir.

 

Qeyd edək ki, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi - Sosial Ekspertiza Reabilitasiya Xidməti (DTSERX) tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir. 2021-ci ilin yanvaraprel aylarında 10 minə yaxın şəxsə əlillik təyin olunub ki, onlardan 3178-i ilkin, qalanları təkrar əlillik olub. Həmin şəxslərə müvafiq sosial ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaşməmur (ekspert) təması olmadan, elektron infrastruktur (“əlillikaltsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv şəffaf şəkildə həyata keçirilir.

 

DOST Agentliyində Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, postmüharibə dövründə şəhid ailələri qazilərlə bağlı sosial dəstək paketi həyata keçirilir. Belə dəstək tədbirləri 21 mindən çox şəxsi əhatə edib, onlara müvafiq sosial ödənişlərin təyinatı, sosial-psixoloji dəstəyin göstərilməsi, həmin şəxslərin məşğulluq məsələlərinin həlli istiqamətində işlər aparılıb. Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Müasir, şəffaf prinsipləri, e-texnologiyaların tətbiqi əsasında xidmətlərin keyfiyyətinin yüksəldilməsi, DOST mərkəzlərinin, sosial xidmət reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün önəmli işlər aparılır.

 

Əlillik sahəsində həyata keçirilən islahatlar görülən işlər əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılmasına, əsassız əlillik təyinatlarına yol verilməməsinə, sosial ədalətliliyin təmin olunmasına xidmət edir. İslahatlar prosesində ictimai iştirakçılığın təmin edilməsinə, vətəndaş cəmiyyətləri nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verilir. Həssas qruplardan olan insanlara sosial xidmətlərin göstərilməsi sahəsində ƏƏSMN - in müvafiq sahələr üzrə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq təcrübəsi qeyd olunmalıdır. Bu məqsədlə nazirlikdə keçirilən toplantıda ictimai şuranın rəhbərliyi şura üzvləri fikirlər bildirib, əmək, məşğulluq, sosial müdafiə sosial təminat, əlillik, reabilitasiya sahələrində yaradılmış elektron sistemlərə, proaktiv xidmətlərə aid təqdimat edilib. Aparılan sosial islahatlara gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

 

Onu da qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub. Psixoloji Elmi Tədqiqat İnstitutu tərəfindənPsixososial reabilitasiya proqramıçərçivəsində təşkil olunan təlimlər əməkdaşların müvafiq sahədə bilik bacarıqlarının artırılmasına xidmət edir. Müəssisədə çalışan 40-dək işçinin cəlb olunduğu təlim 8 gün davam edir. Sonda iştirakçıların təlim zamanı qazandıqları bilik səviyyəsi sorğu vasitəsilə öyrənilir, onlara sənədlər təqdim olunur. Təlimçipsixoloq mütəxəssislər müəssisənin ahıl sakinləri ilə söhbətlər aparır, onlara psixoloji yardımlar da göstərirlər.

 

Keçən ilin son aylarından ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin işçilərlə icbari sığorta müqaviləsi bağlamalarına nəzarətiƏmək müqaviləsi bildirişlərialtsistemi üzərindən həyata keçirir. Həmin müqavilə işçilərin istehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını nəzərdə tutur. Ötən dövrdə e-sistem üzərindən həyata keçirilən nəzarət zamanı 72 işəgötürənin icbari sığorta müqaviləsi bağlamadığı ya sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyi aşkar edilib.

 

Xidmətin qanunvericiliyin tələbləri əsasında gördüyü tədbirlər nəticəsində onların hər birinin işçilərlə icbari sığorta müqaviləsi bağlamaları təmin olunub. Habelə, 156 işəgötürənin bu sahədə inzibati xəta hallarına yol verdikləri aşkarlanıb onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Qeyd edək ki, İcbari Sığorta Bürosunun elektron informasiya sistemininƏmək müqaviləsi bildirişlərialtsisteminə inteqrasiyası bu sahədə e-sistem üzərindən operativ effektiv nəzarətin təmin olunmasına imkan verib. Bu isə işçilərlə, istehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanan işçilərin sayında artımla yekunlaşır.

 

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə - Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin davamlı olaraq əl işlərindən ibarət satış - sərgiləri keçirilir. 3 saylı DOST Mərkəzində keçirilən, 7 saat davam edən sərgidə 10-dək sənət növü (xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma s.) üzrə 1000-ə yaxın əl işi nümayiş edilib. Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi, ASAN xidmət Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu satış - sərgilərə aprel ayında start verilib. Ötən müddət ərzində sərgi iştirakçıları hazırladıqları müxtəlif əl işlərini 1 3 saylı DOST mərkəzləri, 1 4 saylı, həmçinin 5 saylı ASAN Xidmət mərkəzləri Bakı Gənclər Mərkəzində nümayiş etdirmək satmaq imkanı əldə ediblər.

 

Ümumilikdə, 6 satışsərgiyə 37 iştirakçı qatılıb onların 200-ə yaxın əl işi satılıb. Qeyd olunan satış - sərgilərin təşkili əlilliyi olan şəxslərin istedad bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsi məqsədi daşıyıb.

 

ƏƏSMN-nin “DOST İş” Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşlığı çərçivəsində elektron kənd təsərrüfatı informasiya sisteminin icrası sahəsində də ödənişli ictimai işlər təşkil olunub. Son bir ildə ödənişli ictimai işlər proqramı üzrə 500-ə yaxın şəxs bu sahədə işlə təmin edilib. Onlar müxtəlif kənd təsərrüfatı sahələri üzrə subsidiyaların alınması üçün vətəndaşların müraciətlərinin qəbulu, bu müraciətlərin qeydiyyatı, sənədləşmənin aparılması prosesində texniki işlərin yerinə yetirilməsini təmin edirlər. Ölkənin hər bir bölgəsi üzrə əmək müqaviləsi əsasında belə ictimai işçilər fəaliyyət göstərirlər. Ümumilikdə, isə hazırda ödənişli ictimai işlərdə çalışanların sayı 56 min nəfərdir.

 

Bütün bunlar Azərbaycan Prezidentinin sosial sahəyə, əhalinin həssas qrupuna xüsusi diqqətinin, müharibədən çıxmış bir ölkə rəhbərinin hərtərəfli problemləri çözmək bacarığının göstəricisidir. Bir tərəfdən, işğaldan azad edilmiş torpaqlarda abadlıq - quruculuq işlərinin aparılması, digər tərəfdən, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin problemləri sosial sahəyə xüsusi diqqətin tələb edilməsini şərtləndirir. Dövlət başçımızın nəzərindən heç nə kənarda qalmır və vacib həll edilməli olan məsələləri önə çəkir. Bu da təsadüfi deyil, çünki Azərbaycan Prezidenti üçün ölkəmizdə əhalinin firavanlığı və rifahının yüksəlməsi həmişə prioritet olub.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2021.- 5 iyun.- S.3.