“Dəmir yumruğun təntənəsinə çevrilən bəyanat

 

Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli xalqa müraciətindən

 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal altındakı ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, habelə bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların da oxşar qərar və qətnamələrinə baxmayaraq, düşmən buna məhəl qoymur və beləliklə, qəsbkar bütün gücü ilə status-kvonu saxlamağa, işğalı möhkəmləndirməyə çalışır, vaxtaşırı təxribatlar törətməkdən çəkinmirdi.

 

Keçən ilin iyun ayında baş verən To­vuz hadisələrindən az sonra Ermənistan silahlı qüvvələri daha genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonadakı mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv şəkildə atəşə tutmağa başladı. Artıq danışıqlar prosesi mənasız idi. İşğalçı Ermənistanın müdafiə naziri David Tanoyanın irəli sürdüyüyeni ərazilər uğrunda yeni müharibə” tezisi düşmən ölkənin əsl niyyətinin nə olduğunu açıq-aydın göstərdi.

 

Düşmən ölkənin ordusu ötən il sentyabrın 27-də Azərbaycana qar­şı növbəti təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Bundan sonra Azərbaycan BMT Nizamnaməsində əksini tapan hər bir dövlətin özünümüdafiə hüququn­dan yararlanaraq, Ermənistan silahlı qüvvələrinin aktiv fəaliyyətinin qarşısını almaq, müdafiə rayonlarının və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sürətli əks-hücuma baş­ladı. Sonradan “Dəmir yumruqkimi tarixə düşən əməliyyatların ilk günündə Ermənistan ordusunun uzun illər ərzində möhkəmləndirdiyi çoxqatlı müdafiə sədləri bir neçə saat ərzində yarıldı. Bundan sonra isə Silahlı Qüvvələrimizin hücum tempi kifayət qədər yüksəldi.

 

Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğra­yan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ata­raq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Beləliklə, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müva­fiq qətnamələrinin icrasını təmin etdi. Bununla da Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu haqsız siyasi-hərbi mübarizədən qalib çıxdı. Ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi. Bununla da Qara­bağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsinə nail oldu. Nəticədə İranla dövlət sərhədlərimizin uzun müddət ərzində nəzarətdən çıxmış 130 kilometrdən çox hissəsi yenidən bərpa olundu və Sərhəd Qoşunlarımızın mühafizəsinə təhvil verildi.

 

İşğal olunmuş ərazilərdə möhkəmləndirilmiş hərbi mühəndis-istehkam qurğuları Azərbaycan Ordu­sunun əks-hücumu nəticəsində darma­dağın edildi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, AğdamHadrut azad düşməndən təmizləndi. Bütövlükdə, 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndlərimizin ərazisi hərbi yol­la düşmən qruplaşmalarından azad olundu. Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan və hər bir azərbaycanlının qəlbində qüruriftixar simvolu olan Şuşa şəhəri düşmən əsarətindən qurtuldu. Azərbaycanın işğal altındakı ərazilərində qalan çoxsaylı qədim tarixi abidələri, o cümlədən Yer üzündə ilk insan məskənlərindən biri sayılan qədim Azıx mağarası erməni vandalizmindən xilas olundu.

 

Bununla da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imza­lanan birgə Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası başa çatdı. Bəyanata uyğun olaraq, Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.

 

Üçtərəfli Bəyanatın imzalanması bir sıra məqamları ilə yadda qaldı:

 

–bəyanat Azərbaycan xalqının birliyi­nin təntənəsinə çevrildi;

 

–sənəd status-kvonu dəyişdi, eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi zəbt etdiyi bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini reallaşdır­mağa məcbur oldu;

 

–Qarabağın bütün rayonları Azərbaycanın tərkibində ayrılmaz ərazi kimi təsdiqləndi;

 

–bəyanat döyüş meydanında qazanılan qələbələri siyasi müstəvidə də şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu;

 

–sənəddə qeyd olunan “tərəflərin hazırda tutduqları mövqelərdə qalması” maddəsi Azərbaycanın haqq mübarizəsinin ifadəsi kimi diqqət çəkdi. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməmişdi;

 

–Üçtərəfli bəyanat ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Bundan sonra Azərbaycanın savaşda qazandığı qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icrası baxımından bü­tün dünyada öyrənilməyə başlandı;

 

–bəyanat, həmçinin Türkiyənin açıq dəstəyini, qardaş ölkənin ədalətli möv­qeyini ifadə etdi. Belə ki, sənədin beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı və bu mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin fəaliyyəti gerçəkləşdi;

 

–Üçtərəfli bəyanatla Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılması təsdiqləndi.

 

–nəhayət, məcburi köçkünlərin geri qayıtmaları məsələsi sənəddə öz ifadəsini tapdı. Razılaşmaya əsasən, daxili məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmaları qərara alındı.

 

Beləliklə, Üçtərəfli bəyanatla “Bö­yük Ermənistan” planı fiaskoya uğradı. Otuz il ərzində danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağ­lıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə atıldı, “Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları tamamilə pozuldu. Ermənistanın və onun havadarlarının iş­ğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan istəkləri alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

 

Bununla da ermənilərin Cənubi Qaf­qaza köçürülməsindən və türk torpaqla­rında kompakt yaşamağa başladığı vaxt­dan keçən təxminən 200 illik bir dövrdə “dənizdən-dənizə böyük Ermənistan” kimi mifik təsəvvürlərə əsaslanan milli ideyası Azərbaycan reallıqları ilə toqquş­mada darmadağın oldu.

 

Vətən müharibəsindəki parlaq qələbə Ermənistanın işğalçılıq siyasəti üzərində qurulan dövlətçilik sütunlarını yerlə-yeksan etdi. Məhz bu zəfəri bizə qazandıran şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Ermənistanın siyasi-hərbi rəhbərliyinin onilliklər boyu yaratdığı miflər darmadağın oldu. Yüzlərlə zirehli texnika, artilleri­ya vasitələri, raket sistemləri və digər silah-sursatını döyüş meydanında atıb qaçan Ermənistan ordusu XXI əsrin ən fərari ordusu kimi tarixə düşdü. Nəticə etibarilə əzmkarlıqla döyüşən ordumu­zun sayəsində Ermənistanın çox dərin siyasi-iqtisadi, hərbi, demoqrafik böhranı başladı.

 

Ermənistan 30 il işğal altında sax­ladığı və dünya birliyinə “Dağlıq Qara­bağ respublikası” adı altında müstəqil dövlət kimi tanıtmağa çalışdığı ərazilərin təxminən 75 faizini döyüşlər nəticəsində itirdiya döyüşsüz təhvil verdi. Həmçinin cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılması­na məcbur edildi.

 

Müharibədə Azərbaycanın gücü qarşısında Ermənistan böyük itkilərlə üz-üzə qaldı. Müxtəlif mənbələrin məlumatına görə, savaşda ordumuz tərəfindən Ermənistanın dəyəri 3 milyard dollardan çox olduğu bildirilən hərbi po­tensialının təxminən 60-70 faizi sıradan çıxarıldı və ya qənimət kimi ələ keçiril­di, 10 mindən çox canlı qüvvəsi məhv edildi.

 

Azərbaycan Ordusu guya münaqişənin hərbi həllinin olmama­sı haqqında beynəlxalq qurumlar tərəfindən beynəlxalq ictimai fikirdə for­malaşdırılmış mifi darmadağın edərək, savaş yolu ilə doğma yurd-yuvalarından didərgin düşən 1 milyon məcburi köçkü­nün Vətən həsrətinə son qoydu, 12 min kvadratkilometr ərazini ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə qaytardı, yeral­tı-yerüstü sərvətlərimizin talanmasını dayandırdı.

 

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırıl­masının yeni texnologiyalara əsaslanan ilk praktik nümunəsini bütün dünyaya göstərdi. Bu savaş xalqımızın mətin iradəyə malik olduğunu, milli ideya ətrafında sıx birləşmək gücünüişğala boyun əyməmək əzmini təsdiqlədi. Dövlət-xalq-ordu birliyi zəfərin əldə olunmasını şərtləndirdi. Prezident İlham Əliyev diplomatik məharəti və yenilməz sərkərdəlik qabiliyyəti ilə qazanılan uğur­larla xalqı özünə sevdirdi.

 

Yeri gəlmişkən, burada hərbi ekspertlərin bir fikrini də diqqətə çatdır­maq istərdik. Analtiklərin fikrincə, üşmən ordusunun mövqelərinin daha yüksək ərazilərdə yerləşməsi, uzun illər ərzində bu mövqelərin möhkəmləndirilməsi, keçilməsi çətin olan çoxqatlı istehkam­ların və müdafiə xəttinin yaradılması, dağlıq ərazilərdə ağır texnikalarımızın hərəkətinin çətinliyi, iqlim şəraitinin avi­asiya vasitələrinin və pilotsuz uçuş apa­ratlarının tətbiqi üçün əlverişsiz olması əslində itkilərimizin düşmənin itkisindən azı iki-üç dəfə çox ola biləcəyi ehtimalını yaradırdı. Lakin ordumuzun mükəmməl planlaşdırılan döyüş əməliyyatları və daha çox müasir texnologiyalardan istifadə etməsi itkilərimizin sayını mini­muma endirdi.

 

Vətən müharibəsində Ermənistana havadarlıq edənlərlə yanaşı, Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyənlər də oldu. Qardaş Türkiyə, dost Pakistanbir sıra digər nüfuzlu dövlətlər, habelə nüfuzlu beynəlxalq qurumlar, o cümlədən, Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm siyasi-mənəvi dəstək göstərildi.

 

Bununla bağlı diqqəti önəmli bir məsələyə yönəltməyi zəruri sayırıq. Belə ki, Vətən müharibəsi günlərində BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri tərəfindən 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurası­nın qətnamələri nəzərə alınmadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərildi. Lakin Təhlükəsizlik Şurasın­dakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü müzakirəyə çıxarılan mətnə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinadın əlavə olunmasını təkid etdi.

 

Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini bir daha göstərdi. Prezident İlham Əliyevin çıxışlarının birində vur­ğuladığı kimi, Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərdə tarixi dostluq jesti kimi qəbul etdi.

 

Sonda onu da qeyd edək ki, erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev vaxtaşırı işğaldan azad edilən ərazilərə səfərlər etməklə, Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş­miqyaslı bərpa-quruculuq layihələrinin gedişini nəzarətdə saxlamaqla, işlərin sürətləndirilməsi məqsədilə dəyərli tapşırıq və tövsiyələrini verməklə “Qa­rabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa çatdırdığı bütün vədlərə sadiqliyini göstərir. Bunun­la da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlətimizin başçısının adı bu möhtəşəm zəfərin müəllifi kimi tarixə əbədi yazılır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2021.- 13 noyabr.- S.5.