Zəfərin mübarək, Azərbaycan!

 

Vətən Müharibəsinin başlanmasının birinci ildönümünün – 27 sentyabr tarixinin torpaqlarımız işğaldan qurtuluşu yolunda canını fəda etmiş qəhrəman hərbçilərimizin və Ermənistanın müharibə cinayətlərinin qurbanlarına çevrilmiş mülki vətəndaşlarımızın əziz xatirəsinin anıldığı gün kimi əbədiləşdirilməsi qazandığımız böyük Zəfərin mahiyyətinin ictimai düşüncədə adekvat qiymətləndirilməsinin növbəti təsdiqi olmuşdur.

 

44 günlük haqq savaşında qəhrəmancasına həlak olmuş hərbçilərimizə, qətlə yetirilmiş mülki vətəndaşlarımıza, itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq dövlətimizin baş­çısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın paytaxtın mərkəzində keçirilən möhtəşəm yürüşdə, eləcə də Vətən Müharibəsi Memorial Kompleksinin, Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak etmələri şəhid və qazilərimizin xalq qarşısındakı misilsiz xidmətlərinə verilən yüksək dəyərin təcəssümüdür. Anım Gününü yüksək vətənpərvərlik, qürur və fəxarət ovqatında keçirən xalqımız həm də tarixinin ən möhtəşəm mərhələsini qalib kimi yaşadığını bütün dünyaya nümayiş etdirmişdir.

 

Müzəffər Ali Baş Komanda­nın rəhbərliyi ilə aparılan düzgün təbliğat və maarifləndirmə tədbirləri cəmiyyətdə Vətən Müharibəsi iştirakçılarına münasibətdə tarixdə heç zaman olmamış səviyyədə yüksək etimad, rəğbət və ehtiram mühiti formalaşdırmışdır. Prezident İlham Əliyev ilk gündən müharibə iştirakçılarına, yaralanmış və ya şəhidlik zirvəsinə ucalmış hərbçilərimizə hörmət və ehtiramını ifadə etmiş, onların xalq və dövlət qarşısındakı xidmətlərini yüksək dəyərləndirmişdir. 8 dekabr 2020-ci il tarixli fərmanla yaradılmış ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu qısa zamanda bu qəbildən olan həssas insan­lara yardım və ictimai dəstək mexanizmləri formalaşdırmağa nail olmuşdur.

 

Bu və digər tədbirlər deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Vətən Müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin dövlətin və cəmiyyətin xüsusi etimadı, qayğısı ilə əhatə olunmasına çalışır. Dövlətimizin başçısı 2021-ci il sentyabrın 27-də Azərbaycan Televiziyası ilə xalqa müraciətində demişdir: “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən Müharibəsi Memorial Komplek­sinin və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin de­kabrında mənim Sərəncamımla həll olunan məsələdir. Ba­kıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldı­lacaqdır”.

 

Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqla­rımızın müəyyən qismini geri qay­tarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazmışdır.

 

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı mənəvi zəfərin ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytar­mışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsıl­maz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdı­ğını daim xüsusi qürur və fəxarətlə anacaqlar.

 

Barəsində çox əsrlər danışıla­caq şanlı Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil isə xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, Liderinə sonsuz güvəni, onun qərarlarını tərəddüdsüz dəstəkləməsidir. Xalqımız hələ ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu za­manı göstərdiyi birlik və həmrəyliyi Vətən müharibəsi günlərində daha böyük mütəşəkkilliklə nümayiş etdirmişdir.

 

Vətən müharibəsi düşmənə qarşı əks-həmlə əməliyyatlarının başlandığı ilk saatlardan xalq-dövlət birliyinin, milli vəhdətimizin təntənəsinə çevrilmiş, cəmiyyəti “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” ovqatında kökləmişdir. Düşmənin müdafiə səddindəki bir neçə kəndimizin azadlığı xəbərini televiziya apa­rıcısının göz yaşları içində elan etməsi, insanların eyni sevinc hissi ilə bir-birinə təbriklərini yetirməsi, evlərin, eyvanların, küçələrin Azərbaycanın və haqq işimizdə bizə dəstək olan Türkiyənin, Pa­kistanın bayraqları ilə bəzədilməsi, “Qarabağ Azərbaycandır!” şüarı ilə küçələrdə yaranan coşğubütün bunlar qələbə ruhunun, xalqın dövlətə, Orduya, Ali Baş Komanda­na yekdil dəstəyinin bariz təzahürü olmuşdur.

 

Rəşadətli Ordumuzun əks-həmlə əməliyyatlarına başladı­ğını sevinc hissi ilə qarşılayan minlərlə vətəndaş həmin günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələri qarşısına toplana­raq cəbhəyə göndərilmələrini istəyir, döyüş meydanına atıl­maq, cəbhədə vuruşan əsgər və zabitlərimizlə çiyin-çiyinə vuruşaraq düşməni torpaqlarımızdan qov­mağa tələsirdilər. Vətəndaşlarımız Ordumuza, döyüş bölgələrindəki əsgər və zabitlərimizə hansısa formada faydalı olmağı özünə borc bilir, insanlar yollarda dayanıb hərbi maşınlarla ötüb keçən əsgər və zabitlərimizə evdə hazırlanmış azuqələr verməklə təskinlik tapır, mənəvi dəstəklərini ifadə edirdilər.

 

44 günlük müharibənin nəticəsi olaraq ölkəmiz nəinki ərazi bütöv­lüyünü bərpa etmiş, eyni zamanda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı bir mira­sın gələcək nəsillərə ötürülməsinin qarşısı almışdır. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən, itirdiyi əraziləri geri alan ölkəyə çevrilmiş, buna həm də son dərəcə mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çoxluğu şəraitində nail olmuşdur. Bütün bunlar tari­xi Zəfərin dərin fəlsəfi-mənəvi, psixoloji mahiyyətini göz önündə canlandırır, eyni zamanda, soydaş­larımıza “Mən azərbaycanlıyam” sözlərini daha böyük fəxarətlə səsləndirmələrinə, başlarını dik tutmalarına imkan verir.

 

Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birli­yini, həmrəyliyini bütün dünyaya sübuta yetirmişdir. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqı­mızın iradəsini sındırmamış, onun mübarizə əzmini qətiyyən zəiflətməmişdir. Digər mühüm məqam ondan ibarətdir ki, dövlət başçısının hakimiyyətdə olduğu ötən 18 ildə vətənpərvər ruhlu gənc nəsil yetişmiş, məhz onlar Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir olaraq Vətən torpaqlarını düşmən tapdağından azad etmişlər.

 

Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşa şəhərində olarkən Azərbaycan gənclərinin bu əzmkarlığını yüksək dəyərləndirərək demişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güc­lü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən in­sanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

 

44 günlük Vətən Müharibəsinin başlanma tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz bu hərbi əməliyyatların nəticəsi olaraq düşməni döyüş meydanında məğlubiyyətə uğratmış və ərazi bütövlüyünü güc yolu ilə bərpa etmişdir. Haqq savaşına qalxan xalqımız torpaqlarının işğalı və döyüş meydanındakı müvəqqəti məğlubiyyəti ilə heç zaman barış­mamış, zəbt edilmiş torpaqlarının azad olunması naminə sonadək mübarizə aparmaq, haqqın və ədalətin bərpası naminə sonadək döyüşmək, “Öldü var, döndü yox­durprinsipi ilə irəliləmək əzmini bütün dünyaya nümayiş etdirmişdir.

 

Dövlət başçısı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heçson məqsəd olmamışdır. Güc tətbiq edərək Ermənistana öz ədalətli şərtlərini diktə etmək istəyən Azərbaycan buna nail olmuş, 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrut qəsəbəsi, Suqovu­şan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında işğaldan azad edilmişdir.

 

Nəhayət, müzəffər ordumu­zun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkarı hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli bəyanata imza atmaq bayraq qaldır­maq məcburiyyətində qoymuşdur. 2020-ci il noyabrın 10-da Rusi­ya Federasiyası Prezidentinin vasitəçiliyi ilə imzalanmış həmin bəyanatda Azərbaycanın qa­lib ölkə kimi diktə etdiyi şərtlər rəsmiləşdirilmişdir. Ermənistanın təslim olmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun böyük rəşadət hesa­bına Şuşanı işğaldan azad etməsi olmuş, bu tarixi uğurla düşmənə sarsıdıcı zərbə vurulmuşdur.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etmiş, həlledici qələbənin əldə olunmasınadək dayanmaq əmri verməmişdir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən, geri çəkilməyə məhkum olan Ermənistan Azərbaycanın mül­ki əhalisini hədəf seçərək ağır cinayətlər törətsə də, bu yolla or­dumuzu dayandırmaq məqsədinə nail ola bilməmişdir. Ermənilərin təxribatlarına, vandalizminə bax­mayaraq, Azərbaycanın Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağdam, Mingəçevir, eləcə də digər şəhər və rayonlarının sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirmişlər.

 

2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Televiziyası ilə xalqa müraciətində Prezidenti İlham Əliyev demişdir: “Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyir­dim ki, heç kimheçbizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq”.

 

Azərbaycan Silahlı Qüvvələri eyni zamanda Ermənistanın öz ordusu barəsində 30 il müddətində formalaşdırdığı saxta “yenilməzlik” mifini darmadağın etmiş, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğramış, daxili vəziyyət getdikcə gərginləşmişdir. Qısa dövrdə Ordumuzun endirdi­yi sarsıdıcı zərbələr nəticəsində Ermənistanın 5 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və si­lah-sursatı sıradan çıxarılmış, ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqa­çırma və fərarilik halları geniş vüsət almışdır.

 

Azərbaycan apardığı əks-həmlə əməliyyatları ilə münaqişənin guya hərbi yolla həllinin olmaması barədə indiyədək səsləndirilən iddiaları da alt-üst etmişdir. Status-kvonun və təmas xətti anlayış­larının aradan qalxması fonunda Ermənistanın danışıqların uzun illər ərzində formalaşmış formatını pozmaq, qondarma Dağlıq Qara­bağ rejimini danışıqlarda tərəf kimi tanıtdırmaq cəhdlərinin qarşısı alınmışdır.

 

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonların­dan müqavimətsiz çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar at­mışdır. Bununla belə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma yurdlarına qayıt­maq arzusunu gerçəkləşdirmişdir.

 

Prezident İlham Əliyev Azərbaycan Televiziyası ilə xalqa müraciətində demişdir: “Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksünkapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində 3 şəhər və yüzlərlə kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

 

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə Azərbaycanın dip­lomatik və təbliğati üstünlüyünü təmin etmiş, düşmənə informasiya sferasında ciddi zərbələr vurmuş­dur. Dövlətimizin başçısının xalqa son müraciətində qeyd etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ildən çox müddətdə icra edilməmiş 4 qətnaməsinin, beynəlxalq hüquq normalarının icrasına nail olmuş­dur.

 

Vətən müharibəsinin ən parlaq nəticələrindən biriondan ibarətdir ki, işğal faktına son qoyan Azərbaycan “Dağlıq Qarabağterminini siyasihüquqi baxım­dan tarixin arxivinə gömmüşdür. Bu gün qondarma “Dağlıq Qarabağ” adlı inzibati ərazinin mövcudlu­ğundan, separatçı rejimə hansısa statusun verilməsindən söhbət belə gedə bilməz. 10 noyabr tarixli bəyanatda dastatus məsələsi” ilə bağlı hər hansı müddəa yoxdur. Bu, Ermənistanın ərazilərimizdə formalaşdırdığı qanunsuz, mari­onet rejiminin “müstəqilliyi” və ya ona hansısa statusun verilməsi ilə bağlı əsassız xülyalarının puç olması deməkdir.

 

Azərbaycan sivil, çoxetnos­lu, multikultural ölkə olaraq öz vətəndaşları hesab etdiyi Qara­bağ ermənilərinin ərazilərimizdə təhlükəsiz və dinc şəraitdə yaşa­malarına zəmanət verir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibədə bununla bağlı demişdir: “Mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında ya­şayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxa­larını erməni təbliğatından qur­tarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər”.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu və digər tədbirlər, dövlət başçısının mühüm mesaj və açıqlamaları ölkəmizin post-konflikt dövründə informasi­ya cəbhəsindəki mövqelərini daha da gücləndirir, beynəlxalq ictimaiyyətdə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı dolğun təsəvvürlər for­malaşdırır. Müharibənin başa çatması, yeni geosiyasi reallıq­ların yaranması fonunda hazırda bölgədə, o cümlədən Ermənistanla münasibətlərində gündəliyi forma­laşdıran tərəf məhz Azərbaycandır.

 

Rüsvayçı məğlubiyyəti fonunda Ermənistanda azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Müharibədən sonra erməni faşizminin müəyyən təzahürləri özünü göstərir ki, bu da regionda sülhsabitlik üçün ciddi təhdiddir. Lakin Azərbaycan Ermənistanın hər hansı revanş cəhdlərini bundan sonra da qəbul etməyəcək, təhlükəsizliyinə hansı­sa ciddi təhdidin yarandığını hiss edəcəyi təqdirdə düşmənə yeni sarsıdıcı zərbələr vuracaqdır.

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruqbu gün də yerindədir: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yarat­sın, respublika yaratsın, cəmiyyət yaratsın. Bizonu tanıyarıq, an­caq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalı­dır və hesablaşacaqdır”.

 

44 günlük müharibənin nəticəsi olaraq xalqımız milli qürur his­sini bərpa etmişdir. Müharibədə qazanılan Zəfər xalqımıza bundan sonra qalib kimi yaşamaq, qarşıya qoyduğu bütün hədəflətə yetişmək imkanı yaratmışdır. Bu günQara­bağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilmişdir.

 

Ermənistan müharibədən sonra regionda yaranmış yeni reallıqlarla barışmalı, Azərbaycanın ərazi bütövlüyü­nün tanınması şərtilə ölkəmizlə sülh müqaviləsi imzalamalıdır. Ermənistan və onun havadarları Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirərlərsə, yenidən öz başlarında “Dəmir yumruğu” görəcəklər. İrəvan, nəhayət anlamalıdır ki, regi­onda sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşdırılmasıdır. Bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə - qonşu dövlətlərin sərhədlərinni toxunulmazlığına, ərazi bütövlüyünə hörmət prinsi­pi dayanmalıdır.

 

İsaxan VƏLIYEV,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor

 

Xalq qəzeti.-2021.-2 oktyabr.-S.2.