Şöhrəti aləmə səs salan bənzərsiz Şuşam

 

Müsahibimiz Azərbaycan Turizm Menecment Universitetinin professoru Minaxanım Əsədlidir

 

Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu barədə fikirlərinizi bilmək istərdik.

 

Şuşa milli mədəniyyətimizin mənəviyyatımızın tacıdır. Onun hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Cənab Prezidentin qeyd etdiyi kimi, Şuşanın qeyri-adi aurası var, buradan ayrılıb getmək, ondan doymaq olmur.

 

Mənə elə gəlir ki, Prezident İlham Əliyev Şuşanı xüsusi bir məhəbbətlə sevir onun dünyanın ən cazibədar məkanına çevrilməsi üçün çalışır. Düşünürəm ki, bu gözəl bənzərsiz şəhərdə görülən işlər milli intibahımı­zın parlaq mərhələsi olacaq.

 

Fikrimcə, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi gözlənilən idi. Axı, Şuşa zəngin mədəniyyətimizi özündə ehtiva edir. Belə ki, xalqımızın mədəniyyət tariximizin bir çox parlaq səhifələri, məhz bu şəhərlə bağlıdır. Şuşa Azərbaycana çox sayda görkəmli sənət elm xadimləri bəxş edib.

 

Şuşa həm Azərbaycan xalqı­nın qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin parlaq liderliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada Şuşa bizim milli ruhumuzun təntənəsidir. Bugünkü gələcək nəsillər Şuşanın qəhrəman fatehləri ilə fəxr edəcəklər.

 

Ulu öndər Heydər Əliyevin Şuşaya xüsusi diqqət qayğısı vardı...

 

Əlbəttə, elədir. Bununla bağlı çox sayda misallar çəkmək olar. Təkcə bir faktı burada xatırlatmağı özümə borc bilirəm. Məlumdur ki, 1982-ci ilin 14 yanvarında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin Poeziya evinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın ovaxtkı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı bir gündə keçirilən açılış mərasiminə Şuşaya görkəmli sənət adamları toplaşıblar.

 

Bu möhtəşəm tədbir milli mədəniyyət sənət bayramı­na çevrilib. Ulu öndərin Şuşadakı həmin tədbirdə iştirakı son dərəcə əhəmiyyətli tarixi hadisə idi. Hər dəfə o unudulmaz anları əks etdirən kadr­ları televiziyadan izləyəndə adamın qəlbi sevincdən köksünə sığmır.

 

Daha bir məqamı qeyd etmək istəyirəm. Heydər Əliyevin təşəbbüsü ilə hələ 1977-ci ildəŞuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqındaqərar qəbul edilib. Bu mühüm sənədin icrası nəticəsində Şuşada tarixi abidələrin qorunması, görkəmli mədəniyyət incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində vacib addımlar atılıb.

 

– Professor, sizcə, ermənilər Qarabağa, eləcə Şuşaya qarşı niyə bu qədər qəddardırlar?

 

Bunun bircə adı var: vandalizm! Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, sanki Qarabağdan vəhşi qəbilələr keçiblər. qədər qısa, la­konik, eyni zamanda, dəqiq qiymətdir! Həqiqətən, belədir!

 

Yağı düşmən 1992-ci il mayın 8-də Şuşanı caynağına keçirən kimi, burada xalqımızın tarixi-mədəni irsini məhv etməklə məşğul olub. Erməni xisləti, bax budur! Hər şey göz qaba­ğındadır. Qoy sivil, mədəni dünya özü buna qiymət versin.

 

Erməni vandalları Şuşada onlarca tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər. Onlar məktəbləri, mədəni-maarif müəssisələrini, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar.

 

Artıq qısa müddət ərzində Yuxarı Gövhər ağa məscidi Azərbaycan Prezidentinin tapşırığı ilə təmir olunub. Orada bu il bayram namazı qılındı. Siz təzadın kəskinliyinə fikir verin. Ermənilər dağıtmaqla, biz isə qurub-yaratmaqla məşğuluq.

 

ŞuşadaXarıbülbülfestivalı aləmə səs saldı. Şəxsən, siz hansı hissləri yaşadınız?

 

Həmin xoşbəxt anları sözlə ifadə etmək çətindir. Bu möhtəşəm tədbir, onun xoş sorağı təkcə ölkəmizin yaxın-uzaq guşələrinə deyil, bütün dünyaya səs saldı. Dünyanın hər bir yerində soydaşlarımız, dostlarımız buna sevindilər, düşmən isə xar oldu!

 

Dövlətimizin başçısı cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları LeylaArzu Əliyevalar Şuşada bir sıra sosi­alinfrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər. Bu, çox möhtəşəm bir tədbir idi.

 

– Vaxtilə Şuşada Vaqif poeziya günləri də ənənəvi olaraq keçirilir­di...

 

– Möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, Şuşada Vaqif poezi­ya günləri bərpa edilməlidir.

 

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. 1982-ci ildən etibarən hər il avqust ayında Vaqif poeziya günləri düzənlənib. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. Vaqif poeziya günlərinin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin doğma yurdu Qazaxdan başlayıb və Şuşada başa çatıb.

 

Vaqif poeziya günləri bu şəhər erməni quldurları tərəfindən işğal olunanadək davam edib. Torpaqla­rımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni ikişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir.

 

– Şuşanın həm də böyük turizm potensialı var...

 

– Qarabağın, o cümlədən fü­sunkar Şuşanın turizm potensialı yüksəkdir. Burada mövcud olan im­kanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır.

 

Bu baxımdan Şuşada “Xarıbül­bül” musiqi festivalının açılışı günü eyniadlı otelin yenidənqurmadan sonra istifadəyə verilməsi də xoş bir hadisə idi. Prezident və ailə üzvləri tədbirdə iştirak etdilər. Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış oldu. Maraqlı məqam həm də odur ki, yeni otelin işçiləri şuşalılar, o cümlədən işğal dövründə doğulan, indiyədək Şuşanı görməyən gənclərdir.

 

– Şuşanın xoşbəxt günləri başlayıb. Onun gələcəyini necə təsəvvür edirsiniz?

 

Şuşa Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi­dir. Onun şöhrəti daha geniş şəkildə bütün dünyaya yayılacaq.

 

Azərbaycan tarixinin hazırkı şanlı dönəmini müşahidə etmək son dərəcə qürurvericidir. Eyni zamanda, hər birimiz işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, qaçqın və məcburi köçkün ailələrinin doğ­ma yurd yerlərinə qayıtması üçün əlimizdən gələni etməliyik.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti 2021.- 20 may.- S.5.