“Xarıbülbül” – Qarabağın zəfər simfoniyası

 

...Şuşada “Xarıbülbül” musiqi festivalı çərçivəsində keçirilən möhtəşəm atəşfəşanlığın Qarabağ səmasını boyayan al-əlvan rəngləri hələ də gözlərimiz önündə cilvələnir. Yenidən doğmalarını, əziz qonaqlarını qarşılayan mədəniyyət paytaxtımızın bir özgə hüsnü vardı o gün. Möcüzəli işıqların əzəmətli qala divarlarında proyeksiya olunan Azərbaycan bayrağı ilə həmahəng görüntüləri bayram ovqatımıza ilahi bir şükranlıq duyğuları qatır, könüllərimizi qanadlandırırdı.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi dostlarımızı sevindirib, bədxahlarımızı isə qəm-qüssəyə qərq edib. Bu, həm də yenidən bizim olan bu sərvətin qədrini necə bildiyimizi bir daha bütün dünyaya göstərdi. Şuşa erməni işğalından azad edildikdən cəmi yarım il sonra ölkə rəhbərinin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada möhtəşəm musiqi festivalının keçirilməsi isə dövlətimizin düşmənin viran etdiyi ərazilərdə maddi və mənəvi dəyərlərimizin bərpasına böyük qayğı göstərməsi baxımından diqqətəlayiqdir.

 

 

Mayın 12-sini – festivalın başlandığı günü Şuşanın son 30 illik həyatında ən işıqlı gün də adlandırmaq olar. Çünki həmin gün Azərbaycanın mədəniyyət paytaxtına səfərə gəlmiş Prezident İlham Əliyev, birinci xanım Mehri­ban Əliyeva, qızları LeylaArzu Əliyevalar əvvəlcə 110/35/10 kilo­voltluqŞuşa” yarımstansiyasının açılışında iştirak ediblər. Şuşaya gur işıq xətlərinin çəkilişi qısa müddətə – cəmi 73 günə yekunla­şıb ki, bu da regionun energetika tarixində rekorddur. Prezident İlham Əliyev idarəetmə pultunun düyməsini basaraq yeni enerji gü­cünü işə salıb. Beləcə, Prezidentin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırıqları ardıcıl yerinə yetirilir. Şübhə yoxdur ki, tezliklə doğma Qarabağımız başdan-başa nura boyanacaq.

 

Həmin gün axşam Şuşada işıqlı günlərin rəmzi olan möhtəşəm bayram atəşfəşanlığı keçirilib. Gün ərzində reallaşan tədbirlər də öz parlaqlığı ilə yadda qalıb. Festival­dan öncə Prezident İlham Əliyev və ailəsinin üzvləri Şuşada “Xarı­bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bu otel Şuşanın turizm potensialının möhkəmləndirilməsində mühüm rol oynayacaq. Dövlət başçısının Şuşada yeni məscidin təməlini qoy­ması isə mənəviyyat və iman işığı­nın qorunmasına xidmət edirdi. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscid dini ocaqmodern memarlıq nümunəsi kimi göz oxşayacaq. Bu ecazkar bina keçmişlə bu gün arasındakı əlaqəni, Şuşanın firavanuğurlu gələcəyinə əminliyi təcəssüm etdirəcək.

 

Bildiyimiz kimi, vaxtilə Şuşada 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhər ağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib. Yuxarı Gövhər ağa məscidi artıq təmirdən çıxıb. Yeni məscidin memarlıq xüsusiyyətlərinə diqqət çəkən Prezident İlham Əliyev bu­nun bir çox cəhətdən rəmzi xarak­ter daşıdığını vurğulayıb: “Təklif et­dim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda ŞuşaQarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ aparılacaq, müəyyən dəyişikliklər ola bilər”.

 

Yeni məscidin yeri də təsadüfi seçilməyib. Bura şəhərin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq. Belə də olma­lıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar həmişə burada yaşayıblar. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi buradan zorla çıxarılmışdı. Şuşaya yenidən və həmişəlik sahiblənmək, onu dirçəltmək və daha da gözəlləşdirmək bizim halal haqqı­mızdır. Məscidin təməlqoyma günü də məhz müqəddəs Ramazan bayramı ərəfəsinə düşüb ki, bu da böyük tarixi və rəmzi xarakter daşı­yır – qoy, hamı bizim öz dini, milli, mənəvi köklərimizə sıx bağlı xalq olduğumuzu bir daha görsün.

 

Festivaldan öncə Prezident İlham Əliyev, birinci xanım Meh­riban Əliyeva və qızları Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada olub, Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçiriblər. Şuşada Xan qızı Natəvanın eviişğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi təhsili ocağı – Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. XVIII əsrə aid tarix-me­marlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub. İşğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanı­lıb. Prezident ailə üzvləri sonra mənfur düşmənin qurutduğu yenicə bərpa olunanXan qızıbulağının suyundan içiblər. Cənab İlham Əliyev yanvar ayında burada olarkən söz vermişdi ki, tezliklə bərpa olunacaq. Budur, Şuşanın rəmzlərindən biri olanXan qızıbulağında artıq saf sular çağlayır.

 

Şuşa böyük istedadlar diyarıdır. Bu şəhərdən çoxsaylı tanınmış sənət adamları çıxıb. Preziden­tin Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi qədim karvansara binası Şuşa Rəsm Qalereya­sında görülən işlərlə tanış olması isə burada bundan sonra yetişəcək istedadların sənət aləminə uğur­la pərvazlanması məramına xidmət edir. Şuşa səfəri zamanı dövlət başçısı 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub. Xatırlayırıq ki, 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd edilmişdi. İşğal zamanı bu təhsil ocağını da erməni vandal­ları tamamilə dağıdıblar. Burada yeni, 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi tikintisi məqsədilə Prezidentin eh­tiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

 

Cənab İlham ƏliyevinXarıbül­bülfestivalının açılışındakı çıxışı hər kəsə unudulmaz təsir bağışla­yıb. Həmin anlarda Şuşa dünyanın ən xoşbəxt şəhəri idi. Çünki Cıdır düzünün gözü yollardan yığılmışdı. Dünyanınsa gözü bura dikilmişdi. Azərbaycanın mədəniyyət paytax­tıXarıbülbülmusiqi festivalına yenidən ev sahibliyi edirdi. Yenə doğmalarını, qonaqlarını qoynuna yığmışdı. Dövlətimizin başçısının dediyi kimi, bu, ölkəmizin tarixində çox əlamətdar bir gün idi: “Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamı­şıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilənXarıbülbülmusiqi festi­valı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borclu­yuq, Azərbaycan xalqına borclu­yuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi bu Qələbəni Azərbaycan xalqı qa­zandı... Biz bu gözəl ənənəni bərpa etdik bundan sonraXarıbülbülfestivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda ya­şayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqla­rın nümayəndələri çıxış edəcəklər”.

 

Festivalın bu formatda təşkilnin özü Şuşadan dünyaya verilən məxsusi mesaj idi. Yəni, baxın: ölkələr məhz belə inkişaf etməlidir. Yalnız çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik sülh olur.

 

Azad Şuşaya bununla artıq 3-cü dəfə səfər edən Prezident İlham Əliyev çıxışında mədəniyyət beşiyi olan şəhərin işğaldan qurtarıldığı günlərdən bir daha iftixarla danışdı: “300-dən çox şəhər kənd döyüş meyda­nında işğalçılardan azad edildi Şuşanınalınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğal­çılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklar­dan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən forma­laşmış kapitulyasiya aktına imza atıb biz bir güllə atmadan Laçın, Kəlbəcər Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşa­nın azad edilməsi günü – 8 Noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi biz bu bayramı hər il qeyd edəcəyik”.

 

Çox zəngin proqramla təqdim olunanXarıbülbülfes­tivalı Azərbaycan mədəniyyəti tarixində qızılı hərflərlə yazılan yeni bir səhifə oldu. Konsertdə Azərbaycanın tanınmış ifaçıla­rı xanəndələri öz ifaları ilə dinləyənlərin ruhunu oxşadılar. Ölkəmizdə yaşayan etnik xalqların təmsilçiləri öz musiqi töhfələri ilə festivalın proqramına rəng qatdılar. Onların musiqi yaradıcılığıAzərbaycan musiqisində multi­kulturalizmmövzusunda təqdim edildi.

 

Prezident İlham Əliyevin konsertdən sonra jurnalistlərlə gö­rüşüb söhbət etməsi, onlarla xatirə şəkli çəkdirməsi də diqqətəlayiq məqamdır. Ölkə rəhbəri bunun­la dövlət siyasətinin təbliğində, informasiya savaşında jurnalistlərin rolunu yüksək qiymətləndirdiyini, onları daim dəstəklədiyini nümayiş etdiribonlara razılığını bildirib: “Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir”.

 

Jurnalistlər isə Vətən müharibəsində, 44 günlük zəfər yürüşü zamanı Azərbaycan Prezi­denti, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz fədakar fəaliyyət göstərdiyini xüsusi vurğulayıblar. Onun həm siyasi-diplomatik, həm hərbi, həm də informasiya yönümündə çox inamlı və məhsuldar apardığını qeyd ediblər.

 

Ertəsi gün Prezident İlham Əliyev və ailə üzvləri Şuşada 250 yaşlı Yuxarı Gövhər ağa məscidində olub, Heydər Əliyev Fondu tərəfindən orada aparı­lan bərpa işləri ilə maraqlanıb­lar. Sonra qala-konsertlə başa çatan festivalı izləyiblər. Ünlü bəstəkarların əsərləri səsləndirilib, tanınmış müğənni və xanəndələr çıxış ediblər. Azərbaycan xal­qının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir...” – fikirlərini və cənab İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyab­rın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizim­dir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” – sözlərini əks etdirən videoçarx təqdim edilib.

 

Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqla­rımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbül­bül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnı­sının birgə ifası ilə yekunlaşıb.

 

Hazırda isə Azərbaycanın işğaldan azad olunan ərazilərində böyük quruculuq layihələri həyata keçirilir. Əsas vəzifə bu yerləri bərpa edib əvvəlkindən də yüksək səviyyəyə çatdırmaqdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bəyan edib ki, düşmənin dağıdıb viran qoyduğu torpaqları yenidən dirçəldib gözəl Qarabağımızı cənnətə çevirəcəyik.

 

Davamlı şəkildə gerçəkləşən layihələr ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, əzəli torpaqlarımız­da illərdir keçirilməyən mədəni tədbirlərin, ənənələrin bərpasını da əhatə edir. Beləliklə, işğaldan qurtulub azad nəfəs alan torpaqla­rımız indi həm də mənəvi cəhətdən dirçəlir. Bir qərinəlik dövrdən sonra Qarabağın tacı Şuşada, Cıdır düzündə keçirilmiş “Xarıbülbül” mu­siqi festivalı bunun əyani təsdiqidir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti  2021.- 20 may.- S.3.