Azərbaycan–Ermənistan müharibəsinin tarixigeosiyasi kökləri

 

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri ötən yüzilliklərə gedib çıxır. Çar Rusiyası hələ XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin torpaqlarının bölüşdürülməsi, həmçinin Aralıq dənizinə və Şərqə çıxış əldə etmək məqsədilə Türkiyə və İrana qarşı müharibələr aparırdı. Bu müharibələrin nəticəsi olaraq, çar Rusiyası və İran arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsi ilə Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürüldü.

 

 

“Türkmənçay” müqaviləsi ilə regi­onda geosiyasi oyunların və faciələrin əsası qoyuldu. Belə ki, 1828-ci ildən etibarən İran və Türkiyədə yaşayan ermənilərin Rusiyanın işğal etdiyi Cənubi Qafqaza kütləvi köçürülməsinə başlanıldı. Müharibədən sonrakı iki il ərzində, yəni 1828--1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Cənubi Qafqaza köçürülən ermənilər strateji baxımdan əhəmiyyət kəsb edən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında yerləşdirildilər.

 

Rus tədqiqatçısı N.N.Şavrov yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyon­dan çoxu diyarın köklü sakinləri deyildir və həmin ermənilər Yelizavetpol quber­niyasının dağlıq hissəsi və Göyçə gölü­nün sahilində Çar Rusiyası tərəfindən məskunlaşdırılmışdır. Beləliklə də, ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə köçürülməsi bu regionda de­moqrafik vəziyyətə ciddi təsir göstərdi və ermənilərin gələcək ərazi iddialarının əsasını qoydu.

 

Rusiyanın dəstəyi ilə ermənilər Bi­rinci Dünya müharibəsinin (1914-1918) yaratdığı tarixi şəraitdən istifadə edərək Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrində güclü hərbi qüvvələr forma­laşdırdılar. Bu hərbi kontingentlər Ru­siyada təlim keçmiş zabitlərdən və türk ordusundan qovulan erməni əsilli əsgər və zabitlərdən ibarət idi. Həmin dəstələr silahlanaraq, azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər.

 

1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək İrəvan xanlığı ərazisində 200 azərbaycanlı kəndi yandırılaraq məhv edilmişdi. Bolşevizm bayrağı altında əksinqilabçı ünsürlərə qarşı mübarizə adı altında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci ilin martından etibarən Bakı quberniyasın­da azərbaycanlıların məhv edilməsinə başladı və qısa müddət ərzində Bakının xeyli hissəsi xarabalığa çevrildi.

 

Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları Bakı, Şamaxı, Quba, Qa­rabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən kütləvi şəkildə öldürülür, yaşayış məntəqələri yandırılır, milli mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılaraq məhv edilirdi. Bu dövrdə Cənubi Qafqazda erməni qüvvələri tərəfindən təxminən, 100 mindən çox etnik azərbaycanlı məhv edildi.

 

Zəngəzurda və Qarabağda kifayət qədər güclənən erməni millətçiləri Qarabağda erməni hökuməti yarat­maq üçün, 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində hüquqşünas Levon Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14 nəfərdən ibarət Qara­bağda müvəqqəti erməni hökumətinin tərkibini elan etdilər. Adıçəkilən bu cinayətkar dəstə 2 il ərzində Qarabağda və Zəngəzurda çoxlu sayda talanlar və qırğınlar törətdi. Erməni tarixçisi Məlik Şahnazaryan xatirələrində yazırdı ki, “Biz fəaliyyətimizin ilk ilində Qarabağda azərbaycanlılara qarşı döyüşmək üçün 17 min nəfər erməni səfərbər etməyə müvəffəq olduq”.

 

O dövrün rəsmi sənədlərində göstərilirdi ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində gizlənən və va­hid mərkəzdən idarə olunan ermənilər 15 min atıcı döyüş silahına, o cümlədən revolverlərə, “Mauzertipli alman tapançalarına, 6 Rusiya istehsalı olanMaksimtipli pulemyota, 2 artilleriya silahına malik idilər. Bundan başqa, Şuşadakı erməni bazarının yaxınlığın­dakı erməni sahibkarlarına məxsus villaların zirzəmilərində atıcı silahların patronları, əl qumbaraları və uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı. Silahların alqı-satqısı və tələb olunan məntəqələrə çatdırılması Şuşadakı erməni bazarında əyləşən xüsusi təyinatlı agentlər tərəfindən gizli şəraitdə həyata keçirilirdi.

 

Azərbaycan 28 may 1918-ci ildə dövlət müstəqilliyi elan etdikdən sonra bolşevik Rusiyası müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini ermənilərin əli ilə elə beşikdəcə məhv etmək istəyirdi. Məhz buna görə də Rusiya Azərbaycanın bütünlüklə qərb hissəsini, o cümlədən digər bölgələrini (1828-ci ildə rus çarı I Nikolayın 1825--55 saylı sərəncamı ilə İrəvan xanlığı əsasında yaradıl­mış) “erməni vilayəti”nə birləşdirmək istəyirdi. Elə bu səbəbdən də düşmənlər Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə bölgələrində iğti­şaşlar törədərək Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən sarsıdaraq məhv etmək istəyirdilər.

 

Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alan Azərbaycan Hökuməti, əsasən də ermənilərin ərazi iddia­larına son qoyulması və ermənilərin azərbaycanlılara qarşı silahlı hücum­larının dayandırılması müqabilində 1918-ci ildə İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da tarixi Azərbaycan torpaqlarında paytaxt İrəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Lakin erməni tərəfi bundan sonra da ərazi iddialarından əl çəkmədi və azərbaycanlıların zorakılıqla öz tarixi torpaqlarından qovulması davam etdiril­di. Nəhayət, ermənilərin silahlı təcavüzü nəticəsində Zəngəzur mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasına nail oldu.

 

Bu bölgədəki situasiyanı ciddi nəzarətdə saxlayan Azərbaycanın hökumət rəhbərləri bütün qeyri-qanuni hərbi birləşmələri ləğv etmək, eyni za­manda, Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı talanlar və qətllər törədən erməni-daşnak silahlılarını tərksilah etmək və bölgədə Azərbaycanın qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədi ilə 1918-ci ilin sentyabr--oktyabr aylarında Qafqaz İslam Ordusuna daxil olan Türk və Azərbaycan hərbi hissələrindən təşkil olunmuş Qarabağ hərəkatı hərbi qüvvələrini yaratdı. Bu hərbi qüvvələrə rəhbərlik birinci Azərbaycan diviziyası­nın komandiri Cəmil Cahid bəyə həvalə edildi. Bu diviziyanın tərkibində birinci, ikinciüçüncü süvari alayları, ikinci piyada alayı, milli könüllü bölmələr, habelə bir şnayder dağ toboruzirehli avtomobillər iştirak edirdilər.

 

Oktyabrın 4-də Cəmil Cahid bəyin Qarabağ hərbi dəstəsi Şuşaya doğru hərəkətə başladı. Şuşa əhalisi Qafqaz İslam Ordusuna daxil olan Qarabağ hərəkatı hərbi qüvvələrini sevinclə qar­şıladı. Şuşadakı erməni silahlılarının bir qismi silahı yerə qoyaraq təslim oldu, bir qismi isə Zəngəzur istiqamətində geriyə çəkildi. Qarabağdakı erməni zabitlərinin bir çoxu Gürcüstana qaça­raq orada hərbi səfərbərlik elan etdilər.

 

Yaranmış mürəkkəb beynəlxalq ta­rixi şərait Türkiyənin Cənubi Qafqazdan geri çəkilməsinə səbəb oldu. İmzalanan Mudros barışığı (1918) razılaşmasının şərtlərinə görə, türk hərbi qüvvələri Azərbaycandan geri çağırıldı. Bu isə Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünün daha da azğınlaşmasına səbəb oldu. 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında Lemno­os adasının Mudros limanında ingilis hərb “HMS Agamemnon” gəmisində imzalanan sülh müqaviləsinin şərtlərinə görə, Osmanlı dövləti Birinci Dün­ya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir.

 

Qarabağdakı 9-cu və 106-cı türk alaylarının geri çağrılmasından son­ra general-mayor Usubov diviziyanın komandiri təyin edildiQarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycanın hərbi hissələrinin öhdəsinə düşdü. Zəngəzurdakı vəziyyətin ağırlığını nəzərə alan Azərbaycan hökuməti erməni-daşnak silahlı dəstələrinin Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətində hücumlarını dayandır­maq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun hissələri tərkibində 1919-cu il oktyabr ayının 30-da Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi yaradıldı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstənin tərkibində iki qrup var idi. Birinci dəstədən olan qrupa general-ma­yor Davud bəy Yadigezarov, sağsol dəstələrdən ibarət ikinci qrupa isə pol­kovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağsol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər.

 

Azərbaycan tərəfinin uğurla başlayan Zəngəzur əməliyyatının müvəffəqiyyətlərini əldə saxlamaq mümkün olmadı. Belə ki, canlı qüvvələrin azlığı, qida və silah-sursatla­rın çatışmazlığı Azərbaycan ordusuna əməliyyatın miqyasını genişləndirməyə imkan vermirdi.

 

General C.Şıxlınski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdır­maq, Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatı başa çatdırılmadan dayan­dırıldı. Belə ki, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və Ermənistan rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verildi.

 

Rusiyada hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş bolşeviklər Qafqazı yenidən işğal etdikdən sonra tarixi Azərbaycan torpaqlarında Şərqdə rus siyasətinin əlaltısı olmuş ermənilərə ay­rıca bir dövlət , Azərbaycanın daxilində isə muxtar vilayət yaratdılar. Zəngəzur isə parçalanaraq Ermənistana bağışlan­dı. Bununla ermənilərin xalqımıza qarşı hiylə və xəyanətləri bitməmiş, müxtəlif formalarda 70 il davam etmişdi.

 

(ardı var)

 

Faiq İSMAYILOV, AMEA Hüquqİnsan Haqları İnstitutunun əməkdaşı

 

Xalq qəzeti 2021.- 1 may.- S.7.